Beynəlxalq Çay Hövzələri Ətraf Mühitinin Mühafizəsi Layihəsi


Download 7.47 Kb.
Pdf ko'rish
bet14/24
Sana13.02.2017
Hajmi7.47 Kb.
#379
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 
109 
 
Həmçinin onu da qeyd etmək lazımdır ki, hazırda yığım səviyyəsi aşağıdır. Bir çox insanlar su təchizatı 
və kanalizasiya xidmətlərinin əvəzini ödəməyərək bunu gəlir səviyyələrinin aşağı olması ilə izah edirlər. 
Buna görə də əhalidən xidmət haqqının yığım səviyyəsi 50%-i keçmir. Bəzi sənaye müəssisələri də xidmət 
haqlarını  ödəmir  və  bunu özlərinin  maliyyə  və  istehsal çətinlikləri  ilə izah edirlər,  buna  görə  də  sənaye 
müəssisələrindən yığımın həcmi təxminən 70% təşkil edir. Hesab etmək olar ki, cəmi toplanılan tariflərin 
məbləği 10 milyon manatı keçmir. 
Cəmi  istehsal  xərcləri  (suyun  nəql  edilməsi  zamanı  30%-lik  itki  də  daxil  olmaqla) təxminən aşağıdakı 
kimi olduğunu görmək olar: 

 
İçməli su xidmətləri üçün: 6.5 mln. AZN*100/70= 9.29 mln. AZN 

 
Sənaye məqsədli su təchizatı üçün: 8.01 mln. AZN*100/70= 11.43 mln. AZN 
Cəmi olaraq xidmətlərin xərci 20 milyon AZN-i keçir.  
Buna görə də Su Təchizatı və Kanalizasiya Sistemlərinin yenidən qurulmasına paralel olaraq beynəlxalq 
maliyyə  institutlarının  (BMİ)  dəstəyi  ilə  maliyyələşdirilən 
Milli 
Su  Təchizatı  və  Kanalizasiya  Sistemləri 
Proqramında xidmətlərin xərc səmərəliliyinin təkmilləşdirilməsi üçün bir sıra islahatlar da mövcuddur.    
Aşağıda bu istiqamətdə yardımçı ola biləcək bəzi mümkün həll variantları verilmişdir: 

 
Sudan nəzarətsiz istifadəni azaltmaq üçün Smart Kartlı su sayğaclarının quraşdırılması 

 
Su tariflərinə fərqli yanaşma tətbiq edilməlidir və içmlu sudan normadan artıq istifadə olunduqda 
(həyət evlərində və digər məqsədlər üçün) tarif artırıla bilər. Misal üçün, ayda adambaşına içməli 
suyun orta miqdarının 6 m
3
 müəyyənləşdirilməsi təklif olunur və ayda adambaşına 10 m
3
-dən artıq 
su  istifadə  olunduqda  tarif  sənaye  məqsədləri  üçün  sudan  istifadəyə  qoyulan  tarif  səviyyəsinə 
qaldırıla bilər. 

 
Gəlir səviyyəsi aşağı olan əhali qrupu üçün tariflər ödənilə bilən olmalıdır 

 
Əhalidən  çirkab  sularının  toplanmasına  görə  tarif  hazırda  0.06  AZN  təşkil  edir  ki,  bunu  da 
münasib səviyyəyə qaldırmaq olar. 

 
2000 nəfərdən artıq əhalisi olan yaşayış məntəqələri üçün mərkəzləşdirilmiş su təchizatının necə 
tətbiq  edilə  biləcəyi  və  kanalizasiya  sisteminin  necə  təkmilləşdirilə  biləcəyi  (kanalizasiya 
quyularının  yerləşməsi,  onlardan  qrutn  sularına  sızmaların  qarşısının  alınması,  quyulardan 
tullantıların  təyin olunmuş  yerlərə  vaxtında  və  təhlükəsiz  daşınmasının təşkili) kimi  məsələlərin 
tədqiq olunmasına ehtiyac vardır. 

 
5000 nəfərdən artıq əhalisi olan yaşayış məntəqələri üçün çirkab sularının toplanması sisteminin 
inkişafı  və  bir  neçə  bu  cür  məntəqələrə  xidmət  göstərməsi  üçün  çirkab  sularının  təmizlənməsi 
qurğusunun düzgün yerləşdirilməsi və layihələndirilməsinin tədqiq edilməsinə də ehtiyac vardır. 

 
Region əhalisinin sayı artdığına görə (ildə təxminən 1%) əhali artımını sistemin səmərəliliyinin 
yaxşılaşdırılması və eləcə də suya tələbatda olan tendensiyalara müvafiq olaraq lazım olan suyun 
miqdarı  ilə  inteqrasiya  edərək  müxtəlif  müddətlər  üçün  su  təchizatı  proqramlarını 
qiymətləndirmək lazımdır. 

 
Göstərilən xidmətlərin xərc səmərəliliyinə dair daha ətraflı və dolğun məlumat əldə etmək üçün 
regionda  su  təchizatı  xidmətləri  göstərən  şirkət  və  qurumların  real  xərc  və  məsrəflərini 
qiymətləndirmək lazımdır. 
Davam  edən  su  təchizatı  və  kanalizasiya  sistemlərinin  təkmilləşdirilməsi  proqramlarının  əhatə  etdiyi 
regionlarda əhalinin 20%-lik artımını və eləcə də tarif islahatlarını (çirkab suları xidmətlərinə görə tarifin 
artırılması,  fərqli  tarif  sisteminin  tətbiqi  və  sair)  nəzərə  aldıqda  hesablamaq  olar  ki,  təchiz  edilən  su  və 
kanalizasiya xidmətlərinin cəmi xərcləri təqribən ildə 30 milyon AZN təşkil edir. 
“Azərsu”  ASC  tərəfindən  illik  olaraq  regionda  çəkilən  xərclər  barədə  konkret  bir  rəqəm  yoxdur  və 
regionda  aparılan  işlərin  xərc  səmərəliliyinə  dair  daha  aydın  bilgi  və  təsəvvür  əldə  etmək  üçün  bu 
istiqamətdə də iş aparıla bilər. 

 
110 
 
8.3.2 İrriqasiyada Sudan  İstifadə  Xidmətlərinin İqtisadi Qiymətləndirilməsi 
Hazırda Orta Kür pilot regionu da daxil olmaqla ökə üzrə irriqasiya məqsədli suyun idarəçiliyi dövlət 
mülkiyyətində  olan  “Meliorasiya  və  Su  Təsərrüfatı”  ASC-nin  səlahiyyətindədir.  “Meliorasiya  və  Su 
Təsərrüfatı”  ASC  tərəfindən  suvarma  məqsədilə  cəmi  842.1  mln. 
m
3
  su  təchiz  edilmişdir  ki,  bu  da  cəmi 
sərf  olunan  suların  təxminən  90%-dən  çoxdur  (
877.4  mln. 
m
3
)
.  Kənd  təsərrüfatında  istifadə  üçün  sərf 
olunan suların təxminən 35%-nin itkiyə getdiyini nəzərə alsaq, kənd təsərrüfatında istifadə olunan suların 
cəmi həcmi təqribən 
570 mln. 
m
3
-dir

Əhaliyə  su  təchizatı  xidmətlərinin  hazırkı  tarifləri  Sudan  İstifadə  Edənlər  Birlikləri  (SİEB)  üçün  hər 
1000 m
3
-ə 0.5 AZN-dir ki, onlar da öz növbəsində suyu fərdi fermerlərə hər 1000 m
3
-ə 2 AZN qiymətə 
satırlar.  
O  zaman  irriqasiya  sistemindən  su  itkilərinin  səviyyəsinin  35%-ə  bərabər  olduğu  halda  suvarma 
suyunun təchizatı üçün cəmi ödəniş aşağıdakı kimi hesablana bilər: 

 
“Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən SİEB-lərə satılan suvarma suyu üçün: 570000 
*0.50 AZN= 285000 AZN 

 
SİEB-lər tərəfindən fermerlərə satılan suvarma suyuna görə: 570000 *2 AZN= 1.14 mln. AZN 
Bununla  belə,  bir  çox  beynəlxalq  donorlar  (xüsusən  Dünya  Bankı,  Asiya  İnkişaf  Bankı  və  sair) 
tərəfindən maliyyələşdirilən layihələrin hesabatları göstərir ki, irriqasiya xidmətlərinin real xərcləri hazırkı 
xərclərlə müqayisədə çox yüksəkdir. Bu gün hökumət kənd təsərrüfatına subsidiyalar ayırır, buna görə də 
bu qiymətlər ölkədə kənd təsərrüfatının inkişafına yardım göstərmək məqsədilə belə aşağıdır. Misal üçün, 
yuxarıda  qeyd  olunan  hesabatlara  əsasən,  irriqasiya məqsədli  su  təchizatı  xidmətlərinin  gerçək  və  əsaslı 
qiymətləri  “Meliorasiya  və  Su  Təsərrüfatı”  ASC  tərəfindən  SİEB-lərə  satılan  su  üçün  hər  1000  m
3
-ə  10 
AZN,  SUEB-lər  tərəfindən  fermerlərə  satılan  suya  görə  isə  hər  1000  m
3
-ə  15  AZN  həcmində  nəzərdə 
tutula bilər.  
Bu  qiymətlərə  əsasən  irriqasiya  sistemindən  su  itkilərinin  səviyyəsinin  35%-ə  bərabər  olduğu  halda 
suvarma suyunun təchizatı üçün cəmi ödəniş aşağıdakı kimi hesablana bilər: 

 
“Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən SİEB-lərə satılan suvarma suyu üçün:
  570000 
*10 AZN= 5.700.000 AZN 

 
SİEB-lər tərəfindən fermerlərə satılan suvarma suyuna görə: 
570000 *15. AZN= 8.550.000 AZN 
Su  itkilərinin  dəqiq  faizi  bəzi  irriqasiya  infrastrukturunda  hətta  daha  yüksık  ola  bilər  və  o  zaman 
xidmətlərin  xərcinin  yüksək  ola  biləcəyi  güman  edilir.  Çayların  su  ehtiyatlarından  istifadənin  iqtisadi 
qiymətləndirməsinə dair məlumatı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 2013-cü il üzrə təqdim etdiyi 
cədvəldən götürmək olar: 
Cədvəl 36 . 2013-cü ildə çaylardan cəmi götürülən suyun miqdarı 
№ 
Çaylar 
Suvarı-
lan 
ərazilər, 
min.hekta 
İnzibati rayon 
Su 
sərfiyyatının 
həcmi, mln. 
m
3
 
Suvarma üçün 
istifadə olunan 
suyun həcmi, 
mln. m
3
 
Su 
itkilərinin 
həcmi, 
mln. m
3
 

Ağstafaçay 
26.0 
Qazax 
144.6 
102.8 
41.8 

Həsənsu 
2.1 
Qazax 
9.6 
6.9 
2.7 

Axıncaçay 
8.7 
Gədəbəy, Tovuz 
56.4 
35.2 
21.1 

Tovuçhay 
2.3 
Tovuz 
35.0 
25.1 
10.1 

Əsrikçay 
0.8 
Tovuz 
4.1 
2.4 
1.7 

Zəyəmçay 
9.7 
Gədəbəy, Tovuz 
57.2 
44.4 
12.8 

Ceyirçay 
6.5 
Gədəbəy, Şəmkir 
51.0 
38.5 
12.5 

Şəmkirçay 
21.1 
Gədəbəy, Şəmkir 
167.1 
106.7 
60.4 

Qoşqarçay 
5.0 
Daşkəsən,  Göygöl, 
20.3 
9.7 
10.6 

 
111 
 
Gəncə 
10 
Gəncəçay 
18.3 
Göygöl, 
Gəncə, 
Samux 
311 
185.3 
125.7 
 
Səmərəliliyin  dərəcəsini  artırmaq  üçün  irriqasiya  infrastrukturunun  vəziyyətini  yaxşılaşdırmaqla  su 
itkilərini azaltmaq lazımdır. 
İrriqasiya  infrastrukturunun  təxminən  50%-i  köhnəlmişdir  ki,  bu  da  ciddi  şəkildə  suyun  nəqli  və  
istismar  itkiləri  ilə  nəticələnir  (Dünya  Bankı,  2012,  səhifə  15).  Suvarmanın  səmərəliliyini  və  məhsul 
istehsalının  həcmini  artırmaq  üçün  təkmilləşdirilmiş  idarəçiliklə  (düzgün  istismar  və  texniki  xidmət  da 
daxil olmaqla) birgə yenidənqurma və reabilitasiyaya ehtiyac vardır. 
Bununla  belə,  kanal  sisteminin  fəaliyyəti  uzun  illər  boyu  istifadə  və  adekvat  şəkildə  texniki  xidmətin 
olmaması  üzündən  ciddi  şəkildə  pozulmuşdur.  Bir  çox  əsas  və  ikinci  dərəcəli  kanallar  davamlı  istifadə 
üçün etibarsızdır. 
Su  istifadəçilərinə  verilən  suvarma  suyu  məhsulun  suvarılması  tələblərinə  cavab  vermək  üçün 
yetərsizdir ki, bu da beynəlxalq standartlarla müqayisədə çox aşağı səviyyəli məhsuldarlıqla nəticələnir. 
“Meliorasiya  və  Su  Təsərrüfatı”  ASC  əsas  sistem  infrastrukturunu  və  idarəçiliyini  kompleks  şəkildə 
qiymətləndirərək,  İrriqasiya  Baş  Planının  hazırlanmasının  bir  hissəsi  olaraq  və  daha  sonra 
qiymətləndirmənin  aşkar  etdiyi  faktlara  uyğun  olaraq  hazırlanacaq  fiziki  yenidənqurma  proqramının 
fəaliyyətini  təkmilləşdirmək  üçün  prioritet  imkanları  müəyyən  etməlidir.  Təsərrüfatdaxili  sistemlərlə 
əlaqədar, “Meliorasiya və Su Təsərrüfatı” ASC reabilitasiya olunacaq və SİEB-lərə ötürüləcək sistemləri 
elə şəkildə prioritetləşdirməli və qruplaşdırmalıdır ki, müəyyən edilmiş qruplaşdırmalar müxtəlif potensial 
donorların marağında olsun. 
  
8.4.  Birinci  Planlaşdırma  fazasında    (2016-2021)  Orta  Kür  Hövzə  Rayonunda  Yerinə 
Yetiriləcək  Prioritet Tədbirlər  
 
Orta Kür pilot hövzəsində  SÇD-nın ekoloji məqsədlərinə əməl etmək üçün tədbirləri müəyyənləşdirmək 
və prioritetləşdirmək məqsədilə aşağıdakı mövcud və planlaşdırılmış fəaliyyətlər nəzərə alınmışdır: 

 
Su obyektlərinin ekoloji statusu və ekoloji məqsədlərə nail olmaq üçün zəruri olan tədbirlər 

 
Su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi, irriqasiya (suvarma) məqsədli sudan 
istifadənin  səmərəliliyinin  yaxşılaşdırılması,  bərk  məişət  tullantılarının  təkmilləşdirilmiş 
idarəçiliyi  vasitəsilə  suyun  çirklənməsinin  azaldılması,  xüsusi  mühafizə  olunan  zonalar  üzrə 
proqramlar və sair kimi su sektorunda və digər aidiyyəti sahələrdə davam etməkdə olan dövlət 
proqramları 

 
Hüquqi və institusional bazanın inkişaf etdirilməsi vasitəsilə su ilə əlaqədar Avropa İttifaqının 
müxtəlif Direktivlərini həyata keçirmək 
Müxtəlif dövlət proqramlarına əsasən regionun əsas şəhərlərində su təchizatı və kanalizasiya sisteminin 
təkmilləşdirilməsi, eləcə də irriqasiya sularından istifadənin səmərəliliyinin yaxşılaşdırılması, su itkilərini 
azaltmaq üçün suvarma infrastrukturunun yenidən qurulması üzrə iş artıq başlamışdır və həmçinin Bərk 
Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya çərçivəsində növbəti illərdə regionda bərk məişət 
tullantılarının  idarəçiliyi  beynəlxalq  standartlara  uyğun  təkmilləşdiriləcəkdir.  Buna  görə  də  hazırkı 
sənəddə  bu  fəaliyyətlərin  xərc  səmərəliliyinin  qiymətləndirilməsi  aparılmamışdır,  çünki  Çay  Hövzəsinin 
İdarəçiliyi Planında müəyyənləşdirilən tədbirlərin ehtimal olunan xərclərindən fərqli olaraq, bu layihələr 
üzrə maliyyələşdirmə artıq hökumət tərəfindən qərarlaşdırılmışdır (aşağıya baxın). Həmçinin onu da qeyd 
etmək  lazımdır  ki,  belə  layihələri  həyata  keçirərkən  hökumət  onların  iqtisadi  əhəmiyyəti  ilə  yanaşı, 
regional inkişaf üçün prioritet tələb olaraq sosial və ekoloji aspektlərinə də yüksək diqqət yetirir. 
Bu baxımdan su təchizatı və kanalizasiya sahəsində 2000 nəfərdən artıq və 5000 nəfərdən artıq əhalisi 
olan  yaşayış  məskənləri  üçün  su  təchizatı  və  kanalizasiya  sisteminin  təkmilləşdirilməsi  və  yaxud 
yaradılmasına dair təklifin işlənib hazırlanması üzrə tədqiqat aparıla bilər. 

 
112 
 
Həmçinin,  sudan  istifadəyə  nəzarət  sisteminin  yaxşılaşdırılması,  müxtlif  növ  su  istifadəçiləri  üçün 
müvafiq tarilflərin müəyyənləşdirilməsi, çirklənməyə nəzarət və suyun mühafizəsi metodlarının müəyyən 
edilməsi yollarına dair tədqiqatın aparılmasına ehtiyac vardır. 
Ümumilikdə  Orta  Kür  Hövzə  Rayonu  üçün  16  əsas  və  15  yardımçı  tədbir  müəyyənləşdirilmişdir.  İlk 
addımların birinci tsikl dövründə (2015-2021) həyata keçirilməli olduğuna görə prioritetləşdirmədən sonra 
ÇHİEP-da 8 yüksək dərəcədə prioritet əsas tədbir və 9 yüksək dərəcədə prioritet əlavə (yardımçı) tədbir 
seçilmiş və hazırkı sənədin 14-15-ci Əlavələrində  onların siyahısı verilmişdir. 
Bu  tədbirləri  seçərkən  təklif  olunan  tədbirlərin  ekoloji  səmərəliliyinin  ekspert  qiymətləndirməsindən 
istifadə  olunmuşdur.  Lakin  həmçinin  Beynəlxalq  Çay  Hövzələrinin  Ekoloji  Mühafizəsi  (EPIRB) 
layihəsinin  təlimat  sənədində  təklif  olunan  “Prioritetin  Təsnifatı  ilə  Səbəb/Təsir  Matrisi”  və  “Təsnifat 
Açarı”  cədvəllərində  verilmiş  tələblər  nəzərə  alınmışdır.  Tədbirləri  prioritetləşdirərkən  əsasən  Ekoloji 
Defisitdən (Çatışmazlıqdan) aşağı olanlar (SÇD, Əlavə V), bir sıra qeydlər nəzərə alınmışdır: 

 
Makrofitlər 

 
Su bitkiləri 

 
Bentik (su dibindəki) onurğasız fauna 

 
Balıq faunası 
Yuxarıdakı  göstəricilər  üçün  dörd  səviyyədən  istifadə  olunmuşdur:  Heç  bir  Ekoloji səmərəlilik,  Aşağı 
Ekoloji səmərəlilik,  Orta Ekoloji səmərəlilik, və Yüksək Ekoloji səmərəlilik. 
 

 
113 
 
9. İCTİMAİYYƏTİN   İŞTİRAKI VƏ MƏSLƏHƏTLƏŞMƏ  
Su  Çərçivə  Direktivi  çay  hövzəsinin  idarə  edilməsi  üçün  inteqrasiyalı,  ardıcıl  və  ahəngdar 
(uyğunlaşdırılmış)  çərçivə  təqdim  edir  və  planlaşdırma  prosesinin  vacib  və  ayrılmaz  tərkib  hissəsi  kimi 
ictimai cəlbetmədən də ibarətdir. Ona ÇHİEP-ların işlənib hazırlanması və həyata keçirilməsinin müxtəlif 
mərhələlərində  məlumatlılığı  və  ictimaiyyətin  cəlb  olunmasını  təmin  etmək  üçün  bir  sıra  müddəalar  və 
maddələr daxildir.  
Direktiv informasiya və cəlb etmənin üç səviyyəsini müəyyənləşdirir:  

 
İctimaiyyətin  cəlb  olunmasına  imkan  yaratmaq  üçün  planlaşdırılmış  tədbirlərin  əhatə  etdiyi 
ictimaiyyətin  düzgün  informasiya  və  həmin  tədbirlərə  dair  irəliləyiş  və  yaxud  onların  icrası 
haqqında müntəzəm məlumatla təmin edilməsi (Preambula, 46-cı bənd);  

 
ÇHİEP-nın  hazırlanmasının  vaxt  qrafiki  və  iş  planına  dair  məsləhətləşmə,  o  cümlədən 
məsləhətləşmə  tədbirlərinə  dair  bildiriş,  çay  hövzəsində  müəyyən  edilmiş  su  idarəçiliyinə  dair 
mühüm məsələlərin aralıq icmalı, eləcə də ÇHİEP-nın layihəsinin nüsxələri (hansı ki istifadəçilər 
də daxil olmaqla ictimaiyyət nümayəndələri tərəfindən rəylərin bildirilməsi üçün dərc olunmalı və 
onlara çatdırılmalıdır) üzrə məsləhətləşmə (Maddə 14); 

 
Bütün  maraqlı  tərəflərin,  xüsusən  də  ÇHİEP-ların  hazırlanmasında,  nəzərdən  keçirilməsində  və 
yenilənməsində aktiv cəlb olunması (Maddə 14). 
Yuxarıda  qeyd  olunan  informasiyanın  aktiv  şəkildə  təmin  edilməsindən  başqa,  sorğu  əsasında  tarixi 
sənədlərə  çıxış  və  çay  hövzəsinin  idarəçiliyi  planının  layihəsinin  hazırlanmasında  istifadə  olunmuş 
informasiya təmin edilməlidir (Maddə 14). 
Direktiv yuxarıdakı sənədlər üzrə aktiv iştirak və məsləhətləşməyə imkan yaratmaq üçün ictimaiyyətin 
yazılı rəylərini təqdim etməsinə görə altı aylıq vaxt çərçivəsi müəyyənləşdirir, və eləcə də yuxarıda qeyd 
olunan sənədlərin ictimai məsləhətləşmə üçün açıqlanacağı vaxtı da müəyyən edir. 
SÇD-nın  VII  Əlavəsinə  müvafiq  olaraq,  ÇHİEP-ları  həmçinin  ictimai  iştirak  tədbirlərini 
ümumiləşdirməli və onların nəticələrini və plana təsirini qiymətləndirməlidir. 
Beynəlxalq  Çay  Hövzələrinin  Ekoloji  Mühafizəsi  (EPIRB)  layihəsi  tərəfindən  Orta  Kür  Pilot  Hövzəsi 
üçün hazırlanmış Kommunikasiya Strategiyası üzrə spesifik məqsədlər aşağıdakılardır: 

 
Hövzədəki  əsas  maraqlı  tərəfləri  və  ictimaiyyəti  layihənin  xüsusi  mərhələlərində  ÇHİEP-nın 
işlənib hazırlanması və həyata keçirilməsi, xüsusən də hazırlanmış ilkin və yekun sənədlərə dair 
vaxtlı-vaxtında informasiya ilə təmin etmək (aktiv şəkildə məlumat təminatı və sənədlər də daxil 
olmaqla informasiyaya çıxış);  

 
Maraqlı  tərəfləri  və  ictimaiyyəti  ÇHİEP-nın  hazırlanması  və  həyata  keçirilməsində  müvafiq 
ictimai  iştirak  imkanları  (məsləhətləşmə,  yaxud  aktiv  iştirak)  haqqında  məlumatlandırmaq, 
maraqlı  tərəflərdən  təkliflərin/rəylərin  toplanmasını  asanlaşdırmaq  və  bu  rəylərin  necə  nəzərə 
alındığı barədə onlara cavab vermək; 

 
Layihə tərəfdaşlarının (layihə komandası və aparıcı benefisiarların) pilot hövzə səviyyəsində əsas 
maraqlı tərəflərlə daha yaxşı ünsiyyətinə dəstək vermək;  

 
Layihə  tərəfdaşlarını,  əsas  maraqlı  tərəfləri  və  ictimaiyyəti  pilot  hövzə  səviyyəsində  layihə 
fəaliyyətləri və nəticələr barəsində müntəzəm olaraq məlumatlandırmağ yardım göstərmək. 
Kommunikasiya  Strategiyasında  müəyyənləşdirildiyi  kimi  maraqlı  tərəf  qrupları  ümumi  şəkildə  geniş 
səviyyədə aşağıdakı qruplara bölünə bilər: 
Birbaşa  təsirə  məruz  qalan  insanlar  Çay  Hövzəsinin  İdarəçiliyinin  planlaşdırılması  fəaliyyətlərinin 
həm  müsbət  və  həm  də  mənfi  təsirlərinə  yerli  səviyyədə  birbaşa  olaraq  məruz  qalan  və  yaxud  məruz 
qalmaq ehtimalı olan fərdi şəxslər və eləcə də insan qruplarıdır. Pilot çay hövzələrində təsirə məruz qalan 
fərdi  şəxslərə  və  qruplara  çay  yaxınlığındakı  icma  üzvləri,  müəllimlər,  tələbələr,  ictimai  səhiyyə 
xidmətlərini  göstərənlər,  işçilər,  fermerlər,  balıqçılar,  turizm  və  istirahət  fəaliyyətlərinə  cəlb  olunmuş 
insanlar daxildir, hansılar ki öz yaşayışları üçün çayların ehtiyatlarından asılıdır. Azyaşlılar, kasıb insanlar 
və qadınlar da bu qruplara daxildir, çünki onlar məlumatlandırmaq, çay hövzəsinə girişin planlaşdırılması 

 
114 
 
və  qərar  qəbul  edilməsi  proseslərinə  dair  ən  az  siyasi  səlahiyyətə  malik  olduqlarından  ən  həssas  və  zəif 
təbəqədir. 
Dolayısı  ilə  təsirə  məruz  qalan  insanlar  pilot  hövzə  ərazisinin  qonşuluğunda  yaşayan  və/və  yaxud 
onun ehtiyatlarından istifadə edən şəxslərdir. Bunlara birbaşa təsirə məruz qalan insanlarla ara-sıra ticarət 
edn şəxsləri aid etmək olar. 
Özəl  sektor  adətən  həm  regiondan  və  həm  də  regiondan  kənardan  layihə  sahibləri  və  yaxud 
investorlardır, hansılar ki, ya birbaşa layihəyə və yaxud onun fəaliyyətlərinə sərmayə yatırırlar, ya da ki, 
layihənin  uğurla  icra  olunacağı  təqdirdə  münasib  və  ya  gəlirli  ola  biləcək  investisiyalarda  maraqlıdırlar. 
Onlar  adətən  daha  çox  su  elektrik  enerjisi,  kənd  təsərrüfatı,  meşəçilik,  mədən  hasilatı,  turizm  və 
rekreasiya, naviqasiya, inşaat və digər sahələrdə cəmləşmişlər və digərləri ilə yanaşı bura sudan istifadə 
edənlərin də nümayəndələrini (yuxarıdakı kimi sahələrdə özəl müəssisələr, yaxud onların assosiasiyaları) 
daxil etmək lazımdır. 
Qeyri-Hökumət  Təşkilatları  (QHT-lər)  yerli,  milli,  transsərhəd  və  regional  səviyyələrdə  çalışan 
qruplardır.  QHT-lər  bir  sıra  müxtəlif  növlərə  bölünə  bilər,  o  cümlədən:  inkişafa  yönəlmiş,  himayəçi, 
tədqiqat və gəlir güdməyən assosiasiyalar. QHT-lər tədqiqat apara, layihələri tərtib edə və həyata keçirə, 
su  ilə  əlaqədar  məsələlər  və  yaxud  Çay  Hövzəsinin  İdarə  Edilməsi  Planlarının  hazırlanması  və  icrası 
vasitəsilə  təsirə  məruz  qala  biləcək  məsələlər  ətrafında  qərar  qəbul  etmə  prosesinə  təsir  göstərmək  üçün 
müdafiə  (himayə)  tədbirləri  görə  bilər.  Bu  qruplar  ətarf  mühit,  su,  icma  inkişafı,  təhsil,  ictimai 
maarifləndirmə, sosial, humanitar və digər sahələrdən gəlir. Bəzi yerli əsaslı QHT-lər birbaşa təsirə məruz 
qalan insanların təmsilçiləri ola bilər və bununla da müxtəlif səviyyələrdə işləyərək Çay Hövzəsinin İdarə 
Edilməsi Planlarının hazırlanması və icrasında maraqları ola bilər. 
Çay Hövzəsinin İdarə Edilməsi Planlarının hazırlanması və həyata keçirilməsinə müvafiq olan bir sıra 
ekoloji  və  sosial  məsələlər  barəsində  tədqiqat  aparan  tədqiqi,  akademik  və  elmi  ictimaiyyət.  Onlar 
ÇHİEP-nın hazırlanması və həyata keçirilməsi üçün dəyərli informasiya ehtiyatları təmin edə bilər. 
Əsasən BMT-nin təşkilatları, Avropa İttifaqı, ATƏT və digərlərindən ibarət olan beynəlxalq və yaxud 
regional  təşkilatlar,  donorlar  və  onlar  tərəfindən  maliyyələşdirilən  layihələr,  hansılar  ki,  pilot 
hövzədə  də  layihələr  icra  edərək  əsas  maraqlı  tərəf  kimi  çıxış  edə  bilərlər.  Onlar    su  və  digər  əlaqədar 
ehtiyatlar üzrə regional və yaxud milli siyasət və proqramlarda müəyyən təsirə malik ola biləcək və yaxud 
mühüm rol oynayacaq regional maraqlı tərəflər kimi çıxış edə bilər. Bu, sahəvi agentliklərə texniki yardım 
və yaxud digər töfhələr vasitəsilə həyata keçirilə bilər.  
 
 
 
 
 
 
 
 

 
115 
 
ƏDƏBİYYAT 
Azərbaycan bu gün. Qəsaməlumat.M.1995 
Əhmədzadə  Ə. C. Heydər Əliyev və Azərbaycanınsu təsərrüfatı . Bakı, 2003.  
Əliyeva İ.S.  Kiçik Qafqazın landşaftının çayların rejiminə təsiri . Avtoreferat. .   Bakı, 2005. 
Chebotarev A.I. The hydrological Dictionary. L.Gidrometeoizdat. 1978 – p. 300.  
David  A.  Chin.  Water-resources  Engineering  (Second  edition).  Pearson  Education  International,  USA, 
New Jersey: 2006, 962 p. 
Draft  Water strategy of Azerbaijan., MENR.of Azerbaijan Republic , Baku, 2010 
Economic and social geography of Azerbaijan. Baku, 2010 (in azeri). 
IDENTIFICATION, CHARACTERIZATION AND DELINEATION OF GROUNDWATER BODIES IN THE 
CAUCASUS COUNTRIES in the river basins of Akhuryan-Metsamor (Armenia) Central Kura – Agstafachay, 
Tovuzchay, Shamkirchay and Ganjachay (Azerbaijan) Chorokhi-Adjaristskali (Georgia)
 
EPIRB Project Activity 2. Pilot Testing in EPIRB Project River Basins. Guidance Document addressing 
hydromorphology and physico-chemistry for a Pressure-Impact Analysis/Risk Assessment according to the 
EU WFD 
Urban
 
Wastewater Treatment Directive (91/271/EEC)
 
Nitrates Directive (91/676/EEC)
 
Drinking Water Directive (98/83/EC) 
 
Habitats Directive (92/43/EEC)
 
Draft  Auxiliary  Guidance  Document  on  Prioritizing  Selected  Programme  of  Measures  (PoMs)  and 
Simplified Cost Effectiveness Analysis (CEA) 
Handbook published by Federal Environmental Agency (Umweltbundesamt) of German Ministry of the 
Environment,  Nature  Conservation  and  Nuclear  Safety:  “Basic  principles  for  selecting  the  most  cost-
effective combinations of measures for inclusion in the programme of measures as described in Article 11 
of the Water Framework Directive” (ISSN 0722-186X). 
Water Body Identification and Typology. 
http://blacksea-riverbasins.net/en
 
Identification,  Characterization  and  Delineation  of  Groundwater  Bodies  in  the  Caucasus  Countries. 
http://blacksea-riverbasins.net/en
; 
Classification of Groundwater Bodies. 
http://blacksea-riverbasins.net/en
 
1
st
 and 2
nd
 Joint Field Surveys. 
http://blacksea-riverbasins.net/en
 
Environmental Objectives. 
http://blacksea-riverbasins.net/en
; 
Program of Measures. 
http://blacksea-riverbasins.net/en
; 
Economic Analysis and Prioritization of Program of Measures. 
http://blacksea-riverbasins.net/en
 
Directive of the European Parliament and of the Council of the European Union number 2000/60 /EC of 
23  October  2000  establishing  a  framework  for  Community  action  in  the  field  of  water  policy  (Water 
Framework Directive); 
Common  Implementation  Strategy  Guidance  Document  #  3  Analysis  of  Pressures  and  Impacts. 
https://circabc.europa.eu/sd/a/7e01a7e0-9ccb-4f3d-8cec-aeef1335c2f7/Guidance%20No%203%20-
%20pressures%20and%20impacts%20-%20IMPRESS%20(WG%202.1).pdf
 
Draft  Guidance  Document  on  the  Development  of  Programme  of  Measures  and  the  Achievement  of 
Environmental Objectives According to the EU WFD
Common  Implementation  Strategy  Guidance  Document  #1  “Economics  and  the  Environment”.  The 
Implementation  Challenge  of  the  Water  Framework  Directive”. 
https://circabc.europa.eu/sd/a/cffd57cc-
8f19-4e39-a79e-20322bf607e1/Guidance%20No%201%20-%20Economics%20-
%20WATECO%20(WG%202.6).pdf
 
Common  Implementation Strategy Guidance Document # 4.  Identification and Designation of Heavily 
Modified  and  Artificial  Water  Bodies. 
https://circabc.europa.eu/sd/a/f9b057f4-4a91-46a3-b69a-
e23b4cada8ef/Guidance%20No%204%20-%20heavily%20modified%20water%20bodies%20-
%20HMWB%20(WG%202.2).pdf
 
 

Download 7.47 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling