Dersin Adı


Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti


Download 200.37 Kb.
bet7/14
Sana10.10.2023
Hajmi200.37 Kb.
#1697004
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Bog'liq
İkinci mühazirə Mühazirə

Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti.

Çünki o, ona torpaq vermiş sahibkara məhsulun yalnız bir hissəsini verir, qalanı isə özünə, ailəsinə qalırdı. Bu isə, yəni maddi maraq məhsul-dar qüvvələrin inkişafına güclü təkan verdi, quldarlığa əsaslanan təsərrüfat forması dağıldı, cəmiyyətin inkişafında yeni sosial iqtisadi mərhələ başladı ki, bu da tarixi feodalizm cəmiyyəti adlandı. Torpaq sahibləri ilə torpağı becərənlər arasında yeni münasibətlər yarandı ki, bu da feodal istehsal münasibətləri idi. Ona görə də feodal cəmiyyəti, feodal istehsal münasibətləri adlandı ki, torpaq sahibkarları feodallar adlanırdı.

  • III-V əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında bir sıra yeniliklər baş vermişdir. Əmək alətləri xeyli təkmilləşmiş, təsərrüfatın bütün sahələrində dəmir alətlərdən istifadə edilməyə başlan­mışdı.
  • Becərilən dənli bitkilər içərisində əsas yeri buğda, arpa və darı tuturdu. Əkinçilik mədəniyyəti xey­li yüksəlmiş, digər sahələrlə yanaşı bir sıra bostan və texniki bitkilərin becərilməsinə, ipəkçiliyin inkişafına diqqət artırılmışdı. Kür-Araz ovalığında süni suvarma şəbəkəsi daha da genişləndirilmişdi.

Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti.

E.ə. IV əsrin sonu – III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı.

Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi.

Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə oldu. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskun-laşmışdılar.

  • III–V əsrlərdə Albaniyanın ərazisi təbii sərhədlərlə bir-birindən ayrılan bir sıra vilayətlərə bölünmüşdür. Onların sırasına Çola, Şəki, Lipina, Arsax, Uti, Girdiman, Sisikan və b. daxil idi. Dərbənddən Beşbarmaq dağına

Download 200.37 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling