Dünya əhalisinin coğrafi bölgüsünü qısa şərh edin
Download 18.65 Kb.
|
dünyiqt3
- Bu sahifa navigatsiya:
- Əhalinin mütləq artımı və ölüm səviyyəsini açıqlayın.
- Əhali artımının 4 başlıca komponentinin riyazi açıqlaması nədir Nə üçün Maltus gələcəklə bağlı pessimist olmuşdur
- Neo-Maltusçuluğun Maltusçuluqdan fərqli və oxşar cəhətləri hansılardır Demoqrafik keçidin 4 başlıca mərhələsi hansıdır Hər birinə nümunə göstərin
- ABŞ-da ölümlərin başlıca səbəbləri hansılardır
- Boloniya prosesi nədir və izahı
D.İ MÜHAZRƏ 2 Dünya əhalisinin coğrafi bölgüsünü qısa şərh edin. Dünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km² 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri Niderland və Almaniya tutur. Burada sıxlıq hər km² 2000 nəfərdir. Dünyanın ən çox sıx məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır. Əhalinin mütləq artımı və ölüm səviyyəsini açıqlayın. Dünyada əhalinin sayına təsir edən əsas 2 faktor var. 1. Təbii artım 2. Mexaniki artım Təbii artım dedikdə, doğulanların sayından ölənərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə ölçülür. Əhalinin təbii artımında əsas sıçrayış XX əsrin 60-cı illərində olmuşdur – 2%-dən çox (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2-1.5% və ya hər 1000 nəfərə görə 20-15 nəfər arasında olmuşdur. Qeyd edək ki, respublikamızda hər 1000 nəfərə təbii artım 19-20 nəfərdən 8-9 nəfərə enmişdir. Demoqraflar təbii artıma görə ölkələri 3 tipə bölürlər : I. Təbii artımın I tipi (müasir növ) – bu tipə aşağı ölüm, aşağı təbii artım aiddir. Bu tipə əsasən İEÖ bu tipə aiddir. Səbəb isə əhalinin sosial səviyyəsinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır.Hal-hazırda bu ölkələrdə təbii artım olduqca aşağı səviyyədədir. Buraya ABŞ, Albaniya istisna Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya aiddir. II. Təbii artımın II tipi (ənənəvi növ) – Təbii artımın ənənvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə əsasən İOÖ aiddir. Buraya Afrika, Okeaniya, Asiya, Latın Amerikasını aid etmək olar. Burada təbii artım olduqca yüksəkdir. Dünya əhalisinin sayı əsasən bu ölkələrin hesabına artır. Ümumiyyətlə təbii artımın II tipində artımın yüksək olmasının səbələri : iqtisadiyyatın, təhsilin aşağı səviyyəsi, erkən yaşda evlənmə, səhiyyənin vəziyyətinin pis olması. Bu tip ölkələrə " Demoqrafik partlatış" xasdır. Misal olaraq Afrikada təbii artım 2.8-5%, Asiyada 1.4-2%, Latın Amerikasında 1.5-2.2%-dir. Təbii artımın I tipində isə artımın olduqca aqz olmasının səbəbləri urbanizasiya və müasir həyat tərzi, gec evlənmə, boşanma hallarının çox olması, təhsilin elmin yüksək səviyyədə olması. Səhiyyənin yüksək səviyyədə olmasıdır. Bu tip ölkələrə isə "Demoqrafik böhran" xasdır. Əhalinin müxtəlif səviyyədə təbii artımları bir çox hallarda ölkənin milli maraqlarına təhlükə yaradır. Bu zaman hökumət plkədə təbii artımça müvafiq olaraq demoqrafik siyasət yürüdür. Əsasən I tipə aid ölkələrdə təbii artımı yüksəltmək, II tipə aid ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir. Misal olaraq ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq edilir. Hindistanda öz ölkəsində oxşar siyasətin tətbiqi haqqında düşünür. Amma Səudiyyə Ərəbistanı, Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici təqaüd verir. Bu tip demoqrafik siyasəti Rusiya Federasiyası da etmək istəyir. Dünya ölkələrində demoqrafik vəziyyətə təsir edən ikinci faktor mexaniki artımdır. Mexaniki artım dedikdə əhalinin miqrasiyası nəzərdə tutulur. Miqrasiya olduqca geniş anlayışdır. Miqrasiya əhalinin bir yerdən digər yerə hərəkətinə deyilir. Miqrasiyanın əsasə 2 növü var. 1. daxili miqrasiya, 2. xarici miqrasiya. Daxili miqrasiya ölkə daxilində bir bölgədən digər bölgəyə köçməyə deyilir. Xarici miqrasiya isə bir ölkədən başqa ölkəyə getməyə deyilir. Xarici miqrasiya öz növbəsində 2 yerə ayrılır. 1. Emiqrasiya, 2. İmiqrasiya. Bir ölkədən çıxıb getmək Emiqrasiya, başqa ölkədən bir ölkəyə gəlməlk immiqrasiya adlanır. Ölkədə immiqrantlarla emiqrantlar arasındakı fərq mexaniki artım adlanır. İmmiqrantların üstün olduğu mexaniki artım müsbət saldodadır, yəni burada ölkə əhalisi artır. Emiqantların üstün olduğu mexaniki artım isə mənfi saldodır. Yəni burada ölkə əhalisi azalır. Bunu da qeyd etmək lazımdır ki, bəzi ölkələrin milli strukturunun formalaşmasında miqrasiya başlıca rol oynamışdır. Məsələn : ABŞ, Kanada, Latın Amerikasının ölkələri, Avstraliya ittifaqı, Yeni Zelandiya, İsrail və s. Bu kimi ölkələr bəzi ədəbiyyatlarda "köçürmə ölkələri"-də adlanır. Hal-hazırda miqrasiya əsasən İOÖ-dən İEÖ-dir. Bunun əsas səbəbi İOÖ-də işsizlik və sosial-iqtisadi vəziyyətin ağırlığıdır.
Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin rəqəm sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə- 1, 2, 3, 4, 5, 6, 7... arta bilər. İki əsrdən sonra əhali yaşayış vasitələrinə qarşı 256-nın 9-a nisbəti şəklində olar. Üç əsrdən sonra isə 4096-nın 13-ə olan nisbəti kimi olaar. İki min ildən sonra isə bu nisbət sonsuz olar və hesablanması qeyri-mümkün olar".Önə sürdüyü tez, dünyadakı ehtiyatların mütəmadi olaraq artan dünya əhalisinin tələbatlarını ödəyə bilməyəcəyi ilə bağlı idi. Fikirləri qısa zamanda o qədər geniş rezonans doğurdu ki, bundan təsirlənən İngiltərə 1801‐ci ildə ilk dəfə olaraq əhalinin siyahıya alınmasına qərar verdi. Ona görə də Maltus eyni zamanda demoqrafiyanın banisi sayılır. Bu əsər, Çarlz Darvinin məşhur “təkamül nəzəriyyəsi”nin də ilham mənbəyi oldu. Darvin əsər haqqında deyirdi: “Bəlkə də oxuduğum ən əhəmiyyətli kitab Maltusun “Əhali Haqqında Esse”siydi... Əhalinin artımı Maltusun proqnozlaşdırdığının əksinə, iki səbəbdən, birincisi, təbabət elmindəki inkişaf nəticəsində bir çox xəstəliyə çarə tapıldığından uşaq ölümlərinin ciddi şəkildə azalması və ikincisi, həyat standartlarındakı yüksəlmə, tibb sahəsindəki inkişaf, qidalanma şərtlərinin yaxşılaşmasıyla orta insan ömrünün uzanması nəticəsində meydana gəlib. Yəni hər iki səbəb də Malthusun səfalət və ölüm qorxuları ilə ziddiyyət təşkil edir. Maltus və davamçılarının mənimsəmiş olduğu fəlakət nəzəriyyəsinin özünü doğrultmayan bir başqa tərəfi də XX əsrin ikinci yarısında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə əhalinin artım sürətinin azalmasıdır. Bu ölkələrdə əhalinin artım sürətindəki azalmanın səbəblərini də tibb sahəsindəki inkişaf və gəlirlərdəki yüksəlmə təşkil edir. Amma Maltus deyirdi ki, adambaşına düşən gəlir artdıqca, əhali daha sürətlə artacaq və nəticədə adambaşına düşən gəlir yenidən minimum səviyyəyə düşəcək. Tarixi təcrübə isə tam əksini sübut etməkdədir. qəribə burasıdadır ki, Maltusun təxminən 120 vərəqlik kitabında bir cümləyə də təsadüf edilir ki, bu cümlə niyəsə Maltus tərəfdarlarının diqqətini çəkmir.Maltus bu cümləni dəqiqliklə belə ifadə edir:" Əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcəkdir" Deməli buradan belə məntiqi nəticə çıxır: Heç bir nəzarətə ehtiyac olmadan demoqrafiyanı tənzimləyən bir var. Ruhani olmasına baxmayaraq məmnuniyyətlə insanların kütləvi qırgınına qol qoya biləcək bu şəxs bu cümləni kitaba yanlışlıqlamı daxil edib yoxsa?!... Bu gün bütün dünyanı sirkələyən məhəlli müharibələr, epidemiyalar sanki bir gizlin əl vaitəsi ilə Maltusun ideyalarını həyata keçirir. Bu gün Maltusun kabusu Yer kürəsində dolaşarkən kütləvi insan qırginlarına lüzumsuz halda qol qoyanlar boş yerə özlərinə haqq qazandırmasınlar. Çünki Maltusdan fərqli olaraq hələ də ruhunu Mefistotellərə satmayan alimlər vardır ki, onlar insanları məhv edən deyil, xilas edə biləcək kəşflər edir və edəcəklər. Neo-Maltusçuluğun Maltusçuluqdan fərqli və oxşar cəhətləri hansılardır? Demoqrafik keçidin 4 başlıca mərhələsi hansıdır? Hər birinə nümunə göstərin Region və ölkələrdə demoqrafik göstəricilərin - doğum, ölüm və təbii artımın səviyyəsi sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişir. Bu, demoqrafik keçid adlanır. Demoqrafik keçid 4 mərhələdən ibarətdir. I mərhələ. İbtidai cəmiyyət üçün səciyyəvidir. Yüksək doğum, yüksək ölüm və təbiətdən asılılığın güclü olması nəticəsində təbii artımın aşağı olması xarakterikdir. Müasir dövrdə Yeni Qvineya adasında, Amazon və Konqo hövzələrinin rütubətli ekvatorial meşələrində yaşayan, ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr hələ də demoqrafik keçidin I mərhələsindədirlər. İlkin mərhələni keçmiş ölkələr bəzi hallarda yenidən geriyə qayıdır. Bu hər hansı fəlakətli təbiət hadisəsi və ya siyasi vəziyyətlə əlaqədar olur. Məsələn, Somalidə baş verən vətəndaş müharibəsi ölkəni demoqrafik keçidin birinci mərhələsinə qayıtmasına səbəb olmuşdur. II mərhələ. Bu mərhələdə doğumun yüksək göstəriciləri saxlanılır, lakin səhiyyənin inkişafı sayəsində ölümün səviyyəsi azalır. Nəticədə əhalinin təbii artımı yüksəlir. Demoqrafik keçidin bu mərhələsi əhali artımının ənənəvi tipi də adlandırılır. Bu mərhələdə əhalinin sürətli artımı demoqrafik partlayışla müşayiət olunur. Avropada II mərhələyə keçid XIX əsrin əvvəllərində baş verdiyi halda, Afrika, Asiya və Latın Amerikasının bir sıra ölkələrində bu proses hələ də davam edir. III mərhələ. Ölümün səviyyəsi əvvəlki mərhələdə olduğu kimi qalır, doğumun səviyyəsi isə aşağı düşür. Bu, iqtisadiyyat və səhiyyənin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, uşaqlara ayrılan xərclərin artması, qadınların aktiv ictimai fəaliyyəti ilə bağlıdır. Hazırda Latın Amerikasının əksər ölkələri demoqrafik keçidin bu mərhələsindədir. Bu ölkələrdə sənayenin inkişafı ilə əlaqədar iqtisadiyyat və əhalinin məşğulluq strukturlarında köklü dəyişikliklər baş verir. IV mərhələ. Doğum və ölüm arasında fərqin azalması təbii artımın aşağı düşməsinə səbəb olur ki, bu zaman əhalinin sayı sabitləşir. Əvvəlki mərhələdə başlayan proseslər davam edir. Bu, İEÖ-lərin əksəriyyəti üçün xarakterikdir. Bəzi ölkələrdə isə hətta əhalinin təbii azalması da müşahidə olunur Məcmu doğum səviyyəsinin dünya xəritəsi nəyi izah edir? Ölüm səviyyəsini yalnız doktorlar azaldırmı?
2017-ci ildə ABŞ-da orta ömür uzunluğu 78,6 idi. Son zamanlardakı azalmaya əsasən narkotik vasitələrdən istifadə və intiharın kəskin artımı səbəb olur. Orta ömür uzunluğu ən çox Asiyalılar və Hispaniklərdə, ən az qaradərililərdə idi.[335][336] XNM və Siyahıyaalma Bürosu məlumatına əsasən, intihar, alkoqol və narkotik vasitələrdən istifadə ilə bağlı ölümlər 2017-ci ildə rekord səviyyəyə çatıb. ABŞ-da köklüyün artması və dünyanın digər yerlərində səhiyyənin inkişafı ölkənin orta ömür uzunluğuna görə 1987-ci ildəki 11-ci yerdən 2007-ci ildə 42-ci yerə qədər düşməsinə səbəb oldu. Köklük nisbəti son 30 ildə iki dəfədən artıq artaraq sənayeləşmiş dünyada və digər yerlərdən ən yüksək səviyyəyə çatdı.Yetkinlərin təxminən hər üç nəfərindən biri kökdür və bundan əlavə biri isə normadan artıq çəkiyə malikdir.Köklük ilə əlaqəli 2-ci tip diabet səhiyyə mütəxəssisləri tərəfindən epidemiya olaraq qəbul edilir. Nə üçün ən yoxsul ölkələr əhalisi ən sürətlə artan ölkələrdir? Boloniya prosesi nədir və izahı Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərini bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində inisiativ başlanılır. 1998-ci ildə Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri və 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 46 ölkəni əhatə edir. Bolonya prosesi üç əsas məqsəd daşıyır: Çevikliyi, beynəlxalq rəqabətə davamlığı və məşğulçuluq imkanını artırmaq. Alt məqsədlərə aiddirlər: Sadə və müqayisə olunabiləcək diplomların, həmçinin əlavə sertifikatların yaradılması, İkipilləli təhsil sisteminin yaradılması, Qabiliyyət qiymətləndirmə sisteminin daxil edilməsi, European Credit Transfer System (ECTS), Çevikliyi manelərin aradan qaldırlması sayəsində artırmaq, Avropada birgə çalışmağın keyfiyyətinin artırılması, Ali təhsil sisteminin Avropada yayılmasının genişləndirilmsi, Ömür boyu təhsil, Tələbələrin təhsildə qərarların qəbul edilməsində yaxından iştirakı Download 18.65 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling