Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti. - IV əsrdə çar Urnayrın dövründə Albaniyanın ərazisi Böyük Qafqaz dağlarından başlayaraq Gürcüstan və Ermənistana qədər uzanırdı. Ölkənin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə olmuşdur. Alban feodal dövlətinin möhkəmləndiril-məsində xristian dini mühüm rol oynamışdır. Burada xristianlıq III əsrdən yayılmağa başlamış, IV əsrdə çar Urnayr tərəfindən dövlət dininə çevrilmişdi. Albaniyada xristianlığın yayılmasında yepiskop Qriqori böyük rol oynamışdı. Ölkənin hər yerində kilsələr tikilmiş, bütpərəst məbədlərinə məxsus torpaqlar və başqa əmlak xristian kilsəsinin əlinə keçmişdi. Alban kilsəsi əvvəl Roma, sonrna isə (451) Bizans kilsəsinə tabe olmuş, 551-ci ildən isə müstəqil olmuşdur. Albaniya bir neçə yepiskopluğa bölünmüşdü (Qəbələ, Amaras, Balaskan, Şəki, Girdiman və s.). Onlar yepiskoplar tərəfindən idarə olunurdu. Yepiskoplar alban kilsəsinin patriarxına tabe idi. Patriarxın iqamətgahı əvvəl Çolada olmuş, 552-ci ildən Bərdəyə köçürülmüşdü.
- Albaniyanın bütün ərazisində xristianlıq eyni qay-dada yayılmamış, ölkənin qərb vilayəti Arsaxda onun təsiri daha güclü olmuşdu. Ərəblər Albaniyanı tutduqdan sonra Alban kilsəsi dağıldı, əhali isə islamlaşdırıldı. Lakin Arsaxda xristianlıq qalmaqda davam edirdi. Alban kilsəsi erməni kilsəsinə tabe etdirildikdən sonra, Arsaxın bütün kilsələrində mərasimlər erməni dilində aparılmağa başladı. Beləliklə,
Azərbaycanın Sasanilər tərəfindən işğalı. Sasani əsarətinə qarşı mübarizə. - burada erməni dilinin təsiri güclənmişdi. Alba-niyanın digər ərazilərində isə türk dilinin elementləri artır və alban dili öz əhəmiyyətini itirirdi. Tədricən Arsaxın alban əhalisinin dili erməni dili ilə qaynayıb-qarışdı və erməni dilinin Qarabağ ləhcəsi meydana gəldi.
- 226-cı ildə İranda parfiya sülaləsini sasanilər əvəz etdi. Bu sülalənin əsasını sasani nəslindən olan I Ərdəşir (226-241) qoymuşdur. O, idarəçilik sistemini nizama salmış, köhnə asılı dövlətlər sistemini təşkil etdi və beləliklə, zəifləmiş İran monarxiyasını yenidən möhkəmləndirməyə nail oldu.Sasani hökmdarları özlərini şahənşah adlandırır, əyalətlər isə şahənşah tərəfindən təyin olunan mərzabalar tərəfindən idarə olunurdu. Onlar hərbi və mülki işləri təkbaşına aparırdı. Sasanilər mərkəzi hakimiyyəti möhkəmləndirdikdən sonra işğalçılıq müharibələrinə başladı. Orta Asiyanın bir hissəsini, Atrapatenanı, Mesopotamiyanı və Suriyanı ələ keçirdi. Onun paytaxtı Ketsifon (Mədain) idi. Atropatena sasanilərin iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərindən biri idi. Bu əyalətin mərkəzi Təbriz, dövrünün mühüm iqtisadi və mədəni mərkəzlərindən olmuşdur.
- Sasanilərin dövlət dini olan zərdüştliyin baş məbədi Atrapatenada Qazaka şəhərində yerləşirdi. Hakimiyyətə keçən sasani şahları Mədaindən buraya ibadət üçün piyada gəlməli idilər. Cənubi Qafqazı ələ keçirmək uğrunda İran ilə Roma və Bizans arasında uzun sürən müharibələr getmişdir. 298-ci ildə Roma ilə sasanilər arasında Nisbin sülh bağlanmış, 40 illik dinclik əldə edilmişdir.
Do'stlaringiz bilan baham: |