Məzdəkilər hərəkatı. - Sasani hökmdarları dövlət hakimiyyətini möhkəm-ləndirmək üçün bu və ya digər dini təlimlərdən istifadə etmişlər. Ərəb tarixçisi əl-Məqsudi yazır: «Ərdəşir öz oğluna (Şapura) demişdir ki, agah ol şahlıq və din qardaşdır, onlar birbirindən ayrı yaşaya bilməzlər. Din şahlığın əsasıdır, şahlıq onu qoruyur.
- Atropatendə hakim mövqe tutan zərdüşt dinini sasanilər dövlət dini elan etdilər. Zərdüşt baş allah Ahurəmzadanın adı ilə adlandırıldığı kimi, məzdəizm hakim feodalların tələbatına uyğunlaşdırılmışdır. Məzdəizmi sinfi siyasət silahı hesab edən I Şapur (şahənşah) itaət altına alınmış vilayətlərdə zərdüşt dinini zorla yayamaq haqqında əmr verdi. Zərdüşt kahinləri Sasanilər dövlətinin həyatında böyük rol oynayırdılar.
- V əsrin 80-ci illərindən feodal zülmünə qarşı başlanmış məzdəkilər hərəkatı qüdrətli bir xalq üsyanına çevrildi. Hərəkatın başçısı (Mobədan-mobəd) Bamdad oğlu Məzdək idi. Hərəkat öz adını da buradan almışdı. Məzdək öz ideyalarını Həmədanda yaymağa başlamış, tez bir zamanda bu təlim feodal zülmünə qarşı mübarizə aparan xalqın ideologiyasına çevrilmişdi. Orta əsrlərdə baş vermiş bütün xalq üsyanları kimi məzdəkilər hərəkatı da dini pərdə altında gedirdi.
Məzdəkilər hərəkatı - Məzdək təlimi dual (ikili) xarakter daşımış və onun əsasını xeyrlə şər arasında gedən mübarizə təşkil edirdi. Bu təlimdə fəlsəfi nəzəri ideyalara nisbətən sosial tələblər və sosial şüarlar daha geniş yer tutur. Məzdək göstərir ki, zülmü aradan qaldırmaq üçün mübarizə aparmaq lazımdır.
- Qubad məzdəkilər hərəkatının görkəmli nümayəndələrini (Səyəvuşu) müxtəlif yollarla sıradan çıxarmağı qarşısına məqsəd qoyur. 528-ci ildən məzdəkilərin təqibinə başlandı. 531-ci ildə Məzdək edam edildi və onun 80 min tərəfdarına divan tutuldu.
- Məzdək hərəkatının məğlubiyyəti İranda feodalizm quruluşunun qələbəsi idi. Bu hərəkat iri torpaq sahibliyinin hakimiyyətinə zərbə vurdu, xırda feodalların mövqeyini möhkəmləndirdi. Bu isə mərkəzi hakimiyyətin möhkəmlənməsinə və feodal torpaq sahibliyinin genişlənməsinə gətirib çıxardı.
- Məzdək hərəkatının bir sıra zəif cəhətləri var idi. Hər şeydən əvvəl bu hərəkat feodalizm cəmiy-yətinə qarşı çevrilməmiş, qarşısına bu cəmiyyəti dəyişdirmək məqsədini qoymamışdır. Eyni zaman-da bu hərəkat ibtidai icma quruluşunun bəzi cəhətlərini təbliğ etməklə geriyə doğru bir addım idi.
Do'stlaringiz bilan baham: |