Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet5/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   2   3   4   5   6   7   8   9   ...   157
Bog'liq
2014-2730 (2)

Elektronika elm, texnika və istehsalatın elektron cihaz və qurğularının 
işlənməsi, hazırlanması və tətbiqi ilə məşğul olan sahəsidir. Elektronikanın 
elektron cihazlarının işlənməsi və hazırlanması ilə məşğul olan sahəsi fiziki 
elektronika, onların əsasında elektron qurğularının yaradılması ilə məşğul olan 
sahəsi isə sənaye (texniki) elektronikası adlanır. 
Müasir elektronikanın elektron vasitələrinin işlənməsi ilə məşğul olan
sahəsi funksional elektronika adlanır və iki əsas hissəyə – analoq rəqəm 
elektronikasına ayrılır.
Analoq elektronikası fasiləsiz funksiya qanunu ilə dəyişən siqnalların 
çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs 
edən bölməyə deyilir. 


10
Rəqəm elektronikası diskret funksiya qanunu ilə dəyişən siqnalların 
çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs 
edən bölməyə deyilir. 
Elektronika sənayesinin inkişafını iki istiqamətə – energetik (güc) və 
məlumat elektronikası istiqamətlərinə ayırmaq olar. 
Energetik elektronika elektroenergetika, metallurgiya və s. sənaye 
sahələrinin ehtiyacları üçün əsasən, sabit və dəyişən cərəyanın çevrilməsini 
təmin edən elektron vasitələrini əhatə edir. 
Məlumat elektronikası isə müxtəlif sənaye və elmi - tədqiqat sahələrinin 
avtomatlaşdırılmasını, müxtəlif proseslərin ölçülməsini, nəzarətini və idarə 
olunmasını təmin edən elektron vasitələrini əhatə edir. 
Elektron sənayesinin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. 1904-cü 
ildə ingilis alimi D. Fleminq ilk elektron lampasını – diodu, 1907-ci ildə 
amerikalı alim L.Forest dioda idarəedici tor əlavə edərək triod lampasını 
yaratmışdır. Triod lampası artıq elektrik rəqslərini generasiya etməyə və 
gücləndirməyə imkan verirdi. 1914-cü ildə Rusiyada N.D. Papaleksi ilk 
elektron lampasını yaratmağa nail olmuşdur. 
XX əsrin 30-cu illərində akademik A.F. İoffe tərəfindən yarımkeçirici 
materialların elektronikada istifadə oluna bilməsi imkanları tədqiq olunur. 1948-
ci ildə Amerika alimləri tərəfindən ilk tranzistor yaradılır. Belə cihaz bir qədər 
sonra sovet alimi A.V. Krasilov tərəfindən yaradılır. Tranzistorun yaradılması 
elektronikanın sürətli inkişafına təkan vermişdir. 
Elektronikanın sonrakı inkişafı inteqral sxemlərin (İS) yaradılması ilə 
əlaqədardır. İS-lərin sənayedə istehsalı 60-cı illərin əvvəllərinə təsadüf edir. İS-
lər, əsasən, məlumat elektronikasının sürətli inkişafına təkan vermiş, böyük və 
ifrat böyık İS-lər bu prosesi daha da sürətləndirmiş və artıq mikro-EHM-lərin 
əsas elementlərinə çevrilmişlər. 
Elektron qurğularının mikrominuatürləşdirilməsi, İS-lərin işlənib 
hazırlanması ilə məşğul olan elektronika sahəsi mikroelektronika adlanır. 
Hazırda İS-lər, o cümlədən, böyük və ifrat böyük İS-lər, həmçinin, diskret 
yarımkeçirici cihazların ayrı-ayrı növləri müasir elektron vasitələrinin element 
bazasının əsasını təşkil edirlər. 
Elektronikanın ən müasir sahəsi olan nanoelektronikanın yaranması və 
sürətli inkişafı yeni element bazasının və elektronika qurğularının işlənib 
hazırlanması sahəsində çox böyük perspektivlər açır. Nanoelektronika 
materiyanın çox kiçik ölçülərində (onlarla nanometr; 1nm = 10
-9
m) atom və 
molekulyar səviyyəsində dəyişdirilməsi ilə məşğul olan bir elmdir. Bu elm son 
zamanlar bərk cisimlər fizikasında, kvant elektronikasında, fiziki kimyada və 


11
yarımkeçiricilər elektronikası texnologiyasında baş verən nailiyyətlərə 
əsaslanaraq formalaşmışdır.
Elektronika inkişaf etdikcə yaradılan elektron qurğularının tətbiq sahələri 
daha da genişlənir. Praktiki olaraq hər bir mürəkkəb texniki sistem müxtəlif növ 
elektron qurğularından təşkil olunur. Elə bir texnoloji proses göstərmək olmaz 
kı, orada idarəetmə elektronika qurğularından istifadə etmədən həyata keçirilsin. 
Bu qurğuların effektiv və etibarlı fəaliyyəti onların sxemotexnikasından çox 
asılıdır.
Hər hansı bir obyektin idarə olunması üçün nəzərdə tutulan sistemin 
misalında elektron qurğularının və onların sxemotexnikasının əhəmiyyətini 
nəzərdən keçirək. Müasir obyekti idarəetmə sistemində nəzarət olunan 
kəmiyyətlər haqqında informasiyaya malik olan analoq (kəsilməz) elektrik 
siqnalları uyğun vericilərlə hasil edilir. Bu siqnallar filtrasiya olunaraq, 
gücləndirilir və analoq-rəqəm çeviriciləri (ARÇ) vasitəsilə rəqəm formasına 
çevrilirlər. Sonra bu informasiya kompüter ilə qarşılıqlı əlaqədə olan 
mikroprosessorlu blok vasitəsilə emal edilir. Mikroprosessorlu blok vasitəsilə 
formalaşmış rəqəmli idarəetmə siqnalları rəqəm-analoq çeviriciləri (RAÇ) 
vasitəsilə analoq formaya çevrilirlər, gücləndirilirlər və birbaşa idarə olunan 
obyektə təsir edən icraedici qurğuları idarəedən güc elementlərinə verilirlər. 
Göründüyü kimi belə sistemin tərkibində analoq siqnalları ilə işləyən 
elektron qurğuları (süzgəclər, gücləndiricilər, güc elektron qurğuları), rəqəm 
siqnallarını emal edən qurğular (mikroprosessor bloku, kompüter), həmçinin, 
analoq siqnalını rəqəm siqnalına və əksinə çevirən qurğular var. Ona görə də bu 
sistemin xarakteristikası onun tərkibindəki elektron qurğularının növü, 
sxemotexniki yerinə yetirilmə variantı və bu qurğuların təşkil olunduqları 
elementlərin xarakteristikaları ilə müəyyən olunur. 
Sxemotexnikanın əsas sahəsi, elektron qurğularının sxemotexniki həlləri 
ilə məşğul olan elektron sxemotexnikasıdır. Ona görə də dərslikdə elektron 
qurğularının element bazasına, geniş tətbiq olunan analoq, impuls və rəqəm 
qurğularının, ARÇ və RAÇ-ların, onların qida mənbələrinin sxemotexnikasına 
geniş yer verilmişdir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling