I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet54/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

şeirlər kitabı olan “Divani-hikmət”də diqqəti çəkən məqamlardan biri də xurma haqqında 

rəvayətdir.Rəvayətdə bir gün peyğəmbərin əsabələrinin ac qalmaları və onların Peyğəmbərdən 

möcüzə ilə yemək gətirmələrinin xahiş etmələri əksini tapmışdır.Ulu Yaradanın peyğəmbərin 

duasını eşitməsi və Cənabi Cəbrayıla cənnətdən bir qab xurma gətirməsini əmr etməsi də rəvayətdə 

nəql edilir.Cəbrayıl bir qab xurma gətirərkən xurmalardan biri yerə düşür. Peyğəmbərin buna 

təəccüb etdiyini görən Cəbrayıl bu xurmanın 500 il bundan sonra dünyaya gələcək Əhməd Yəsəvi 

adlı birisinə qismət olacağını söyləyir. Peyğəmbər bu əmanətin kimin Əhməd Yəsəviyə 

çatdıracağını soruşanda, Arslan Babanın bu işi yerinə yetirməsini ona həvalə etməsinin xahiş 

edir.Həzrəti Peyğəmbər xurmanı öz tüpürcəyi ilə isladaraq Arslan Babanın ağzına qoyur və Əhməd 

Yəsəvinin əlamətlərini, onu necə tapacağını başa saldıqdan sonra yola düşməyə icazə verir. 

Qurani Kərimin «İsra» surəsindən götürülmüş merac mövzusu Məhəmməd (pey) rəcəb 

ayında Burak adlı atın üstündə göyə çıxması, orada Allah-təala və başqa peyğəmbərlərlə görüşməsi 

ilə əlaqəlidir. Klassik ədəbiyyatda, həmçinin təsəvvüf ədəbiyyatında yazılan meracnamələr (qəzəl, 

qəsidə, nət və s.) həm nəsrlə, həm də nəzmlə qələmə alınmışdır. 

Əhməd Yəsəvi yaradıcılığında merac mövzusu özünün dolğunluğu ilə fərqlənir. Ruhən 

meraca qalxıb qayıdan peyğəmbər Məhəmməd (ə.s) qərib və yetimlərin halından xəbərdar olur, 

fağırların halı ilə maraqlanır, qəriblərin izini axtarır: 

Qərip, fakir, yetimləri kasıb sordu, 

O gecə Meraca çıxıp Hakk cemalın gördü, 

Geri gəlip indiginde fakirlərin halın sordu, 

Qariplerin izini arayıp indim ben iştə. 

Əhməd Yəsəvi dini fanatizmlikdən uzaq olmuşdur.Onun humanistliyi digər dinlərə və 

onların davamçılarına hörmətlə yanaşmasında özünü göstərmişdir. Əhməd Yəsəvi hətta islama 

xidmət etməyənlərə də zərər verilməməsini, Allahın ümmətində olan insanları incidən kəslərin haqq 

dərgahında günahları Yaradan qarşısında cavab vermələri də poetik dillə canlandırılır: 

Sünnət imiş, kafir de olsa, vermə zarar 

Gönlü kafi, gönül inciticiden Allahda şikayetçi 

Allah şahid öylə kula «Suçun» hazır 

Bilginlerden işitip bu sözü söyledim ben işte. 

Əhməd Yəsəvi qeyd edirdi ki, İslam ilə yanaşı dünyanı digər dinlər vasitəsilə dərk etmək 

mümkündür: 

Könül verməz dünyaya, əl uzatmaz harama, 

Haqqı sevən aşiqlər halalından yemişlər. 

Dünya mənim deyənlər, cahan malın alanlar, 

Hər kəs kərkəz quşu tək haramlara batmışlar. 

Molla, müfti olanlar, yalan fətva verənlər, 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



281

Ağı qara qılanlar, cəhənnəmə getmişlər. 

Qazı, imam olanlar, haqsız dava qılanlar, 

Eşşək kimi olaraq yük altında qalmışlar. 

Rüşvət alan hakimlər, haram alıb yeyənlər, 

Barmağını dişləyib, qorxub durub qalmışlar. 

Sonda qeyd etmək olar ki, Əhməd Yəsəvi yaradıcılığı tələb olunan dərəcədə tədqiq 

olunmamışdır.Mövcud elmi araşdırmalar onun irsini tam acıqlamamışdır. Azərbaycan tədqiqatçıları 

tərəfindən Əhməd Yəsəvinin Azərbaycana təsirinin daha dərindən açıqlanmasında tələbat hiss 

edilir. 


 

ƏDƏBIYYAT 

 

1.

  Ahmed-i-Yesevi. Divan-i- hikmetten seçmeler. Ankara, 2000. 



2.

  E. Quliyev.Türk xalqları ədəbiyyatı. Bakı, 2014. 

3.

  F. Bayat. Xoca Əhməd Yəsəvi və Xalq sufizminin bəzi problemləri: Bakı, 1997. 



4.

  Xacə Əhməd Yəsəvi. Hikmet divani. Almati, 1998. 

5.

  P. Xəlilov. Əhməd Yəsəvi. Bakı, Azərnəşr. 1997. 



6.

  P. Xəlilov. Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı. I kitab. B.., 1994. 

7.

  Y. Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.  Bakı, 2002 



8.

  Y. Qarayev. Tarix: yaxından və uzaqdan. Bakı, 1996, 

9.

  Y.N. Öztürk. Tasavvufun Ruhu ve Tarikatlar. İstanbul, 1988. 



10.

  А. Яссавий. Дивони хикмат: Нашрга тайёрлавчи Р.А. Абдушукуров. Тошкент. 1992. 

 

 

Salida Sharifova 



 

About Ahmed Yesevi's artistic, philosophical and religious heritage 

Summary 

Today Ahmed Yasavi is a symbolic figure for the cultures of the peoples of Central Asia. 

Guidelines Kazakhstan and Kyrgyzstan praised the legacy of Ahmad Yasavi. Gradually Ahmed 

Yasavi perceived and foreign public as a person providing a significant impact on the development 

of world culture. Creativity Ahmed Yasavi attracted the attention of Azerbaijani researchers.  

Ahmed Yasavi had contributed to the development of the literature  and language of the peoples of 

Middle Asia, is known as having a deep knowledge of the philosopher and a religious figure. 

Ahmet Yesevi is characterized by the search for artistic creativity and artistic style of the 

genre. Ahmet Yesevi medieval folklore elements of classic genres prefers to use in conjunction with 

specific genres and elements. Thus, the literature of the people of Middle Asia, Ahmet Yesevi gives 

impetus to the development of systems of private genre. Ahmet Yesevi itself penned poems had 

named wisdom. Can be noted that wisdom is the metagenre Ahmed Yasawi creativity. 

Ahmed Yesevi knew  perfectly Arabic and Persian languages,  mainly the preference of the 

national language, while promoting their views attract attention. 

Ahmed Yesevi activity led to formation of Yasawi sect . Sufi poetry played a critical role in 

the promotion of Islam Ahmed Yesevi. Sufi poetry is able to bring to the people of Islam Ahmed 

Yesevi draw attention to varied of creativity. 

In conclusion, it can be noted that Ahmed Yasawi been studied to the extent required 

creativity. Available scientific research completely did not disclose his heritage. by Azerbaijan 

researchers to explain the influenceAhmed Yesevi's demand is being felt more deeply. 

Key words: Literature of the peoples of Middle Asia, genre systems, theYasawi, the sufism, 

the tradition of folk poetry, philosophical and religious meetings, Sufi poetry. 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



282

 

Şəfəq Əlibəyli, fil.ü.e.d. 



AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 

“Beynəlxalq əlaqələr və komparativistika” şöbəsinin müdiri 

shafak04@mail.ru 

 

FUZÛLÎ VE BAKİ   DİVAN’LARINDA “SES” KAVRAMI 



Bu araştırmanın amacı 16. yy. Divan Edebiyatının İki büyük Şairi Bâki ve Fuzulii'nin  

Divan’larında “ses” kavramı kullanımını tespit ederek, kısaca bilgi sunmaktır. Araştırmada her iki 

Divanda “ses” kavramının ifade araçlarının bazı üslup özellikleri üzerinde durulacaktır.  Duygusal 

etki gücüne sahip olan ses anlamlı kelime hazinesi şiirsel metnin kurulmasında belirli bir rol 

oynamaktadır.  

Fuzuli ve Baki Divan’larında ses kavramı denilince, şiirsel metinde insan ve 

doğayla ilgili ses ve uyum belirten ses semantikalı kelimeler, onların yarattığı imgeler öngörülüyor. 

Bu imgeler aracılığıyla şairler belli nesne ve olaylara ilişkin kendi tutumlarını sergiliyor, açıklanan 

olayları adeta seslendiriyor.Her iki Divanda kahramanın iç dünyasını, duygularını, psikolojik 

durumunu, heyecanını, manevi durumunu ifade etmek için “ses” belirten kelime hazinesi geniş 

kullanılmıştır. Örneğin, aşağıdaki beytler esasen ses anlamlı kelimelerden  oluşur: 

 

Nalendedir ney kimi avaze-i aşkım bülend  



Nale terkin kılmazam ney tek kesilsem bend bend   (Fuzuli). 

Göñlin egler nâle-i zencîr ile mecnûn-ı ‘aşk 

Nağme-i ‘ud u sada-yı çeng ü nâyı n’eylesün (Baki).  

Çalışmada sınıflandırma şöyle yapılmıştır:   

 

 

 



             

1.Dini-mitolojik ve sanatsal imgeler (Zühre, Dâvûd , Bilal) 

2.Müzik terimleri (nagme, nevâ, terâne, avaz, elhân) 

3.Müzik aletleri  (çeng, nay, saz, sitar) 

4.Kuş imgeleri (bülbül, tûtî)                                                                                                                           

5.Soyut isimler (sadâ, nâle, ah, savt)                                                                                                

6.Hal yansıtan kelimeler (giryan, handân)   

Mu’cizi bir gül-şen-i pâkizedir kim istese 

Andelib ol gül-şene Davud-i hoş-elhan olur  (Fuzuli). 

   


Avazeyi bu ‘âleme Davud gibi sal 

Bâkî kalan bu kubbede bir hoş sada imiş  (Baki). 

Araştırmada  her iki Divanda yer alan “ses” kavramı ile ilgili  incelemede ortaya çıkan 

sonuçların farklı ve benzer hususları mukayese edilmiştir. 

 

 

Aydan Xəndan, fil.ü.f.d., dos. 



Bakı Dövlət Universiteti, “Türk filologiyası” kafedrası 

aydan@mail.ru 

 

FƏCR-İ ATİ ƏDƏBİ QRUPU VƏ ƏHMƏD HAŞIM POEZİYASI 



1901-ci ildə Sərvəti Fünun jurnalı bağlandıqdan sonra türk ədəbi mühitində sanki bir boşluq 

yaranır. Bu boşluğu nəsr sahəsində qismən Xalid Ziya Uşaqlıgil, Məhməd Rauf, poeziyada isə 

Tofiq Fikrət doldururdu. Bir çox şairlər ciddi senzurayla əlaqədar olaraq ədəbi fəaliyyətlərinə ara 

verməli olurlar. 1908-ci il II Məşrutiyyət elan olunduqdan sonra ədəbi aləmdə yenidən bir növ 

canlanma yaranmış olur. Jurnal yenidən nəşr olunmağa başlasa da, bir qism şairlər yeni ədəbi 

topluluq yaratmaq fikrinə düşürlər. Beləcə, II Məşrutiyyətin elan olunduğu günlərdə aralarında 

İzmir və Selanikdən gələn gənclərdən ibarət olan bir qrup Əhməd Səmimin Hilal adlı mətbəəsində 

toplaşır. Əvvəlcə yaranacaq ədəbi qrupa Sina-yi Əməl adını vermək istəsələr də, son nəticədə Fəcr-i 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



283

ati (Gələcəyin səhəri) adını daşıyan yeni bir topluluq meydana çıxır. Qrup üzvləri arasında yer alan 

Şəhabəddin Süleyman “Sənət şəxsi və möhtərəmdir” şüarını irəli sürür. Bu fikir Fəcr-i aticilərin 

ədəbi anlayışını daşımalıydı. 

Fəcr-i ati öz fəaliyyətini ictimaiyyata bildirmək məqsədilə bəyannamə hazırlayır. Bu 

bəyannamə Sərvəti Fünun jurnalının 24 fevral 1909 tarixli nömrəsində dərc olunur.  

Fəcr-i ati ədəbi topluluğuna üzv olan şairlər arasında Faiq Ali, Əhməd Haşim, Fazil Əhməd, 

Yaqub Qədri, Cəlal Sahir, Həmdullah Sübhi və başqaları var idi. Qeyd etmək lazımdır ki, 

özlərindən əvvəl yazıb-yaradan şairlərin poeziyaya münasibətilə razı olmayan Fəcr-i aticilər, 

əslində, özləri də Sərvət-i Fünunçulardan tam fərqli bir ədəbiyyat yarada bilmədilər. Bu poeziyanın 

əsas xüsusiyyətləri aşağıdakılardan ibarət idi: 

1.

  Eşq və təbiət bu poeziyanın müraciət etdiyi əsas mövzular idi. 



2.

  Təbiət təsvirləri reallıqdan uzaq idi. 

3.

  Ədəbi əsərlərin dili Sərvət-i fünunçuların dilinə bənzəyirdi. 



4.

  Fransız ədəbiyyatında olduqca populyar olan simvolizm cərəyanı bu şairlərin bir çoxunun 

yaradıcılığına təsir etmişdi. 

5.

  Vəzn olaraq əruz vəzninə üstünlük verilmiş və əsasən də bu vəznin sərbəst müstəzad 



bəhrindən daha çox istifadə olunmuşdu. 

Fəcr-i ati irəli sürdüyü “Sənət şəxsi və möhtərəmdir” prinsipi ilə o dövrdə siyasətdən uzaq 

durmağa çalışmışdır. Lakin qrupun bəzi üzvləri nə qədər çalışsalar da ictimai-siyasi hərəkatdan 

uzaq qala bilmir. Beləcə 31 mart hadisəsindən sonra Əhməd Səmimlə Əli Süxən bir mənsur şeir 

yazaraq Hilal qəzetində bu hadisənin əleyhinə çıxmış olur. Məhz bunun nəticəsində də mətbəə 

üsyana qalxan əhali tərəfindən təzyiqə məruz qalır. Bunun nəticəsində Fəcr-i aticilər fəaliyyət 

göstərdikləri məkanı dəyişdirməli olurlar. Onlar Hilal mətbəəsindən çıxaraq, müxtəlif yerlərdə 

kirayə otaqlar tutaraq fəaliyyətlərini davam etdirirlər. 

Bəyannamədə irəli sürdükləri kitabxana qurmaq fikrini həyata keçirmək məqsədilə qrupun 

üzvləri nəşriyyat sahəsində fəaliyyətə başlayır. Onlar Sərvəti Fünun jurnalının səhifələrində Cəlal 

Sahirin “Bəyaz kölgələr” və “Siyah kitab”, Şəhabəddin Süleymanın “Tarixi-ədəbiyyati-Osmaniyyə” 

və “Çıxmaz sokak”, Rəfiq Xalidin “Kirpinin dedikləri” kitablarının nəşr olunacağı barədə elanı dərc 

etdirirlər. Fəcr-i Aticilər söz verdikləri kitabxananı qururlar.  

 

 



 

Bu dövrdə Təhsin Nahidin “Ruhi-biqeyd”, Cəmil Süleymanın “Timsali-eşq” və 

Köprülüzadə Fuadın “Həyati-fikriyyə” əsərlərini çap etdirirlər. Lakin söz verdikləri sayda əsərləri 

kitab halında nəşr etdirməyə nail ola bilmirlər.  

Fəcr-i aticilər məqsədlərini həyata keçirmək üçün müəyyən günlərdə bir yerə yığışır, yazı və 

şeirlərini qrup üzvləri arasında oxuyur və onların tənqidi fikirlərilə tanış olurdular. Bu tərz 

yığıncaqların məqsədi həm də ədəbi birlik ab-havasını yaratmaq idi. Qrup üzvləri ədəbi ailə təşkil 

etmək ideyasını əslində qərb ədəbi topluluqlarındangötürmüşdülər. Ümumiyyətlə, qərb ədəbiyyatının 

təsiri, fransız ədəbi cərəyanlarının təsiri Fəcr-i aticilərdə olduqca güclüydü. Qrup üzvləri arasında 

birlik hissini möhkəmlətmək üçün yeni daxil olan üzvlərin qəbul olunma mərasimləri xüsusi 

təntənəylə keçirilir, üç həftə üst-üstə iclaslara gəlməyən üzvlər isə qrupdan xaric olunurdu. 

Qrupun üzvləri fəaliyyətlərinin ilk dövrlərində İttihad və tərəqqiçiləri dəstəkləyirdilər. Lakin 

qrupun üzvü olan Əhməd Səmim qətlə yetirildikdən sonra Fəcr-i atiylə İttihad və tərəqqinin arası 

dəyir. Qrup bu ölüm hadisəsinin səbəbkarı olaraq İttihadçıların olduğunu bildirdikdə siyasi iqtidar 

onları sıxışdırmağa başlayır. 

Üç il boyunca fəaliyyət göstərən ədəbi qrupun qısa müddətli mövcudluğu dövründə qrupun 

ilk başçısı Faiq Ali Ozansoy olmuşdur. Daha sonra Fazil Əhməd, Həmdüllah Sübhi idarə edənlər 

arasında olublar. Bəyannamə dərc olunduqdan sonra qrup ətrafında müxtəlif polemikalar baş 

vermişdi. Sərvət-i Fünun və Rəsimli Kitab jurnallarının səhifələrində Fəcr-i atiyə qarşı müxtəlif 

tənqidi fikirlər irəli sürülmüşdü. 7 fevral 1912- ci ildə çıxan Rübab məcmuəsində isə Haqqı Təhsin, 

Səlahəddin Enis, Əli Naci və Xalid Fəxri Fəcr-i aticiləri heç bir yenilik gətirmədiklərinə görə tənqid 

etmiş olurlar.  

Qrupu tənqid edən digər zümrə də Gənc Qələmlər ətrafında toplaşan ədəbiyyatçılar idi. 

Onlar qrupu qeyri-təbii dil və üslub ilə fərdiyyətçi dünya görüşlərinə görə tənqid edirdilər. 1912-ci 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



284

ildə tamamilə dağılan bu ədəbi qrup ilk yarandığı dövrdə iddialarla ədəbiyyata gəlsə də, özlərindən 

əvvəlki ədəbi qruplardan fərqli bir ədəbiyyat yarada bilmədi. 

Bütün deyilənlərlə yanaşı, Fəcr-i aticilər poeziya sahəsində özlərinə məxsus bir şeir dili 

yaratmış oldular. Simvolizm və impressionizm təhkiyə üsullarına xüsusi yer verən şairlər yazdıqları 

şeirlərdə hərəkətli, sanki rəsm tablolarını xatırladan təsvirlərə, simvolistlərə xas olan sirli, 

mübhəmli, kölgələrlə dolu duyğulara yer verdilər. Beləcə, Əhməd Haşim, Cəlal Sahir poeziyası 

yaranmış oldu.  

Fəcr-i ati əncüməsinin dağılması müxtəlif səbəblər üzündən baş verir. Dağılma prosesinin 

başlamasındaHəmdüllah Sübhinin türk ocağının başına keçməsi hadisəsi də rol oynayır. Hər bir 

topluluğun möhkəm olmasının şərtləri arasında sözsüz ki, qrup üzvlərinin vəhdəti rol oynayır. Fəcr-

i aticilər isə hər bir fürsətdə özlərinin ayrı-ayrılıqda, fərdi şəkildə qüvvə kəsb etdiyini sübut etməyə 

çalışırdılar. Onlar bir ədəbi qrupun üzvü olduqlarını bəyan etsələr də, qrupa daxil olan hər bir şəxsin 

azad ədəbi düşüncəyə sahib olduğunu bildirir, özlərinin müstəqilliyinə olduqca böyük əhəmiyyət 

verirdilər. Digər səbəblər arasında maddi imkansızlıq da yer almaqdaydı. Bəyannamədə əvvəlcədən 

nəzərdə tutulmuş kitabların çap olunması prosesi maddi vəsait tələb edirdi. Bu kitabları çap 

etdirmək, topluluğun adını daşıyan bir jurnalı çıxarmaq maddi imkanların olmadığı üçün olduqca 

böyük bir problem yaradırdı. İmkanların olmaması ucbatından qruplaşma tez-tez yerləşdikləri 

məkanları da dəyişməli olurdu.  

Dağılma prosesi sürətləndikcə bu prosesə daha da təkan verən qrup üzvlərinin müxtəlif 

məcmuələrə üz tutmaları oldu. Belə ki, Şəhabəddin Süleyman, Camal Nadirin müdiri olduğu Rübab 

məcmuəsi öz səhifələrində həm Fəcri-atiyə qarşı mövqe tutan gənclərin yazılarına, həm də əncümən 

üzvlərinə yer vermiş olur. Beləcə, eyni jurnalın səhifələrində Fəcr-i atiyə qarşı fikirlər səslənməyə 

başladı. Məcmuədə “Bataqlıqda” məqaləsiylə çıxış edən Şəhabəddin Süleyman öz yazısında Tofiq 

Fikrət, Cənab Şəhabəddin, Xalid Ziya kimi sərvət-i fünunçularla yanaşı Faiq Əli, Əmin Bülənd, 

Əhməd Haşim, Yaqub Qədri kimi müəlliflərin də süquta uğradığını bəyan edirdi. Şəhabəddin 

Süleymanın bu məqaləsinə cavab olaraq Haqqı Təhsin öz məqaləsiylə çıxış edir. O deyir ki, Fəcr-i 

ati ədəbiyyat-i cədidəni “qəhr etdikdən sonra ədəbiyyat iqliminin krallığını elan edərək ehkam 

kəsməyə başlamış, fəqət ancaq bir “Sərəncam” bir “Çıxmaz sokak” yazılmış, bir Bülənd, bir Haşim  

yetişdirmişdir”. 

Fəcri-atinin yetişdirdiyi simalar arasında Əhməd Haşim poeziyası xüsusilə seçilir. O, digər 

şairlərdən fərqli olaraq sənətdə estetik fikirlərin tərəfdarıydı. Əhməd Haşim sənət sənət üçündür 

şüarını öz şeir anlayışına daha yaxın hesab edirdi. Şair şeirdə ən çox kəlmələrin mənası deyil, 

cümlədəki tələffüz şəklinə əhəmiyyət verirdi. Əhməd Haşim fransız simvolistlərinin təsiri altında 

simvolist əsərlər meydana gətirirdi. Şair ətraf mühiti olduğu kimi deyil, özünün gördüyü , təsəvvür 

etdiyi kimi təsvir edirdi. 

 Əhməd Haşım qərb poeziyası ilə hələ Qalatasaray liseyində oxuduğu dövrlərdə tanış 

olmuşdu. Oxuduğu fransız şeir antologiyası gəncin ədəbi zövqünü oxşamışdır. Fransız 

simvolistlərinin poeziya anlayışını Henri de Regnenin, divan şeiri təcrübəsinin və məzmunlar 

dünyasını isə Şeyx Qalibin şəxsində mənimsəmişdir. Haşım əsas etibarilə simvolistdir, lakin 

impressionizm onun üslubuna təsir etmişdir. ( 3. s.270) 

Əhməd Haşim şeirləri sanki bir rəssam tablosunu xatırladır. Bu şeirlərdə simvolistlərə xas 

olan ritm, ahəng, musiqi, rənglər üstünlük təşkil edir. Əhməd Haşim ilk şeirlərini nəşr etdirməyə 

başladığı dövrdən oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdı. Dərgah jurnalı çıxmağa başladığı 

zaman şair jurnalın redaksiya heyətinə daxil olmuşdu. Bu jurnalın  səhifələrində müxtəlif şeirləri 

çap olunmuşdu. Haşimin yaradıcılığına fransız simvolistlərinin güclü təsiri olduğundan onun 

poeziyasının istər mövzuları, istərsə də təsvir üsulları qeyri-adiliyilə seçilir. Haşimin poeziya 

haqqında fikirlərini onun Piyalə adlı kitabının müqəddiməsində yazdığı “Şeir haqqında bəzi 

mülahizələr” başlıqlı yazısından öyrənmiş oluruq. Şair mülahizələrində aşağıdakı fikirləri söyləyir: 

“Şeir nə bir həqiqət xəbərçisi, nə bir bəlaqətli insan, nə də bir vazi-i qanundur. Şairin lisanı 

nəsr kimi anlaşılmaq üçün deyil, fəqət duyulmaq üçün vücud bulmuş, musiqi ilə söz arasında, 

sözdən ziyadə musiqiyə yaxın, mütəvassit bir lisandır”.  

Əhməd Haşimin şer haqqında fikirlərini bir-bir açıqlaması heç də təsadüfi olmamışdır. Şair 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



285

bu məqaləsində yaşadığı dövrdə ədəbiyyatçıların poeziyanın hansı forma və məzmundan ibarət 

olmasının daha doğru olduğu haqqında polemikalarından söhbət açır. Onun şeirlərini qəbul 

etməyənlərin tənqidi fikirlərindən bəhs edir və bunları qeyd edir: 

“Mübaliğəsiz deyə bilərəm ki, hər kəsin anlaya biləcəyi şeir dünənin şairlərinin işidir. Şairin 

“mənalı olmaqdan əvvəl daha çox əndişələri vardır ki, onlara nisbətlə məna və vüzuhşeirin ancaq 

əhl olmayana görə qurulmuş xarici cəbhə və cidarını təşkil edir... Ən gözəl şeirlər mənalarını 

oxucunun ruhundan alan şeirlərdir”. Şairin söylədiklərindən belə nəticə çıxır ki, şeir heç də hamı 

tərəfindən başa düşülən olmamalıdır. Hər bir şeirdəoxucuya xəyal gücünü işə salmaq imkanı 

yaratmaq lazımdır. Piyalə kitabının ilk şeiri olan Müqəddimə şeiri sanki Haşim poeziyasına işıq 

tutur: 

Zannetme ki güldür, ne de lale, 



Ateş doludur, tutma yanarsın 

Karşındaşu gülgün piyale... 

Şairin şeirləri iki kitabda toplanmışdır. Bu kitablar Göl saatleri (1921), Piyalə (1926) 

kitablarıdır.  Onun şeirlərində musiqi ünsürü vacib yer tutmaqdadır. Şeirdə musiqi ahəngi yaratmaq 

fikri digər bir simvolist şair Cənab Şəhabəddininşeir anlayışına da xasdır. Şair şeiri məhz musiqiylə 

nəsrin vəhdətində görürdü. Haşım da Cənab kimi şeirlərində musiqi yaradırdı. Onun yaratdığı 

musiqi sakit, tənhalıq, sükunətlə dolu olan bir musiqidir. Əruz vəzninə üstünlük verən şairin poetik 

dili də olduqca qəlizdir. Simvolizmə xas olan mübhəmli, sirli şeir aləmi yaratmaq məqsədi güdən 

şair qəliz, ibarəli ifadə tərzinə üz tutmuşdur. Xüsusən də 1901-1915-ci illər arasında yazdığı 

şeirlərində o, ərəb və fars sözlərinə üstünlük vermiş, lakin onlara yeni bir söyləyiş anlamı qatmış 

oldu. Şairin son dövr şeirlərinin dili isə əvvəlkilərə nisbətən daha sadədir.  

Əhməd Haşımın şeirlərini bir-bir gözdən keçirərkən qarşımızda kədərli, bədbin, hüzün dolu 

rəsm lövhələri canlanır. Şeirlərdə tez-tez təkrarlanan axşam, gecə, giryə, mevt, ufuk, melal, nale və 

s. sözlər şairin kədərli misralara üstünlük verməsinin xəbərçisidir. 

Haşımın bir çox şeirləri təbiət mövzusundadır. Bu mövzulu şeirləri sadəcə hər hansı bir 

təbiət hadisəsini- günün batışını, küləyin qopmasını, fəsillərin dəyişməsini təsvir etmir. Şair təbiət 

təsvirlərində özünün ruh hallarının, içindəki həyəcanları, sarsıntıları tapır. Məsələn, Haşimın payız 

fəslinə həsr etdiyi şeirlərində küləkdən söhbət açılır. Küləklə özündə bənzərlik görən şair küləyin 

əsməsini, onun vıyıltısını insanın içindəki ağrı hissindən zarımasına bənzədir: 

Dökerken ufka dönük, kanlı bir ziya eylül, 

Ederek zülf-i tarumarahulul 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling