Azərbaycanın Sasanilər tərəfindən işğalı. Sasani əsarətinə qarşı mübarizə. - Albaniya sasanilərin hakimiyyəti altına keçmişdi. Beləliklə, Azərbaycan 3 əsr sasanilərin zülmü altında qalmışdır. Sasani şahı II Şapur (309-379) Nisbin sülhü nəticəsində əldən çıxmış Erəmnis-tan uğrunda mübarizəyə başladı. Lakin erməni çarı II Tridat (278-330) Bizans qüvvələrindən istifadə edərək sasanilərə müqavimət göstərdi. Erməni çarı II Arşak (345-365) çoxlu qoşunla sasani orduusunu məğlub etmiş və Təbrizi ələ keçir-mişdir. Lakin Şapur onu Təbrizdə möhkəmlənməyə imkan vermədi və geri çəkil-məyə məcbur etdi. 369-374-cü illərdə Ermənistan və İberiyanı ələ keçirmək üçün II Şapur həmin ölkələrə hərbi səfərlər etmişdir. Ermənistana hərbi səfərdə alban hökmdarı, şahın bacısının əri Urnayırda iştirak etmişdir. Alban səlnaməçisi yazır ki, alban hökmdarı Ermənistan daxilində qələbə bayrağını ucaltdı.
- Bütün bu tədbirlər xalqın səbr kasasını doldurmuş və nəhayət 450-451-ci illərdə xalqlarının sasani zülmünə qarşı birgə azadlıq hərəkatının alovları dalğalanır. Cənubi Qafqazıda üsyan baş verəcəyindən qorxan II Yezdegerd Mehr-Nersaxin başçılığı ilə Paytakarana qoşun göndərdi. Zaqafqaziya xalqları arasında əlaqələr möhkəmlənir, təşkil olunmuş müttəfiq qoşunlarına M.Vardan rəhbər seçilir. Üç yerə bölünmüş üsyançı qoşunların bir dəstəsi Atropatena ilə Ermənistan sərhəddində yerləşdirildi, ikinci dəstə Vardanın başçılığı ilə İberiyadan keçib Dərbənddə yerləşən Sasani qarnizonuna zərbə vurmalı idi. 3-cü hissə Vasakın başçılığı ilə Ermənistanda qalmalı idi. Vardan Albaniyaya çatdıqda, Vasakın xəyanət edərək sasanilər tərəfinə keçdiyi xəbərini aldı.
Azərbaycanın Sasanilər tərəfindən işğalı. Sasani əsarətinə qarşı mübarizə - Çolada yerləşən Sasani qoşunları Vardana qarşı göndərildi. 450-ci ildə Xalxal yaxınlığında üsyançılarla Sasani qoşunu arasında döyüş oldu. İran qoşunları məğlub edildi, deyilənə görə onlardan bir nəfəri sağ qalmış və şaha xəbər aparmışdır.
- 461-ci ildə Albaniyada çar hakimiyyəti məhv edildi, ölkə sasanilərin bir əyalətinə çevrildi. Mərzabanlığın mərkəzi isə Bərdə şəhəri oldu.
- Musa Kalankaytuqlu yazır: «Vaçedən başlayaraq Mömün Vaçaqana qədər 30 il müddətində Albaniya hökmdarsız qaldı, çünki kinli və şərəfsiz İran şahı hiddətlənmişdir». Firuzun şahlıq illərində Cənubi Qafqazda yerli hökmdarların hakimiyyəti ləğv edilmiş xristian dini amansız təqib olunurdu.
- Eftalitlərə qarşı aparılan müharibənin əsas ağırlığı Zaqafqaziya xalqlarının üzərinə düşürdü. Vergilərin miqdarı xeyli artırılmışdı. Bütün bunlar gələcək üsyanlar üçün zəmin hazırlayırdı. 481-484-cü illərdə İberiyada başlanmış üsyan bütün Cənubi Qafqazı bürüdü.
Do'stlaringiz bilan baham: |