Coğrafiya tariXİ
Download 36.17 Kb.
|
MÜHAZİRƏ 2-1
- Bu sahifa navigatsiya:
- 2.1 İlkin coğrafi təsəvvürlər
- Qədim misirdə coğrafiyannın inkişafı
- Mesopotomiyada coğrafiyanın inkişafı
COĞRAFİYA TARİXİ MÜHAZİRƏ 2 Yer haqqında coğrafi təsəvvürlərin formalaşması PLAN: 2.1.İlkin coğrafi təsəvvürlər 2.2. Qədim dövrün coğrafiyası a)Misirdə coğrafiyanın inkişafı b). Mesopotomiyada coğrafiyanın inkişafı c) Çində coğrafiyanın inkişafı d) . Hindistanda coğrafiyanın inkişafı
İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu dovrundə meydana gəlmişdi. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər. Belə rəsmlərdən qədim insanların dəniz, yaxud cay sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini muəyyənləşdirmək mumkundur. Muasir dovrdən gəlib cıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babilistan, Misir) və Cində yaşamış xalqlara məxsusdur. Salamat qalmış qayaustu rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq rayonlarında da rast gəlinir. E.ə. IV minilliyin və III minilliyin hududlarında Asiyada, Afrikada və Avropada ən qədim quldar Dovlətlər yaranmışdır. Şimali Hindistan, qədim Cin, Misir, Finikiya və Finikiyanın mustəmləkəsi olan Karfagen bu dövrdə yaranmışdır. Bu dövlətlərdə dəniz və quru yollarını oyrənən, başqa olkələrin sərvətləri haqqında coğrafi biliklər toplayan səyyahlar meydana gəlmişlər. Ərazi əmək bolgusunun genişləndirilməsi cəhdi uzaq səyahətlərə, muxtəlif olkələri tanımağa, mustəmləkələr tutmağa yol acırdı və nəhayət coğrafi təsəvvurlər və umumiləşdirmələr aparmağa imkan verirdi. Coğrafi kəşflər, xəritələrin tərtibi və coğrafi təsvirlər isə oz novbəsində ərazi əmək bolgusunun genişlənməsinə komək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bolgusunun inkişafından yaranmışdır; əgər olkələrarası əmək bolgusu zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında əhəmiyyəti itir. Ərazi əmək bolgusunun genişlənməsi və dərinləşməsi ilə coğrafiyanın inkişafı arasındakı bu əlaqələr nəinki təkcə antik, elə hazırkı dovrə də aiddir. Coğrafi anlayışlar təkcə səyyahların qeydlərində deyil, nağıllarda, dastanlarda, eposlarda və s. əsərlərdə də oz əksini tapmışdır. Məsələn, hindlilərin Ramayana və «Mahabharata» dastanlarında, cinlilərin «Şisezi», «Şuytzit», azərbaycanlıların «Dədə Qorqud», qırğızların «Manas» eposlarında təsvir olunan hadisələrin baş verdiyi yerlərin coğrafi şəraiti haqqında zəngin məlumatlar vardır. Qədim Babilistanda Yer haqqında yaranan təsəvvurlərə gorə dunya ayrı-ayrı qatlardan təşkil olunub. Ozləri bu qatın mərəzində, başqaları isə ust və yerin alt qatında yaşadıqları gostərilirdi. Qədim Şumerlərin fikrincə dunyada dord cəhət var və hər cəhətdə bir dunya olur. Hindlilər isə, məsələn, yerin mustəvi (yastı) olduğunu və ozu də fillərin kurəyində yerləşdiyini təsəvvur edirdilər. Yunanlar hesab edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Qədim misirdə coğrafiyannın inkişafı Misirlilər e.ə. XXIX əsrdə Suveyş korfəzinə və bərxəzinə cıxmışlar, orada olan şor sulu golləri kəşf etmişlər. Həmin gollərdən indi Suveyş kanalı kecir. E.ə. XXVIII əsrdə Sinay yarımadasında çatmışlar. Daha sonra Suriyaya daxil olmuşlar və Fərat cayının mənbəyinə cıxmışlar. Aralıq dənizində misirlilər ilk dəfə e.ə. XXVII əsrdən uzməyə başlayıblar, daha sonra Nil cayının mənbəyinə doğru ilə 2 min km qədər qət etmiş və Qırmızı dənizin sahillərinə cıxmışlar. Afrika sahillərilə Punta (Muasir Somali) qədər olan dəniz yolunun mənimsənilməsində birincilik misirlilərə məxsusdur. Somalidə bitən qiymətli ağac novlərindən alınan qətranlar gəmilərlə Misirə gətirilirdi E.ə. IV əsrdə Misir Makedoniyalı İskəndər tərəfindən tutulduqdan sonra misirlilərin topladıqları geniş coğrafi biliklər yunanlar tərəfindən mənimsənildi. Mesopotomiyada coğrafiyanın inkişafı Şumerlərin coğrafi anlayışları haqqında e.ə. XXV əsrdə gil lovhələrin uzərində cəkilmiş xəritədən aydın aydın gormək olar. Ən qədimi olan belə xəritələrin birində Şimali Mesopotamiya kəndləri, cayları və dağları əks olunmuşdur. Digərində isə Mesopotamiyanın ən boyuk şəhəri olan Vavilyondan Yer Fərat cayının kəsdiyi yastı dairə formasında gostərilmişdir. Fərat cayı dağlardan axır və ozu də hər tərəfdən Yerlə əhatə olunmuş okeana tokulur. Okeanın kənarlarında ucbucaq şəklində olan yeddi ada yerləşir. Assuriyalılar e.ə. 802 və 788-ci illərdə İran yaylasından kocərək Turkmənistan-Xorasan dağlarının cənub yamaclarına qədər gedib cıxmışlar. Məğlubiyyət bilməyən guclu Assuriya carlarının qoşunları hərbi yuruşlər zamanı Su riyanı, Fələstini, Finikiyanı və Kicik Asiyanın şərq hissələrini kəşf etmişdirlər Aralıq dənizinin şərq sahillərindəki Sidon, Tir və b. şəhər-dovlətlərdə yaşayan finikiyalılar ozlərinin səyahətləri haqqında az yazılı mənbələr qoysalar da, Avropa və Şimali, Qərbi Afrika sahillərini və coxlu adları ilk dəfə kəşf edənlər məhz onlar olmuşlar. Bacarıqlı dənizcilər olan Finikiyalılar e.ə. XII-X əsrlərdə sahil boyu ilə Aralıq dənizini başdan-başa uzub kecmişlər. E.ə. VIII əsrdən başlayaraq finikiyalılar muntəzəm olaraq Kanar adalarına uzurlər. Burada onlar şibyənin xususi novundən boyaq, əjdaha ağacından isə qətran əldə edirlər, bunlardan isə muxtəlif rənglərin istehsalında istifadə olunurdu. Finikiyalıların dəniz əməliyyatlarının miqyası daha boyuk olmuşdur. Demək olar ki, məhz finikiyalılar Afrikanı ilk dəfə kəşf edənlərdir. Oların Afrika ətrafında dolanaraq Qırmızı dənizdən Aralıq dənizinə misilsiz kecidi yalnız iki min il sonra təkrarlanmışdır. Naməlum finikiya dənizciləri birinci olaraq ekvatoru kəsib kecmişlər və ilk dəfə gunorta vaxtı gunəşi şimalda gormuşlər. Download 36.17 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling