FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT
Download 0.49 Mb.
|
Mobil-rabitə-sistemlərinin-verici-və-qəbuledici-qurğuları
- Bu sahifa navigatsiya:
- Retranslyator
- Geniş zolaqlı siqnal texnologiyası
- Tezlik üsulu
Mobil Rabitəyə giriş
Mobil Rabitə sisteminin qurulma prinsipinə keçməzdən əvvəl bu sistemdə tətbiq olunan bəzi terminlərə aydınlıq gətirək. Bunlar simplex,duplex,yarımduplex,Retransliyator. 1.Simplex rejimli rabitədə qəbul və verilişdə 1 tezlikdən istifadə olunur. 2.Duplex rejimində qəbulda və verişdə ayrı-ayrı tezliklərdən istifadə olunur. 3.Yarımduplex-buna bəzən iki tezlikli simplex deyilir.Yol rejimində ,radiorabitədə iki tezlikdən istifadə olunur.Duplex rejimindən fərqli olaraq bu tezliklər növbə ilə verilir.yəni hər hansı 1 zaman anında abonent ya qəbul ya da ötürmə rejimində olur. Rabitə sisteminin ilkin tələblərindən biri mümkün qədər böyük məsafələri qət etməkdir.lakin yer kürəsinin şar şəkilli olması fiziki olaraq müəyyən məsələləri ,imkanları məhtudlaşdırır. Retranslyator Retranslyator-radio siqnalları qəbul edən və efirə yayan qurğuya deyilir.Bu qurğu nə qədər yükskdə yerləşərsə onun əhatə dairəsi 1 o dəqər böyük olur.Məsələn yerin süni peykindən yerləşdirilən Retranslyator ən böyük əhatə dairəsində olur.Bu məqsədlə Retranslyatorları həmişə hündür yerdə quraşdırırlar. Və bu günkü rabitəni Retranslyatorsuz təsəvvür etmək mümkün deyil.Retranslyator həmişə siqnalları efirə yaydığı üçün qəbulda və verilişdə müxtəlif tezliklərdən istifadə edirlər.Yəni duplex rejimində işləyir.Duplex rejimində tezlik diapazonu qəbulda 138-147 MQHS ötürmədə isə 470 MQHS olur.Ümumiyyətlə duplex sistemləri 800 MQHS diapazonu tezlik üçün nəzərdə tutulmuşdur.Bu rejim hərəkət edən rabitə sistemlərində geniş tətbiq olunur.Rabitə sistemləri qurulan zaman abonentin identifikasiyası aparılır ki,bu da abonentin məxsusi ünvanı deməkdir.Bu ünvanlaşmanı aparmaq üçün kodlama və dekodlama qurğusundan istifadə olunur.Bu qurğulara həmçinin küyboğucu qurğular da deyilir.Küyboğucular-tonol,rəqəmli və kodlu olurlar. Geniş zolaqlı siqnal texnologiyası Məlumdur ki,1 tezlikdə işləyən adi “Dar zolaqlı”radiosiqnalı ötürən üçün güclü radioverici və böyük diametrli antena lazımdır.Dar zolaqlı siqnal hər hansı bir güclü radiostansiya tərəfindən söndürülə və ya qəbul edilməyə bilinər.bu baxımdan yeni radioötürmə sistemi-geniş zolaqlı siqnal texnologiyası ilə işləyən sistem tətbiq olunur.Bu texnologiyaya küyə oxşar siqnal da deyilir.Geniş tezlik zolağı 2 metodla işləyir. Birbaşa ardıcıllıqlar metodu və tezliklər metodu. Birbaşa ardıcıllıqlar metodu-əsas mahiyyəti ondan ibarətdir ki,istifadə olunan geniş tezlik zolağıbir neçə kanallara bölünür.Belə ki,802.1 stansiyasına görə belə kanalların sayı 11-ə bərabərdir.Burada ötürülən hər bir məlumat 11 –bitdən ibarət ardıcıllığa bölünür və 11 kanalla eyni zamanda ötürülür.Bu üsulun əsas keyfiyyətlərindən biri bir məlumatın 11 dəfə ötürülməsidir.Qəbul zamanı da eyni ilə alınmış ardıcıl informasiyalar necə kodlanmışdısa o cümlədən dekodlanır.Beləliklə ardıcıllıqlar metodunun aşağıdakı üsulları var. Maniyəyə davamlılıq. Digər qurğulara maniyə yaratmaq . Verilişin məxfililiyi Kütləvi istehsalatda iqtisadi səmərəlilik. Tezlik spektrinin eyni bir sahəsində təkrar istifadənin mümkünü. Tezlik üsulu Tezlik üsulunda ötürmək üçün ayrılan bütün tezlik zolağı müəyyən alt kanallara ayrılır. 802.11 standartına görə 79 kanal yaradılır.Hər bir radioverici hər 1 anda 1 ad kanaldan istifadə edir.Və bir ad kanaldan digərinə keçmə prossesi baş verir.Məlumdur ki,eyni zamanda ötürülmələrin sayı çoxaldıqca müxtəlif radiostansiyaların eyni bir ad kanala düşmə ehtimalı da çoxalır.Məsələn elə ola bilər ki,2 müxtəlif verici hərəsinin öz ardıcıllığı olmasına baxmayaraq 2-si də eyni zamanda 45 nömrəli tezliyə qoşulsun.Onda bir-biriləri söndürəcəklər.Tezlik üsulu maniyə davamlılığı təmin edir və ötürülən məlumat paketi qəbul oluna bilməyəndə onun sonrakı tezlik ardıcıllıqları ilə təkrarən verilişi təmin edilir. Download 0.49 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling