Dersin Adı


Download 200.37 Kb.
bet6/14
Sana10.10.2023
Hajmi200.37 Kb.
#1697004
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
İkinci mühazirə Mühazirə

2

Cəmi:

30

MÜHAZİRƏ 2

MÜHAZİRƏ 2

MÜHAZİRƏNİN MÖVZUSU: Azərbaycan erkən orta əsrlərdə. Feodal münasibətlərinin

yaranması.

Feodal münasibətlərinin bərqərar olması.Alban feodal dövləti. Azərbaycanın Sasanilər tərəfindən işğalı. Albaniyada xristian-lığın yayılması. Sasani əsarətinə qarşı mübarizə. Məzdəkilər hərəkatı. Azərbaycan xalqının yaranması. Etnik proseslərdə yeni mərhələ. Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti.

MÜHAZİRƏNİN MƏQSƏDİ –Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması, Alban feodal dövləti, Azərbaycana sasanilərin basqını, Sasani əsarətinə qarşı üsyanlar, Məzdəkilər hərəkatı, Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti haqqında biliklərin əldə olunması

MÜHAZİRƏNİN PLANI:

1. Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti.

2. Azərbaycanın Sasanilər tərəfindən işğalı. Sasani əsarətinə qarşı mübarizə.

3. Məzdəkilər hərəkatı. Etnik proseslərdə yeni mərhələ.

4. Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti.

Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə

  • Azərbaycan ərazisində erkən feodal cəmiyyətinin yaranması və Alban feodal dövləti haqqında,
  • Azərbaycanın Sasanilər tərəfindən işğalını,
  • Albaniyada xristianlığın yayılmasını.
  • Sasani əsarətinə qarşı mübarizə. Məzdəkilər hərəkatının mahiyyətini,
  • Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti haqqında bilikləri öyrənmiş olacaqsınız.
  • Müvəffəqiyyətlər diləyirik!..

Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti.

  • . Bəşər cəmiyyəti öz inkişafında sosial-iqtisadi inkişaf mərhələləri keçmişdir. Birinci mərhələ insanların hamısının bərabər hüquqlu, icma halında yaşadığı ibtidai-icma quruluşudur. Bu quruluşda istismar edənlər və istismar edilənlər, yəni təbəqələr olmamışdır. Bu cəmiyyət təbəqəsiz cəmiyyət olmuşdur. İllər, yüzil­­­­­liklər keçdikcə, məhsuldar qüvvələr inkişaf etdikcə cəmiyyətdə parçalanma getmiş, varlılar və yoxsullar meydana çıxmış, qəbilələrarası müharibələrdə əsirlər ələ keçirilmiş, bu əsirlər qullara çevrilmiş, təsərrüfatlarda qul əməyi tətbiq olunmağa başlanılmışdır. Qulları, yoxsulları əsarətdə saxlamaq üçün quldarlara, varlılara kömək etmək, qulların itaətdən çıxmasının qarşısını almaq, qullar üsyan etdiyi təqdirdə onlara divan tutmaq aləti olan dövlətlər meydana çıxmış, ibtidai icma quruluşu ləğv edilərək quldarlıq cəmiyyəti yaranmışdır.
  • Bizim eranın II-III yüzilliklərində təsərrüfatın, məhsuldar qüvvələrin inkişafı artıq elə səviyyəyə çatmışdı ki, quldarlıq bu inkişafa əsaslı mane olduğundan, onun aradan qaldırılması zəruriyyəti ortaya çıxmış, təsərrüfatda qul əməyinə nisbətən daha səmərəli olan kəndli əməyi tətbiq edilməyə başlamışdı. Təsərrüfata məhkum olunan kəndlinin isə daha çox məhsul götürməyə marağı var idi.

Download 200.37 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling