Heyvani elektrikin
Download 20.18 Kb.
|
Movzu 5
- Bu sahifa navigatsiya:
- ( Qalvani, Volt)
- 1731-ci ingilis alimi Qrey , 1746-cı ildə fransız alimi Holle
- 1786-cı ildə İtalyada Baloniya
Sinir toxumasının bioelektrik hadisəsi 5-ci mövzu Canlı toxumalarda bioelektrik və ya “heyvani elektrikin” olması insanlara çoxdan məlum olsa da, bu sahədə daha ətraflı məlumatlar əldə etmək, neyrofiziologiya elminin hərtərəfli inkişafından sonra mümkün olmuşdur. Neyrofiziologiyada sinir hüceyrəsində fizioloji proseslərin elektrik təbitətli olduğunu ilk dəfə kəşf edənlər İtaliya, Almaniya, Polşa və Rusiyanın universitetlərində çalışmış alimləri aşkar etmişlər. Lakin bu gün neyrofiziologiya sahəsində olan bu məsələlər dünyanın bir çox elmi tədqiqat laboratoriyalarında araşdırılır. Heyvanın sinir toxunmasında “heyvani elektriki” kəşf etmiş ilk tədqiqatçılar ( Qalvani, Volt) bu biofiziki prosesin sinir toxunmasının funksiyası ilə əlaqəsinin mexanizminin elmi izahını aydın təsəvvür etməmişlər. İlk dəfə canlı toxumaların elektrik generasiya qabiliyyəti elektrik cərəyanı hasil edən orqanlara malk balıqlar üzərində aşkar edilmişdir. Elektrofiziologiya sahəsində ilk tədqiqatlar XVIII əsrdə aid edilir. Bu dövrdə elektrik cərəyanının öyrənilməsi ilə məşğul olan fiziklər elektrikin onların orqanizminə qıcıqlandırıcı təsir göstərilməsilə dəfələrlə rastlaşmışlar. Bu da həkimlərin və fizioloqların diqqətini özünə cəlb etmişdir. Nəticədə XVIII əsrin ikinci yarısında elektrikin müalicəvi təsiri həddindən artıq geniş vüstə almışdır. ildə 1731-ci ingilis alimi Qrey, 1746-cı ildə fransız alimi Holle bitkidə, heyvanda və insanda elektrikin olmasını elektroskopun köməkliy ilə müəyyən etmişlər. 1773-cü ildə Uels elektrik balıqlarının xüsusi təsirinin Leyden bankasının işi ilə uyğun gəldiyini isbat etmiş və göstərmişdir ki, bu təsir naqil vastəsilə ötürülə bilər. Orqanizmin toxumalarında həyat fəaliyyətinin təzahürü kimi meydana çıxan həqiqi elektrik cərəyanı ilk dəfə 1786-cı ildə İtalyada Baloniya universitetində anatomiya üzrə mühazirələr oxuyar professor L.Qalvani tərəfindən aparılan təcrübə ilə kəşf edilmişdir. Onun kəşf haqqında tarixi məlumatlar müxtəlif olsa da, həqiqət aşağıdakı kimi olmuşdur. Bir dəfə, cərrahi stolda qurbağanın arxa ətraflarında preparat hazırlanır və assisent elektrofor maşınını işlədərkən, skalpenin hər dəfə preparatlardan birinə toxunması zamanı əzələnin titrəmə- qıcolma hərəkətləri etdiyini müşahidə etmişdir. O atmosfer elektrik cərəyanın analoji-fizioloji təsirə malik olduğunu öyrənmək üçün qurbağanın arxa ətraflarında hazırladığı preparatı mis məftildən olan qarmağa keçirib, qarmağı da eyvanın dəmir məhəccərindən asaraq izləmişdir. Bu zaman küləyin hər dəfə preparatın pəncəsini eyvanın məhəccərənin dəmirinə toxunduran zaman pəncənin hərəkət etdiyini müşahidə edir və belə nəticəyə gəlir ki,hərəkətə səbəb, preparatda elektrik cərəyanının əmələ gəlməsi və sinirdən müxtəlif təbiətlə metalların iştirakı ilə əzələyə qıcıqlandırıcı təsir göstərməsidir. Qalvani Qalvonametr adlı cihaz ixtira edir. Qalvanometr cərəyanın istiqamətinin müsbət elektrik potensialından mənfi elektrik potensialına yönəldiyini göstərən cihazdı. “Heyvani elektrikin” mənşəyi barədə Download 20.18 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling