FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT


Download 0.49 Mb.
bet6/14
Sana09.01.2023
Hajmi0.49 Mb.
#1084851
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
Mobil-rabitə-sistemlərinin-verici-və-qəbuledici-qurğuları

Baza stansiyası

Baza stansiyalarının tərkibinə daxil olan 1 çox elementlər öz funksional təyinatlarına görə hərəkət edən stansiyalrın uyğun elementləri ilə eynidirlər.Lzkin baza stansiyaları daha mürəkkəb böyük ölçüyə malikdir.Bunlar şanıvari rabitə sistemində çox böyük rol oynayır.Baza stansiyasının blok sxemi aşağıdakı kimidir.



Baza stansiyalarının əsas xüsusiyyətlərindən 1-i odur ki,burada qəbul zamanı siqnalların tez zəifləməsinin qarşısı almaq üçün 1 neçə siqnallardan birgə istifadə edilir.Təcrübədə ən çox antena vasitəsi ilə qəbuledilən siqnallardan birgə istifadə olunur.Bu məqsədlə baza stansiyalarında 2 qəbuledici antena və 1 neçə dənə verici antena qurulur.Qəbuledici və vericilərin çox olması müxtəlif tezliklərə malik 1 neçə kanaldan eyni vaxtda istifadə etməyə imkan verir.Qəbuledici və vericiləri yenidən kökləyə biləcək generatorlar tətbiq olunur.Burada əsas məqsəd 1 kanaldan digərinə keçəndə verici və qəbulediciləri razılaşdırılmış işini təmin etməkdir. Qəbuledici vericilərin sayı baza stansiyalarının konstruksiyasından aslıdır.Qəbuledici və vericinin uyğun işləmələrini təmin etmək üçün bu güc işləmələrindən istifadə olunur.
Baza stansiyalarının verici və qəbuledicisi hərəkət edən stansiyalarının verici və qəbuledicisi ilə eynidir.Sadəcə analoq(rəqəm)və rəqəm(analoq) çeviricilərinin işinə ehtiyac qalmır.Çünki burada qəbul olan siqnallar artıq rəqəm formasında olur.
Baza stansiyası ilə kommutasiya mərkəzləri 1-biriləri ilə optik rabitə xətləri vasitəsi ilə əlaqələnir.Baza stansiyası əsas kompüterlərdir ki,onlar da blok və elementlər işinə nəzarət edir.Baza stansiyasının tərkibinə daxil olan qurğular ehtiyatı ilə hazırlanır.Xüsusi soyuducu qurğular tətbiq olunur.Beləliklə baza stansiyasının əsas iş prinsipi radio siqnallar qəbul etmək ,onları kommutasiya mərkəzinə vermək və əksinə kommutasiyadan daxil olan siqnallar isə radio siqnalları çevirərək efirə yaymaqdır.


Kommutasiya(birləşmə)
mərkəzi
Kommutasiya mərkəzi mobil rabitə sisteminin əsas mərkəzi yəni beyni və ya dispeçer məntəqəsi adlanır.Bütün baza stansiyalarından daxil olan informasiyalar kommutasiya mərkəzində kommutasiya olunaraq (müvafiq çıxış kanalına verilməklə)onun daxilindən keçirlər.Beynəlxalq şəhərlərarası və stasionar yerli telefon şəbəkələrinə çıxış rabitəsi həmçinin beynəlxalq şəhərlərarası yerli və ya digər rabitə şəbəkələrindən mobil rabitə şəbəkəsinə giriş rabitələri də kommutasiya mərkəzinin vasitəsi ilə təmin edilirlər.kommutasiya mərkəzinin tərkibinə 1-neçə prosessordan təşkil olunmuş, paylanmış, idarəetmə strukturuna malik olan.idarəetmə kompleksi və ya mərkəzi nəzarət kompleksi daxildir.Kommutasiya mərkəzində yaradıla bilən bütün çıxışlar giriş və tranzit rabitələr mərkəzi idarəedici kompüterlər bilavasitə iştirakı ilə yaradılır. Kommutasiya mərkəzinin sadələşdirilmiş blok sxemi aşağıdakı kimidir.



Şəkildən göründüyü kimi rabitə xətləri rabitə xətləri rabitə kontrelləri vasitəsi ilə kommutasiya sahəsinə qoşulurlar .Bu kontrellərin əsas vəzifəsi informasiyanı müəyyən dərəcə emal etməkdən 1-birindən ayrılmaqdan və bufer yaddaşında saxlamaqdan ibarətdir.Kommutasiya mərkəzinin bütün işi mərkəzi idarəedici qurğu MİQ tərəfindən idarə olunur.MİQ çox yüksək riyazi təmimnata malikdir.Belə təminatın tərkibinə yenidən proqramlaşdırma işləri daxildir.Kommutasiya mərkəzinin tərkibində müxtəlif terminallar vardır.Onların vasitəsi ilə operatorlar mərkəzin işinə qoşulur və lazım gəldikdə müəyyən əməliyyatlar aparırlar.Bundan başqa kommutasiya mərkəzində hansı iformasiyanın olduğunu göstərən və qeyd edən qurğular vardır.Yəni registrlar.
Operatorlar abunəçilər haqqında və onlara hansı xidmətin göstərilməsi haqqında informasiyanın sistemə daxil edirlər.Kommutasiya mərkəzinin əsas elementlərindən biri verilənlər bazasıdır.Buraya yerli registrdə,qonaq registrdə və adentifikasiya mərkəzində və avadanlıqlar registrində qeydə alınmış verilənlər aiddir.Yerli registrdə göstərilıcək xidmət haqqında məlumat saxlanır.Bura abunəçinin harda yerləşməsi və onun hansı xidmətlər göstərməsi daxildir.Qonaq registri də eyni informasiya yadda saxlayır,lakin bu informasiyalar müvəqqəti olaraq abunəçilərə aid informasiyalar olur.
Adentifikasiya mərkəzi abunəçilərin tanınma və şifrələnməsini təmin edir.Avadanlıq registri-özündə stansiyanın saz olması və oğurlanmış aparatlar haqqında məlumatları cəmləşdirir.Kommutasiya mərkəzinin ən vacib elementlərindən biri kommutasiya sahəsidir ki,o da ayrı-ayrı modullardan təşkil olunur,o modulların tutumu stansiyaların tutumundan aslı olur.Həmçinin kommutasiya sahəsi hər hansı 2 2 girişi və çıxışı olan 4 məftilli zamana görə sıxlaşdırılmış rabitə dövrlərini kommutasiya dövrlərinə xidmət edir.Mobil rabitə sisteminin kommutasiya mərkəzi və baza stansiyası fasiləsiz olaraq işləyir.



Download 0.49 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling