Heyvani elektrikin
Download 20.18 Kb.
|
1 2
Bog'liqMovzu 5
- Bu sahifa navigatsiya:
- Məlumatların elektrik vasitəsilə ötürülməsi.
Dyubua-Reymon (1846, 1848) özünün məşhur “elektromotor molekulyar” nəzəriyyəsini ortaya atmış, onun tələbəsi Herman (1870) isə bioelektrik cərəyanının kimyəvi əsaslarına dair fikir söyləmişdir. 1875-ci ildə Riçard Keyton Dyubua-Reymonun üsulu ilə maraqlanmış və ilk dəfə beyində tətbiq etmişdir. Dovşan və meymun beyninə iki yerdən elektrod qoymaqla elektroensefoloqrammasını aldı. Yəni tədqiq olunan beyinlərin hər birində qalvanometrdə hər dəfə elektrik cərəyanı qeyd olunmuşdur. Bu beynin boz maddəsinin funksiyası ilə əlaqədardır. XIX əsrin əvvəllərində elektrik ölçən cihazların tətbiqilə aparılan tədqiqatların nəticələrindən müəyyən oldu ki, sakit vəziyyətdə əzələnin üst səthi müsbət, daxili səthi isə mənfi elektrik yükü daşıyır. Əzələnin hərəkəti zamanı isə onun səthi və daxili arasındaki potensiallar fərqi azalır. Bunu nəzərə alaraq, əzəlinin sakit vəziyyətindəki potensiallar fərqini sükunət cərəyanı ( sükunət potensialı), təqəllüs edən əzələdəki potensiallar fərqini isə fəaliyyət cərəyanı ( fəaliyyət potensialı) adlandırılır. Texniki tərəqqi sayəsində daha da təkmilləşdirilmiş yüksək həssaslığa malik olan elektrik və elektron ölçmə cihazlarının və mikroelektrod texnikasının köməyilə sinirlərdə, neyronda, onun uzun və qısa çıxıntılarından sinir liflərində və simpatik törəmələrində biopotensialların təbiəti haqqında yeni elmi məlumatlar əldə edilmişdir.
Məlumatların elektrik vasitəsilə ötürülməsi. Bütün canlı hüceyrələr və toxumalar qıcığın təsir qüvvəsindən asılı olaraq nisbi sakitlik halından oyanma və ləngimə halına keçmək qabiliyyətinə malikdir. Oyanma mürəkkəb bioloji proses olub, fizioloji, biokimyəvi və biofiziki hadisələrə təzahür edir. Oyanan toxumalar qıcıqlandırıcının daxili və xarici mühit amillərinin təsirindən fizioloji sükunət vəziyyətindən oyanma vəziyyətinə, yəni fəal vəziyyətə keçərək özünəməxsus spesifik funksiyası icra edir. Belə ki, əzələ təqəllüs edir, neyron-impulslar yaradır, vəzi hüceyrəsi şirə ifraz edir. Qıcıqlandırıcının təsirindən ən çox sinir, əzələ və vəzi toxuması hüceyrələri cavab reaksiyası vermək qabiliyyətinə malik olduqları üçün bunlara “oyanan toxumalar” da deyilir. Birləşdirici toxumanın oyanıcılıq funksiyası hələ tam öyrənilməmişdir. Sinir və əzələlərdə oyanmanın ötürülməsi toxumanın oyanma və sükunət sahəsində əmələ gələn məhəlli elektrik cəraynları vastəsilə yerinə yetirilir. Orqanizmdə məlumatların nisbətən uzaq məsafəyə ötürülməsinin iki sistemi mövcuddur – hormonal və sinir. Sinir hüceyrəsinin funksiyası bir çox digər formalarda-temperatur, maddələr mübadiləsi, morfoloji dəyişkənlik, digər toxumalarda oyanma və ləngimə və s. olsa da sinir hüceyrəsinin elektrik xassəsi sinir sistemində məlumatların nəql olunması və işlənməsi haqqında daha ətraflı məlumat verir. Oyanma və ləngimə daima qarşılıqlı əlaqədə olmaqla bir-birinə əks proses göstərir. Ləngimə zamanı, oyanmanın əksinə olaraq, mövcud olan funksional fəallıq azalır, sinir hüceyrələrində və hüceyrə çıxıntılarında fəal yayıla bilmir. Sinir sistemi siqnalların ötürülməsinin çox yüksək sürətli və böyük fərdiliyi ilə xarakterizə olunur. Download 20.18 Kb. Do'stlaringiz bilan baham: |
1 2
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling