Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sxemlərin hesabatına nümunələr
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- XÜLASƏ...................................................................................................
2.6. Sxemlərin hesabatına nümunələr........................................................
308 Əlavə 3. Yarımkeçirici cihazlar əsasında qurulan elektron qurğularının sxemlərinə misallar........................................................... 310 3.1. Yarımkeçirici diodlar əsasında elektron qurğularının sxemləri və onların işçi parametrləri............................................................................. 310 3.2. Tranzistor əsaslı elektron qurğularının praktiki sxemləri və onların işçi rejimləri............................................................................................... 314 3.3. Optoelektron cihazları və optocütlər əsasında qurğuların qoşulma sxemlərini təhlili və parametrlərinin hesablanması................................... 319 3.4. İnteqral sxemlər əsasında elektron qurğuları, onların praktiki sxemləri və işçi parametrləri...................................................................... 320 3.5. Tranzistor və mikrosxemlər əsasında gərginlik stabilizatorları, onların praktiki sxemləri və işçi parametrləri............................................ 322 3.6. Aşağı və orta inteqrasiyalı rəqəm mikrosxemlərinin tətbiqinə misallar....................................................................................................... 325 XÜLASƏ................................................................................................... 329 Ədəbiyyat.................................................................................................. 330 337 Arif Mir Cəlal oğlu Paşayev, f.-r.e.d., professor, AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının (MAA) rektoru. 1957 -ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu bitirib. 1959 -cu ildən AMEA -nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamış, həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, qurğular, mikrominiatür dəqiq çeviricilər işləyib yaratmışdır. 1966-cı ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 400-dən çox elmi əsərin, 20-dən artıq kitabın və monoqrafiyanın, 40-dan çox ixtiranın və patentin müəllifidir. A.M. Paşayev Dövlət mükafatına, "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına və "Şöhrət ordeni"nə layiq görülmüş, "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir. 1971 -ci ildən 1996 -cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" ETL-nə rəhbərlik etmiş, 1996-cı ildən indiyədək MAA-nın rektorudur. Onun rəhbərliyi altında MAA-nın elmi fəaliyyəti çox şaxəli istiqamətlərə yönəlmiş, MAA Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Bir sıra akademiyalarının akademiki olan Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. Afiq Rəşid oğlu Həsənov, t.e.d., professor, AMEA-nın müxbir üzvü, MAA-nın elmi işlər üzrə prorektoru, eyni zamanda “Radioelektronika” kafedrasının müdiri. 1974-cü ildə Leninqrad Elektrotexniki Rabitə İnstitutunu bitirib. 1974-1993-cü illərdə müxtəlif təyinatlı müəssisələrdə mühəndis, aparıcı mühəndis, b.e.i. vəzifələrində çalışmış, HHİE Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak etmişdir. 1993-cü ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 150-dən çox elmi əsərin, 7 ixtira və 4 patentin, 3 monoqrafiyanın, 3 dərsliyin, 9 dərs vəsaitinin və 4 tədris-metodik işin müəllifidir. Uzun müddət AMEA Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Az.TU - da pedaqoji fəaliyyət ilə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akusto-optik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. 1996-cı ildən MAA-da kafedra müdiri, 2005-ci ildən elmi işlər üzrə prorektor vəzifələrində çalışır. Kafedra nəzdindəki «Radioelektron sistemlərin işlənməsi və tətbiqi» problem laboratoriyasının rəhbəridir. Müxtəlif mövzulu Elmi tədqiqat (ETİ) və Təcrübi konstruktor (TKİ) işlərinin elmi rəhbəri olmuşdur. MAA-da fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir. Maraq dairəsi:, radioelektronika, akustooptika və məsafədən video müşahidə sahələridir. Əlaqə tel: (+ 994 12) 497 27 54 –A.R.Həsənov, 497 26 00 (20-60) – kafedra Email: hasanov@naa.edu.az İslam Əsəd oğlu İsgəndərov, f.-r.e.n., dosent, MAA-nın “Avionika” kafedrasının müdiri. 1985-ci ildə Sevastopol Cihazqayırma İnstitutunu bitirib. 1985-1991-ci illərdə Fotoelektronika ETİ-də (hl-hazırda AMEA Fizika İnstitunun bir bölməsi), 1991-1995-ci illərdə Az.MİU-nun “Metal və ərintilər fizikası” ETL-də mühəndis, elmi işçi vəzifələrində çalışmış, həmin dövrlərdə mürəkkəb birləşmələrin xassələrinin tədqiqi üçün eksperimental qurğuların işlənib hazırlanması və onların tədqiqi ilə məşğul olmuşdur. 1995-ci ildən MAA- nın ETAİ-də b.e.i., şöbə müdiri, laboratoriya müdiri, 1999-cu ildən “Aviasiya radiotexnikası və elektronikası” kafedrasında müəllim, baş müəllim, dosent, 2005 - 2011-ci illərdə həmin kafedranın müdiri vəzifələrində işləmişdir. 2002-ci ildə 01.04.01 ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 70-dən çox elmi-metodiki işin, o cümlədən, 6 patentin, 2 dərs vəsaitinin və 3 metodik vəsaitin müəllifidir. 1999-cu ildə MAA-da, 2004-cü ildə Xarkovda, 2007-ci ildə “AZAL” – da və 2008-ci ildə Almaniyada aviasiya texnikası üzrə kurslar keçmişdir. 2014-cü ildə Alma-Ata şəhərində QRMAA-da “Aviasiya texnikası avadanlıqlarının istismarı” ixtisası üzrə magistrantlara iki həftəlik xüsusi kursların tədrisini həyata keçirmişdir. Bir sıra ETİ və TKİ-lərdə məsul icraçı və rəhbər olmuşdur. Təyyarələrin yüklənməsinə və uçuşlara nəzarət sistemlərinin və bort elektron sistemlərinin mükəmməlləşdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparır. 2011-ci ildən yeni açılmış “Avionika” kafedrasının müdiri vəzifəsində çalışır. Maraq dairəsi:, avionika, radioelektronika və sxemotexnika sahələridir. Əlaqə telefonu: (+994 12)487 26 00 (24-26). 055 717 32 77; 050 281 29 39. Email: islam.nus@mail.ru Fikrət Abdulla oğlu Abdurəhimov, t.e.n., 1968-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirmişdir. 1968-1970-ci illərdə zabit kimi hərbi qulluqda olmuş və tank batalyonunun rabitə rəisi, 1970-1973-cü illərdə “Neftkimyaavtomat” ETLİ-da mühəndis, 1973-1978-ci illərdə “Mikroelektronika” XKB-də baş mühəndis vəzifəsində işləmişdir. 1978-ci ildən Azərbaycan Texniki Universitetinin “Radiotexnika” kafedrasında çalışır. 05.11.16 - “İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən başlayaraq, fasilələrlə MAA-nın “Aviasiya radiotexnikası və elektronikası” (indiki “Radioelektronika”) kafedrasında saat hesabı və yarımştat olaraq əvəzçi müəllim kimi çalışmışdır. Hal-hazırda həmin kafedranın 0,5 ştat baş müəllimidir. 70-dən çox elmi əsərin, o cümlədən 5 ixtiranın, 1 dərsliyin, 3 dərs vəsaitinin, 5 metodik vəsaitin müəllifidir. Maraq dairəsi – İnformasiyanın qəbulu, emalı və ötürülməsi sahəsidir |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling