Dersin Adı


Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti


Download 200.37 Kb.
bet8/14
Sana10.10.2023
Hajmi200.37 Kb.
#1697004
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Bog'liq
İkinci mühazirə Mühazirə

Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti.

  • qədər məhsuldar ərazi Çolaya daxil olmuş, buradan mühüm ticarət yolu keçirdi. Albaniyanın şimali dağlıq hissəsində Şəki vilayəti yerləşir və burada ipəkçilik inkişaf etmişdir. Çola və Şəki arasında yerləşən Lipinada (Qəbələ) çoxlu qoz və fındıq yetişdirilirdi. Albaniyanın qədim paytaxtı Qəbələ də bu vilayətə daxil idi. Ölkənin qərbində yerləşən Girdimanda dəmir filiz yataqları var idi. Uti vilayəti Qarabağ düzənliyini, Kiçik Qafqazın şərq yamaclarını, Paytakaran Muğan və Mil düzənliyini əhatə edirdi. Albaniyanın əsas vilayətlərindən biri indiki Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisini əhatə etmiş Arsax vilayəti idi. Albaniya sıx əhaliyə malik bir ölkə olmuşdur.
  • Mənbələrin verdiyi məlumatdan aydın olur ki, III əsrdən Albaniyada ilk feodal dövləti meydana çıxır. I–VII əsrlərdə Albaniyada iki sülalənin hakimiyyəti bir-birini əvəz etmişdir. Albaniya I əsrin ortalarından 510-cu ilə qədər arşakilər sülaləsi tərəfindən idarə olunmuşdur. Mənbələrə görə bu sülalənin banisi Aran olmuş, o İran arşakilər nəslindən idi. Sülalənin 10 nəfər çarının adı bizə məlumdur: I Vaçaqan, I Vaçe, Urnayr, II Vaçaqan, Mirhavan, Satoy, Yesuaqen, II Veçe, III Mömin Vaçaqan. Lakin çarların hakimiyyət illəri bizə dəqiq məlum deyildir. Parfiya arşakilər nəslindən olan alban arşakiləri tezliklə alban mədəniyyətini mənimsəyərək xristianlığı qəbul etmişlər. 510-cu ildən 705-ci ilə qədər Albaniya

Azərbaycan ərazisində feodal münasibətlərinin bərqərar olması. Alban feodal dövləti.

  • mehranilər sülaləsi tərəfindən idarə olunmuşdur. Bu sülalənin aşağıdakı çarlarının adı bizə məlumdur: Mehran, Armel, Vardan, Şücaətli Vardan, Varvaz Qriqori, Cavanşir, Varaz Tridat, Şuriyyə.
  • Alban dövləti çar tərəfindən idarə olunurdu. Alban sal­naməçisi yazır ki, bəzən vəliəhd münasib olmadıqda əyanlar toplaşaraq çar nəslindən daha münasib adamı hakim seçirdilər. Cavanşirin ölümündən sonra onun yerinə qardaşı Varaz Tridatı hakimiyyətə keçirmişlər. Çar mütləq hakim olmuş, onun möhürü
  • var idi. Çarların özlərinə məxsus iqamətgahı olmuş, onların yay iqamətgahı Xalxalda yerləşirdi. Çar sarayında din xadimləri, natiqlər, mirzələr, çalğıçılar saxlanılırdı. Alban çarları tac qoyur, xüsusi paltar geyirdilər. Alban salnaməsində deyilir: «Elə ki, dan ulduzu doğdu, o (Cavanşir) çar paltarını geyir və taxta əyləşirdi». Çar sarayında müxtəlif işlərə baxan məhkəmə fəaliyyət göstərirdi. Ölüm hökmü ancaq çarın qərarından sonra yerinə yetirilirdi. Alban ordusu piyada və atlı qoşundan ibarət idi. Qoşun qılınc, nizə, ox, kaman və qalxanla silahlanırdı.

Download 200.37 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling