Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov
Mövzu 2. TMŞ - Beynəlxalq marketinqin əsas subyektləridir
Download 4.84 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Yükləməqabagı İnspeksiya üzrə Saziş;
- ÜTT-nin strukturu.
Mövzu 2. TMŞ - Beynəlxalq marketinqin əsas subyektləridir Mövzunun planı 1.
TMŞ haqqında anlayış və transmilliləşmə indeksi. 2.
TMŞ - dünya iqtisadiyyatının qloballaşması prosesinin və beynəlxalq marketinqin əsası kimi. 3.
4.
Ümumdünya Ticarət Təşkilatı və Azərbaycan Respublikası 1. TMŞ haqqında anlayış və transmilliləşmə indeksi Beynəlxalq biznes üçün TMK-nm əhəmiyyəti çox böyükdür və onlar onun əsas subyektləri hesab olunur. Beynəlxalq ticarət getdikcə TMŞ öz arasında, TMŞ daxili - ana kompaniyalar, qız və nəvə kompaniyalar, həm də bu və istənilən digər kompaniyalar arasında əlaqələrin stimulunda və ardıcıllığında daha çox əks olunur. Məsələn, bir çox amerikan şirkətləri müxtəlif ölkələrdə özlərinin filiallarının nümayəndəliklərini açmışlar və orada geniş istehsal yaratmışlar ki, bu da həmin kompaniyalara ucuz işçi qüvvəsi və digər ehtiyatlardan istifadə etməyə, nəticədə gəlirlərini maksimum dərəcədə artırmaq imkanı vermişdir. Transmilli şirkət - beynəlxalq marketinqin və beynəlmiləlləşmənin instutsional formasıdır. Onların fəaliyyət sferası və “ünvanı” - bütün dünyadır. Bu kompaniyalar - kosmopolitlər, vahid milli mənşədən nəzarətedici kapitala malikdirlər. TMŞ-nm fəaliyyətində xaricdə satış əsas yer tutur və adətən öz ölkəsindəkindən çox sürətlə artır, onun ümumi satışının 1/3 hissəsində olur. Belə ki, ABŞ-ın 25 ən iri transmilli koorporasiyası satışının 43%-ni və əldə olunan ümumi gəlirinin 25%-ni xaricdəki satışdan əldə edir. Amma şirkəti TMŞ cərgəsinə daxil edərkən müəyyən ehtiyatlılıq göstərmək lazımdır, çünki beynəlxalq ticarət fəaliyyəti göstərən bütün kompaniyalar transmilli korporasiya hesab olunmur. 25
Kompaniya öz istehsal etdiyi bütün məhsulunu xaricə ixrac etsə, gəlirinin 100%-ni xaricdən əldə etsə, bu onu transmilli kompaniya hesab etməyə əsas vermir. Transmilli kompaniya o kompaniyanı hesab etmək olar ki, onun xüsusi istehsalı və ya xaricdə nümayəndəliyi olsun. TMK-nm fəaliyyəti ölkə ödəmə balansının defisitliyinin əsas səbəblərindən biri hesab olunur. Məsələn, təkcə Amerikanın 3 avtomobil şirkətinin, General Motors, Ford, Chryslerin xaricdəki zavodlarından idxalı 1990-cı ilin sonunda 6 mlrd.dollar təşkil etmişdir. Amma istehsal sahəsində rəqabətin artması ilə əlaqədar bu tendensiya əksinə dəyişə bilər, belə ki, ABŞ-m ərazisində xarici firmaların ös istehsallarım və müəssisələrin gələcəkdə 3-cü ölkələrə ixracı həyata keçirmək üçün yarada bilərlər. Amerika ərazisində həm xarici, həm də yerli istehsalın dəstəklənməsi ABŞ ticarət balansının vəziyyətini yaxşılaşdırmağa imkan verir. TMŞ-n illik satışının həcmini ayrı-ayrı ölkələrin ÜDM-nin həcmi ilə müqayisə edərək belə bir nəticəyə gəlmək olar ki, General Motors İsveçrəni, Pakistanı, GAR-ı üstələyir. Royal Dutch Shell İrandan, Venesueladan, Türkiyədən varlıdır. TMŞ beynəlxalq marketinq fəaliyyəti ciddi mərkəzləşmiş nəzarət və koordinasiya ilə fərqlənir. Kompaniyanın transmilli hesab olunması üçün transmilliləşmə indeksini təyin etmək lazımdır. Bu indeks kompaniyanın fəaliyyətinin beynəlmiləlləşmə dərəcəsini xarakterizə edir. Transmilliləşmə indeksi aşağıdakı göstəricilər nəzərə alınmaqla hesablanır: -
xarici filiallardakı istehsal həcmi və onun daxili istehsala nisbəti; -
firmanın daxili bazar fəaliyyətindən alınan gəlirlərin həcminə nisbətən xarici filiallardan əldə olunan gəlirlərin həcmi; -
-
kompaniyanın xarici aktivlərinin payı; -
xarici satış həcminin daxili bazardakı satış həcminə nisbəti. Müvafiq hallarda bu indeks dövlətlərə münasibətdə də hesablanır, o halda ölkədə olan aparıcı sahələr üzrə əsas kompaniyalar üzrə göstəricilər toplanır. Transmilliləşmə prosesi xidmət sahəsinə də aiddir. Belə ki, amerikan sığorta kompaniyası Aqra İrlandiyada iradlar və şikayətlərin baxılması mərkəzi açmışlar. Texas Instruments firmasının Hindistanda proqram təminatı paketlərinin işlənməsi üzrə filiallara malikdir. Hüquq kompaniyası Lexis təyyarə ilə xaricə yerli operatorlar ilə kompyuterlərə daxil etmək üçün sənədlər göndərir. Əksər firmalar göstəriciləri işlənməsini Barbadosda həyata keçirirlər və 1000-dən çox operator orada 10 mln.dollar qazanır (beynəlxalq biznesmenlər okean gəmilərinin göyərtəsində firmaların qeydiyyata alınması məsələlərini bəzən məzxərəyə qoyaraq deyirlər ki, orada biznes hər şeydən ucuz başa gəlir və orada ən aşağı dərəcədə vergitutma mövcuddur). TMŞ-lar təkcə iri olmurlar, orta səviyyəli TMŞ-lar da var (işçilərin sayı 500 nəfər). Məsələn, TMŞ-ya aid olan 50 orta ölçülü kompaniya (məşğul olan işçilərinin sayı 500 nəfər) 27% orta transmilliləşmə indeksinə malik olub və onlardan 13-ü 40%-i, 6-sı isə 50%-i aşmışdır. TMŞ-nın tipik təşkilatı quruluşunda baş ana kompaniya (holdinq) qərargahlara, filiallara, şöbələrə və nəvə kompaniyalara həm daxili bazarda, həm də xaricdə sahib olur. TMŞ-da idadrəetmədə mərkəzləşmə və mərkəzləşməmə prinsiplərinin vəhdəti və 26
həm də konqlomerat və sinergik formada portfel yığımı onun biznes sferası xüsusi əhəmiyyət kəsb edir. Amerika TMŞ-dan “Worner-Lambert”, "ZM”, “Ford”, “IBM”, “H.J”, “Hinz”, “Gillette”, “Istman”, “Kodak” kimi kompaniyalar çox məşhurdurlar və satışın ümumi həcminin 1/3-ni xarici bazarda həyata keçirirlər. Bundan başqa, multimilli və çoxmilli kompaniyaları da qeyd etmək lazımdır. Bu kompaniyalar öz yarandıqları ölkəyə çox bağlı olurlar və mənşə ölkə kapitalından yaranan əsasa nüvəyə malik olurlar (məsələn, ingilis-holland kompaniyası Royal Dutch Shell). Və sonda Beynəlxalq Monopoliyalar (BM) haqqında danışmaq olar, bu kompaniyalar yarandıqları ölkəyə, onun xüsusiyyətlərinə bağlı olmamaqla və bir çox ölkələrin kapitalı ilə yaranan malları ilə fərqlənirlər. lİmumilikdə isə, hər şeydən əwəl, yuxanda adları çəkilən kompaniyalar transmilli kompaniyaların bu və ya digər növüdür. Dünya iqtisadiyyatının inkişafında TMŞ-lər böyük rol oynayır. Hazırda TMŞ-lərdə 3 trilyondan artıq məhsul istehsal edilir. Mövcud beynəlxalq şirkətlərdə 80 milyona yaxın əməkdaş işləyir.Statistik məlumatlardan göründüyü kimi dünya TMŞ-nin satdığı məhsulun 80%-i sənayenin aparıcı sahələri hesab edilən a^Uomobilqayırma ,neft. kimya və elektronikanın payına düşür.Hazırda dünya üzrə maşınqayırma məhsullarının 78%-i, elektronikanın 82%-i,kimya məhsullarının 95%-i TMŞ-lər tərəfindən satıhr.Xüsusilə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında 'fMŞ-lərin rolu böyükdür.Yalnız bir faktı göstərmək kifayətdir ki.inkişaf etməkdə olan ölkələrdə TMŞ-lər bütün sənaye məhsulunun 40-42%-ni onların xarici ticarətinin i.sə 50-55%-nə nəzarət edir.
Müasir dövr qloballaşma prosesinin aktiv inkişafı ilə fərqlənir və iri kompaniyaların fəaliyyətinin xarakterində, mahiyyətində parlaq əksini tapır Qloballaşmada transmilli şirkətlərin böyük rolunu etiraf edərək, yaddan çıxarmaq olmaz ki, adi TMŞ öz ölkəsində bütün məhsulun 2/3-ni istehsal edir və bütün personalının 2/3-dən bu məqsədlə istifadə edir. Qlobal şirkətlər, bir qayda olaraq, TMŞ-dən əmələ gəlir və öz inkişafının beynəlmiləlləşmənin ardıcıl mərhələlərində duran müxtəliflikləri özündə əks etdirir. Onlar daxili bazarla yüksək əlaqəni itirir və dünya bazarının tələblərinə istiqamətlənir, istehsalın və satışın qloballaşmasını marketinq proqramının qlobal beynəlxalq biznesin inkişaf texnologiyası və birinci növbədə, xərcləri azalması bazasında həyata keçirirlər. Misal kimi amerikan kompaniyaları “Coca-Cola”nı, “Mc.Donald's”, “Nestle”, “Coigeyte”, “Mariboro”, “IBM”, “Prokter ənd Qembl”, “Du Pont”, “Shell”, “Exxon”, Mobil, məişət texnikaları üzrə yapon və Cənubi Koreya kompaniyaları, “Toyoto”, “Daimler Chrysler” və s. Qlobal şirkətlərlər üçün qlobal mənbələrdən istifadə xarakterikdir. Qlobal şirkətlərlər adi TMŞ-dən daha yüksək transmilliləşmə indeksinə malik olurlar və onların əsas işi malların və dünya bazarın mal irəlilədilməsi üzrə marketinq səylərinin standartlaşmasına yönəlib ki, bu da qlobal reklam və qlobal mal markasının miqyas effektindən əhəmiyyətli dərəcədə uduş əldə etməyə imkan verir. Bununla belə, elmi-texniki proqress xərclərlə müqayisədə yüksək rəqabət üstünlüyü yaradır. Qlobal şirkət təkcə özünəxas hakimiyyət kimi fəaliyyət göstərmir, həm də özündə xüsusi, qlobal hakimiyyəti, hansı ki, dövlət sərhədləri olmayan mühit masştabmda 27
hakimiyyəti əks etdirir. Belə kompaniyada nə qədər milli iştirak elementləri çox olsa da, o qədər də bu kompaniya onun fəaliyyətinin yayıldığı ölkə hakimiyyətinin məhdudiyyətlərindən azad olmağa can atır. Dünyanın müasir xəritəsi qlobal kompaniyaların təsir sferaları, əraziləri şəklində təqdim oluna bilər, amma bu sərhədlər milli dövlətlərin sərhədləri ilə üst-üstə düşmür. Qlobal şirkətlərin iqtisadi gücü beynəlxalq arenada öz siyasi təsirini də gücləndirməyə imkan verir. Onların özlərinin müxtəlif ölkə hökumət ilə münasibətlərinin təşkili üçün diplomat əməkdaşları var. Bu diplomat əməkdaşlar öz aksionerlərinin milli mənsubiyyətindən asılı olmayaraq maraqlarını müdafiə edirlər. XXI əsrdə iri aparıcı şirkəüərlər yüksək beynəlxalq rəqabət qabiliyyətini saxlamaq üçün daha da qlobal olacaqlar. Beynəlxalq marketinqin instutsional bazası və əsas hərəkətverici qüvvəsi TMŞ-dır, çünki TMŞ malların, kapitalın və texnologiyaların hərəkətində əsas müəyyənləşdirici rola malikdir. 90-cı illərin sonuna baş firma, ana kompaniya 45 min, 280 mini isə onların xarici filialları, qız və nəvə kompaniyaları qeydiyyata alınmışdır. TMŞ-nın xarici filiallarının ümumi satış həcmi 8 trilyon dollar təşkil edir. Bu da dünya eksportunun ümumi həcmini yüksəldir. Qloballaşma prosesinin əsas inkişafı, hər şeydən əvvəl, istehsalın beynəlmiləlləşməsidir, mübadilənin deyil. Qloballaşmanın instutsional forması qlobal kompaniyadır, adi TMK-i deyil. TMŞ-nın artımı dünya bazarında rəqabət mübarizəsinin kəskinləşməsi ilə bağlıdır. TMŞ-nın inkişaf göstəricilərindən biri birbaşa investisiyalar haqqında göstəricilərdir. Son vaxtlarda bütün birbaşa xarici investisiyaların 3/5 inkişaf etmiş ölkələrin, 2/5 hissəsi isə inkişaf etməkdə olan ölkələrin payına düşür. ABŞ birbaşa xarici investisiyaların cəlb olunmasında birinci yeri tutur. Beynəlxalq ticarətin qloballaşması şəraitini bir çox cəhətlərdən TMŞ-nin fəaliyyəti müəyyən edir. Belə ki, TMŞ-yə məxsus olan müəssisələrin xaricdə istehsalının genişləndirilməsi ixraca mane olur və eyni zamanda beynəlxalq ticarətin genişlənməsinə səbəb olan daxili korporativ səviyyədə mal göndərilişi yüksəlir. Bununla belə, ixracın artması hazır məhsulun formasında həm də komplektləşdirilmiş məhsullar formasında həyata keçirilir. 3. TMŞ-nin qloballaşma strategiyası vo antiqlobalist bərəkatı TMŞ-nin qloballaşma strategiyasına münasibətdə sosial-iqtisadi tənqidin əsas istiqamətləri aşağıdakı məqamlarla bağlıdır: -
Qlobal transmilli inteqrasiya olunmuş təsərrüfat strukturunun yüksələn hakimiyyəti; -
Milli hökumətlərin qlobal monopoliya siyasətindən asılılığı; -
Suveren dövlətlərin hüquqlarının, iqtisadi siyasətlərinin məhdudlaşması, milli iqtisadi təhlükəsizliyin enməsi; -
-
Dünya bazarında ümumi rəqabətin güclənməsi; -
Bütün dünya alıcılarının standart istehlaka və həyat tərzinə məcburetmə; -
TMŞ olan inkişaf etmiş ölkələr tərəfindən rəqabətin güclənməsi və bunun nəticəsi olaraq əmək haqqının, sosial güzəştlərin, ekologiya xərclərinin azalması və s. Belə bir tənqid beynəlxalq yığıncaqlar və yüksək səviyyəli konferensiyalarda 28
keçirilən dövrdə öz çıxışlarını aktivləşdirən ictimai antiqlobalistlər hərəkatından gəlirdi. Belə hərəkatın başlanğıcı XX əsrin 90-cı illərinin sonunda qoyulmuşdu. 1999-cu ildə Fransada fermer Bove ABŞ-da ərzaq delikateslərinin (məzələrinin) satışına (əsasən də məşhur fransız ‘‘Rokfor’' pendirinə) qoyulan yüksək vergiyə etiraz əlaməti olaraq öz traktoru ilə yaxınlıqdakı şəhərciyin küçəsinə çıxaraq amerikan “Mc.Donald's”nm vitrinini dağıtmaqla qloballaşma prosesinə simvolik olaraq öz etirazını bildirmişdir. Onun bu hərəkəti çoxsaylı tərəfdaşları tərəfindən dəstəkləndi. Onlar dünyadakı hazırki mövcud prioritetlərə və münasibətlərə öz etirazlarını bildirmək üçün küçələrə axışırdılar. Antiqlobalistlər TMŞ-n və qlobal kompaniyalara qarşı çıxış edirdilər. Onlar belə kompaniyaları bütün dünyaya standart mallar, dad və həyat tərzi tətbiq etdikləri üçün tənqid edirdilər. Antiqlobalistlər güclülərin zəiflər üzərində üstünlüyünü təmin edən beynəlxalq təşkilatları, BVF, DB və YTT-mn də əksinə çıxış edirdilər. 2Ü01-Cİ ilin yayında Genuya antiqlobalist hərəkatında 50000-dən çox adam iştirak etmişdi. Polislərlə toqquşma nəticəsində 114 adam yaralanmış, 1 nəfər isə ölmüşdü. Daha sonra antiqlobalistlər daha ciddi krcativ, dəyişkən taktika qəbul etdilər. Məsələn, “Rəqs edən kütlə” kimi və s. Qloballaşmanın inkişaf elməkdə olan ölkələr üçün təhlükəli olduğunu anliqlo- balistlər qeyd edirdilər. Amma qloballaşma tərəfdarları onun aşağıdakı müsbət tərəflərini israrla qeyd edirdilər; -
Omək məhsuldarlığının və əmək bölgüsünün artımı; -
Gələcək proqresdə iqtisadi artımı; -
Dünya iqtisadiyyatının güclü idarə olunan qlobal sisteminin yaradılması; -
Həyat səviyyəsinin yüksəldilməsi; -
İstehsal investisiyalarının effektivliyi; -
Milli bazarlarda xarici malların geniş çeşidinin olması; -
Hər bir ölkənin iqtisadiyyatının əsil vəziyyətinin aşkarlanması; -
4 azadlığın miqdarı: qlobal dərketmə azadlığı, özünü ifadəetmə, özünü aşkarlama və fəaliyyət inkişafetmə azadlığı. Azərbaycanın müasir qlobal iqtisadiyyata inteqrasiyası müasir vacib məsələlərdən biridir. İqtisadiyyatın qloballaşması təkcə müxtəlif ölkələr nümayəndələri arasında əlaqələri artırmır, həm də müxtəlif mədəniyyətləri, həyat tərzinin qarşılıqlı hopmasma səbəb olur ki, bu da müxtəlif ölkələrin xalqlarının daha yaxşı anlaşmasına iqtisadi sahədə daha səmərəli qarşılıqlı fəaliyyətə səbəb olur. Azərbaycan gərək inteqrasiya, beynəlmiləlləşmə, qloballaşma prosesinin inkişafında maraqlı tərəf kimi çıxış etsin, bununla birlikdə o gərək öz strateji milli maraqlarını dəqiq müəyyən etsin və onları qoruyub saxlasın. 4. Ünnımdünya Ticarət Təşkilatı və Azərbaycan Respublikası Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılmışdır. Qərargahı İsveçrənin paytaxtı Cenevrədə yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan biri olan ÜTT- nin əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 150 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 31 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya 29
ticarətinin 97%-ə qədəri ÜTT üz\’lərinin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. ÜTT-nin normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. Bəzi ÜTT sazişlərinə qoşulmaq məcburi deyil. Ümumdünya Ticarət Təşkilatı Ticarət və Tariflər üzrə Baş Sazişin əsasında 1994-cü ildə Mərakeşdə keçirilmiş Nazirlər Konfransından sonra yaradıldı. Təşkilatın hüquqi bazası - 5ü-yə yaxın sənəddən ibarət Uruqvay Raundunun Sazişlər Paketi 1995-ci ilin 1 yanvar tarixində qüvvəyə minmişdir. Üzv ölkələrin ticarət rejiminin liberallaşdırılmasma dair Sazişlər 3 əsas sahəyə bölünürlər - GATT (Ticarət və Tariflər üzrə Baş Saziş), GATS (Xidmətlərlə Ticarət üzrə Baş Saziş), TRİPS (Əqli Mülkiyyət Hüquqlarının Ticarəti Məsələləri). ÜTT-nin əsas vəzifəsi - çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986- 1994-cü illərdə keçirilib) nəticəsində formalaşan Sazişlər Paketinin əsasında üzv- ölkələrin beynəlxalq ticarətdə iqtisadi münasibətlərini tənzimləməkdən ibarətdir. Ümumdünya Ticarət Təşkilatını təsis edən Saziş üzv-ölkələr arasında yaranan və onların çoxtərəfli ticarət əlaqələrinə təsir edən problemlərin həlli üçün bir forum və Uruqvay Raundu Sazişlərinin həyata keçirilməsinə daim nəzarət edən bir qurum kimi fəaliyyət göstərir. Çox mənada ÜTT GATT-ın davamçısıdır, lakin onun nəzarət etdiyi ticarət sazişlərinin dairəsi olduqca genişdir və eyni zamanda bir sıra qərarların qəbul edilməsi mexanizminin təkmilləşdirilməsi nəticəsində səlahiyyətləri müqayisə olunmaz dərəcədə çoxdur. ÜTT-nin əsas məqsədi - beynəlxalq ticarətin maksimum dərəcədə liberallaş- dırılmasıdır. Bunun üçün dünya ticarətində tənzimləyici alət kimi tarif üsulları qəbul edilir, eyni zamanda idxal rüsumlarının səviyyəsi tədricən aşağı düşməli, beynəlxalq ticarətdə mövcud olan kəmiyyət və digər məhdudiyyətlər aradan götürülməlidir. ÜTT-nin əsas prinsipləri və qaydaları; -
ticarətdə qeyri-diskriminasiya prinsipini əsas tutaraq ölkələrə “ən əlverişh rejim” şəraitinin yaradılması; -
-
ticarətin tənzimlənməsində tarif üsullarına üstünlük verilir; -
kəmiyyət məhdudiyyətlərindən imtina edilir; -
ticarət siyasətinin şəffaflığı gözlənilir; -
ticarət mübahisələrinin danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməsi və s. ÜTT-nin bütün üzv-ölkələri “çoxtərəfli ticarət sazişləri” anlayışı ilə ifadə olunan iyirmiyə yaxın əsas saziş və hüquqi sənədlərin icra olunmasını üzərlərinə götürürlər. Beləliklə, ÜTT dünya əmtəə və xidmətlər ticarətinin hal-hazırda 90%-ni tənzimləyən çoxtərəfli Saziş kimi də ifadə oluna bilər. Uruqvay Raundunun Sazişlər Paketi 50-yə yaxın çoxtərəfli saziş və sairə hüquqi sənədləri cəmləşdirir. Onlardan əsası ÜTT-ni təsis edən və ona əlavə olunan sazişlərdir: -
-
1994-cü ilin Tariflər və Ticarət üzrə Baş Sazişi (QATT-94); -
Kənd Təsərrüfatı üzrə Saziş; -
Sanitar və Fitosanitar tədbirlərin tətbiq olunmasına dair Saziş; 30 -
Tekstil məmulatlar və paltar üzrə Saziş; -
Ticarətdə texniki maneələr üzrə Saziş; -
Ticarətlə bağlı İnvestisiya Tədbirləri üzrə Saziş (TRİMS); -
QATT-94 VI Maddəsinin tətbiqi üzrə Saziş (Antidempinq prosedurları); -
QATT-94 VII Maddəsinin tətbiqi üzrə Saziş (Əmtəələrin gömrük dəyərinin qiymətləndirilməsi); -
Yükləməqabagı İnspeksiya üzrə Saziş; -
Mənşə qaydaları üzrə Saziş; -
İdxal lisenziyalaşdırılması Prosedurları üzrə Saziş; -
Subsidiyalar və Kompensasiya Tədbirləri üzrə Saziş; -
Mühafizə tədbirləri üzrə Saziş. 2.
Xidmət sahələri üzrə Baş Saziş (QATS). Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Saziş (TRİPS). Mübahisələrin həllini tənzimləyən qayda və prosedurlar üzrə Razılaşma. Ticarət siyasətinin müşahidəsi mexanizmi. İştirakçılarının sayı məhdud olan sazişlər (bütün ÜTT-nin üzv-ölkələri üçün məcburi deyil);
-
Mülki Aviasiya Ticarəti üzrə Saziş; -
Dövlət Satınalmaları üzrə Saziş; Bundan başqa, sektoral tarif təşəbbüsləri də mövcuddur ki, (“sıfır variantı”, “kimya malları ticarətinin harmonizələşdirilməsi”, “məlumat texnologiyaları”), bunlara da ÜTT-nm üzv-ölkələrinin hamısının qoşulması məcburi deyildir.
cəmləşdiyi Nazirlər Konfransı sayılır. Konfrans Uruqvay Raundu Sazişləri ilə bağlı yaranan problemlərin müzakirəsi və prinsipial məsələlər üzrə qərarların qəbulu üçün iki ildə ən azı bir dəfə çağırılır. Birinci Konfrans 1996-cı ilin dekabrında Sinqapurda, ikincisi - 1998-ci ilin mayında Cenevrədə, üçüncü - 1999-cu ilin dekabrında Sietllda keçirilib. Nazirlər Konfransı ÜTT-nin İnkişaf və Ticarət Komitəsini, Tədiyə Balansının tarazlığını təmin edən məhdudiyyətlər üzrə Komitəni, büdcə, maliyyə və inzibatçılıq Komitəsini və Ticarət və Ətraf mühit üzrə Komitəni təsis edir. Cenevrədə yerləşən ÜTT Katibliyində 500 nəfər çalışır və Baş Direktor tərəfindən idarə olunur. Qərarların üzv-ölkələri tərəfindən qəbul olunduğunu nəzərə alaraq Katiblik digər təşkilatlardan fərqli olaraq qərar qəbul etmək prosesində iştirak etmir. ÜTT Katibliyinin ən əsas vəzifələri müxtəlif şuralara, komitələrə. Nazirlər Konfransına və inkişaf edən ölkələrə texniki yardım göstərmək, ümumdünya ticarətinin təhlil etməkdir. Katiblik həmçinin vaxtaşırı olaraq, mübahisələrin həlli prosesində köməklik edir və ÜTT-yə üzv olmaq niyyətində olan ölkələrə məsləhətçi kimi yardım göstərir. ÜTT- nin illik büdcəsi 122 milyon İsveçrə frankı təşkil edir. Konfranslararası, ehtiyac olduqda. Baş Şura (adətən üzv-ölkələr səfirlər və nümayəndəliklərin başçıları ilə təmsil olunurlar, lakin bəzi hallarda ölkələrdən rəsmi nümayəndəliklər də iştirak edir) Cenevrədə yerləşən Katiblikdə ildə 8-10 dəfə toplanır. Baş Şura həmçinin ticarət mübahisələrinin həlli üçün və ayrı-ayrı ölkələrin ticarət siyasətlərin müşahidəsi üçün keçirilir. Səviyyə baxımından növbəti olan Əmtəələr üzrə Şura, Xidmətlər və Əqli Mülkiyyət üzrə Şura Baş Şuraya tabedirlər. Bir çox başqa xüsusi komitələr, işçi qrupları və işçi komissiyaları ətraf mühit, inkişaf, üzv ölkələr və müşahidəçi ölkələr ilə əməkdaşlıq, investisiya və ticarət arasında olan qarşılıqlı əlaqə, ticarət və rəqabətli siyasət arasında olan qarşılıqlı təsir, hökumətin satınalma və regional ticarət sazişləri kimi sahələrdə Sazişlərin üzərində işləyirlər. Download 4.84 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling