İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov
Download 4.23 Kb. Pdf ko'rish
|
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 dekabr 2011-ci il. t Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və quru- cusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və- fatının səkkizinci ildönümü tamam ol- muşdur. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Ulu öndərimizin, əbədiyaşar Prezi- dentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycan- lının xatirəsinə ehtiramlarını ifadə edirlər. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbay- canın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 9 Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demo- kratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail ol- muşdur. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının səkkizinci ildönümü günü - dekabrın 12- də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli lide- rinin xatirəsini dərin ehtiramla yad etmiş, onun məzarı önünə əklillər, gül dəstələri qoymuş, müdrik dövlət xadi- minə Allah-taaladan rəhmət diləmişlər. Dekabrın 12-də Azərbaycan Prezi- denti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət et- mişdir. Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, res- publika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəlmişlər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoymuşdur. Azərbay- canın dövlət himni səslənmişdir. Dövlə- timizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliye- vanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəs tələri qoymuşdur. Ulu öndərin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak etmişlər. t Ulu öndər Heydər Əliyevin xatirəsini Azərbaycanın vergi xidməti orqanlarının əməkdaşları da daim əziz tuturlar. Dekabrın 12-də Vergilər Nazirliyinin rəhbərliyi başda olmaqla, nazir liyin şəxsi heyəti də Fəxri xiyabana gələrək müstəqilliyimizin banisi, müasir müs- təqil Azərbaycanın qurucusu, ölkəmizin mənafelərini və dövlət maraqlarını beynəlxalq səviyyədə qətiyyətlə qoru- mağı bacaran və Azərbaycanın dünya səviyyəsində layiqli yer tutmasına nail olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmir, məzarı önünə gül dəstələri qoymuşlar. t AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 10 Vergilər Nazirliyinin kollektivi ulu öndərin xatirəsini yad etmişdir Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Vergilər Nazirliyinin Xü- susi Rejimli Vergi Xidməti Departamen- tinin inzibati binasının qarşısında salınan yeni parkla tanış olmuşdur. Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun isti- rahət guşələrinin yaradılması is- tiqamətində son illər ardıcıl tədbirlər görülür. Salınan yeni parklar və yaşıllıq zo- laqları, əhaliyə xidmət göstərən iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastruk- turun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi is- tiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Vergilər naziri Fazil Məmmədov yeni parkda görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu park nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi, çoxzolaqlı prospektin kə- narında salındığı üçün onun yaradılması zamanı səs izolyasiyasına əsaslanan yaşıllıq və su sistemlərinin sintezindən istifadə olunmuşdur ki, bu da ekoloji tarazlığın qorunmasına və parkda insan- AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 11 Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkda görülən işlərlə maraqlanmışdır ların rahat istirahətinə xidmət edəcəkdir. Parkda xeyli sayda müxtəlif növ dekora- tiv ağac və kol, o cümlədən rəngbərəng güllər əkilmişdir. Burada həmişəyaşıl bitki növlərinə daha çox üstünlük ve- rilmişdir. Güllərdən buta şəkilli kom- pozisiya yaradılmışdır. Parkda xüsusi drenaj sistemi qurulmuş, torpaq örtüyü orqanik materiallarla zənginləşdiril- mişdir. Ən müasir memarlıq üslubunda inşa edilən və 1 hektara yaxın ərazini əhatə edən parkda “Suyun nağılı” fəv- varələr sistemi qurulmuşdur. Buradakı 75 metrlik 2 su güzgüsü gözəlliyi ilə diqqəti cəlb edir. Suyun fasiləsiz döv- riyyəsini təmin etmək məqsədi ilə əra- zidə 2 su anbarı və təmizləyici sistemlər yaradılmışdır. Parkda suvarma işləri av- tomatik damcı sistemi ilə həyata keçi- rilir. Döşəmələrdə İtaliyadan gətirilən luzanna tipli daşlardan, qara Afrika mər- mərindən istifadə olunmuşdur. İşıq- landırma və su sistemlərinin işinin fasilə- sizliyi məqsədi ilə 630 kilovoltluq yeni yarımstansiya qurulmuşdur. Xüsusi la- yihə əsasında qurulan işıqlandırma sis- temi gecə saatlarında həm parka, həm də inzibati binanın fasadına xüsusi gözəllik verir. Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadının da əsaslı şəkildə yenidən qurulduğu bildirildi. Fasadın yenidən qurulmasında milli ornament- lərdən istifadə edilmişdir. İnşaat işlə- rində Türkiyə istehsalı olan limra daşından istifadə edilmişdir. Dövlətimizin başçısı istifadə olunan inşaat materiallarının keyfiyyəti ilə maraqlandı. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. t AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 12 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 13 XX əsrin ikinci yarısında bir çox ölkələr, o cümlədən müharibədə məğlub edilmiş, eləcə də müstəmləkəçilikdən azad olunmuş dövlətlər seçim qarşısında qal- mışdı: hansı model əsasında inkişaf etmək lazımdır ki, dağılmış iqtisadiyyat bərpa olunsun, inkişafa yol açılsın. Dünyanın aparıcı dövlətlərində bu məqsədlə qlobal tədqiqatların genişlənməsi ön plana çə- kildi, proqnozlarla məşğul olan araşdırma mərkəzləri yaradıldı. “Roma klubu” adını almış nüfuzlu alimlər məclisi formalaşdı. Dünyanın gələcəyi barədə konsepsiyalar hazırlandı. Bütün bunlarla yanaşı, bir sıra ölkələr öz inkişaf modellərini formalaşdırdılar. ABŞ liberal inkişaf modelinə, İsveç klas- sik sosial modelə üstünlük verdi. Xeyli müddət bu modellərin tətbiqi beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Əgər “Amerika modeli” sərt bazar münasibət- lərini, azad rəqabəti, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsini, gəlirlərin diferensiasiyasında köklü İNKİŞAFIN AZƏRBAYCAN MODELİ Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident İham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi xətt Azərbaycanın özünəməxsus inkişaf modelinin bundan sonrakı uğurlarını da davamlı şəkildə təmin edəcəkdir AKTUAL Ziyad SƏMƏDZADƏ Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, AMEA-ının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor “Vergi sahəsində aparılan islahatlar uğurludur. “Bir pəncərə” prinsipi Azərbay- canda tətbiq olunur. Digər islahatlar aparılır, bütövlükdə bu sahədə işlər görülür. Ancaq o da həqiqətdir ki, vergilərdən yayınanların sayı da kifayət qədərdir... Biz bunları bilirik və bu hallarla mübarizə daha da ciddi və məqsədyönlü aparılmalıdır. Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd ödəmələr minimuma endirilsin... Bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyek- tində, hər bir restoranda kredit kartların- dan istifadə olunmalıdır. Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənə-cəkdir...” İlham ƏLİYEV AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 14 fərqlərə laqeyd münasibəti nəzərdə tutur- dusa, “İsveç modeli”, əksinə, sosial ədalət- sizliyin aradan qaldırılmasını, gəlirlərin əhali qrupları arasında yenidən bölüşdü- rülməsini, iqtisadiyyatda “dövlətin yükü”- nün yüksək səviyyədə olmasını əsas götürürdü. Rəy sorğularında İsveç mode- linə rəğbət bəsləyənlər çox olsa da, döv- lətlərin əksəriyyəti onun tətbiqinə ehtiyatla yanaşırdılar. Bu inkişaf modellərindən fərqli olaraq Asiya ölkələri – Cənubi Ko- reya, Malayziya, Sinqapur və ötən əsrin 70-ci illərinin sonunda Çin, İkinci Dünya Müharibəsində məğlub olmuş Almaniya, Yaponiya bir-birini təkrar etməyən inkişaf modellərinə üstünlük verdilər və çox böyük uğurlar qazandılar. Bu dövlətlər özlərinin inkişaf modellərinin reallaş- masının müsbət nəticələri ilə illər boyu formalaşmış, rəsmiləşmiş iqtisadi baxış- lara, normalara, qaydalara ciddi zərbə vur- dular, müəyyən dərəcədə Qərb iqtisadi doktrinasının əsaslarını sarsıtdılar. Sözügedən ölkələr başqa dövlətlərin keçdiyi yolu təkrar etmədilər, reallığa, dövlət maraqlarına əsaslanan inkişaf kon- sepsiyasını həyata keçirdilər. XXI əsrin birinci onilliyinin sonlarında bu ölkələr qlobal maliyyə böhranına ciddi məruz qal- salar da, onun təsirinin minimuma endiri- ləcəyinə əminlik nümayiş etdirirlər. Müstəqilliyinin 20-ci ilini arxada qoyan Azərbaycan qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, özünün iqtisadi təh- lükəsizliyini təmin edən, güclü iqtisadiy- yata malik olan dövlətə çevrilmişdir. İnkişafın Azərbaycan modelinin uğurla re- allaşması ölkədə azad bazar münasibət- lərinə əsaslanan yeni iqtisadi sistemin formalaşmasını, iqtisadiyyatda keçid döv- rünün başa çatmasını təmin etmiş, xalqın daha firavan yaşaması üçün güclü əsaslar yaratmışdır. Azərbaycan iqtisadiyyatı dövlət müstə- qilliyini bərpasından sonrakı ilk illərdə həm SSRİ dövründən miras qalmış tənəz- zül içində idi, həm də səriştəsiz və mə- suliyyətsiz idarəçilik nəticəsində daha sürətlə geriləməkdə davam edərək dərin böhran keçirirdi. 1991-1993-cü illərdə ölkədə ÜDM-in və sənaye istehsalının həcmi 2 dəfə, kənd təsərrüfatı məh- sullarının ümumi həcmi 40 faiz, əsaslı və- sait qoyuluşu 3 dəfə, yük dövriyyəsi 4 dəfə azalmışdı. 1991-93-cü illərdə iqtisadi islahatların aparılması sahəsində müəyyən işlər görül- dü, ölkədə iqtisadi transformasiyanın başlanmasına imkan verən “İqtisadi müstəqillik haqqında” Konstitusiya Qa- nunu qəbul edildi, milli valyuta - manat dövriyyəyə buraxıldı, qiymətlər liberal- laşdırıldı, iqtisadi sərbəstlik və müəssisə- lərin müstəqilliyi artırıldı. Lakin ölkədə mal qıtlığı yarandığı üçün müəssisələrin əksəriyyəti inhisarçılığa meyilləndi, milli valyutanın zəruri təminat bazası ol- madığına görə onun alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşdü və s. Bütün bunlar işsizliyin artması, əhalinin rifahının kəskin şəkildə pisləşməsi ilə nəticələndi. Dağlıq Qarabağ problemi və bununla əlaqədar olaraq Azərbaycanın zorla müha- ribəyə cəlb edilməsi, torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyona qədər qaçqın, respublikada siyasi sabitliyin ol- maması, dövlət çevrilişi cəhdləri iqti- sadiyyatın ağır vəziyyətə düşməsinə güclü təsir göstəriridi. Ümummilli lider Heydər Əliyev 1993- cü ilin iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra qısa za- manda ictimai-siyasi sabitliyi təmin etməklə, iqtisadiyyatdakı tənəzzül prose- sinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbay- canın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürül- məsini düzgün saymadı. Respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, geosiyasi şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və əsaslandırılmış sistemli tədbirlər həyata keçirdi, beynəl- xalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşmasını, iqtisadi is- lahatların aparılmasını prioritet vəzifələr kimi müəyyənləşdirdi. İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev, ilk növbədə, dövlət mülkiyyəntinin özəlləşdirilməsinin, azad bazar münasibətlərinin tətbiqinin vacib- liyini önə çəkdi. Ümummilli lider yaxşı bilirdi ki, dövlət mülkiyyətinin xalqın mə- nafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xü- susi mülkiyyətçiliyin bərqərar olması, ha- belə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüu- runda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəl- ləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqa- bətə əsaslanan istehsal üçün şərait yarat- maq oldu. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi ölkədə bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratdı. Özəlləşdirmə prosesi ilə paralel respub- AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 15 likada həyata keçirilən struktur islahatları iqtisadiyyatın dinamik inkişafına, o cüm- lədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul is- tehsal edən müəssisələrin yaradılması üçün əlverişli mühitin formalaşdırıl- masına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektor sosial- iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirildi, güclü sahibkarlar təbə- qəsinin formalaşmasına, onların cəmiyyət- dəki mövqelərinin güclənməsinə xidmət edən tədbirlər həyata keçirildi. Heydər Əliyev əmin idi ki, Azərbaycan iqtisadiyyatında yaradıcı, məhsuldar əməyə diqqət daha da artacaq, bu məqsədlə kadr potensialından, yerli mütəxəssislərin əməyindən daha səmərəli istifadə ediləcək, onlar müasir menecment qaydalarına yiyələnəcəklər. Ulu öndər hadisələri qabaqcadan gör- mək, gələcəyi proqnozlaşdırmaq mə- harətinə malik idi. Riski sevir, strateji, qlobal düşünməyə üstünlük verirdi. Əldə etdiyi nailiyyətlərə yüksək tələbkarlıqla yanaşırdı. İnadkar və möhkəm idi, mə- suliyyət hissini çoxu yüksək qiymətlən- dirirdi. Böhranlı, ağır şəraitdə idarə etməyə, təhlükəni aradan qaldırmağa qadir idi. Heydər Əliyev əlçatmaz olana doğru inamla gedir, məqsədinə nail olurdu. Ümummilli liderə məxsus olan bu key- fiyyətlərin, xüsusiyyətlərin hər birini res- publikamızın taleyi ilə bağlı faktlarla açıqlamaq olar. Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətin müstəqilliyinin qorunmasını təmin etmək üçün düşü- nülmüş strategiya seçdi, bu strategiyada neft faktoruna üstünlük verdi. Belə ya- naşma, dünya inteqrasiyasına qovuşmaq, maliyyə imkanları, demək olar ki, tükən- miş respublikaya investisiyaların cəlbi yolu idi. Bu siyasətin həyata keçilməsinə güclü təzyiqlər, maneələr olsa da, ulu öndər millətin, dövlətin taleyi, tərəqqisi üçün çox vacib olan prinsipial möv- qeyindən dönmədi. 1994-cü ildə Azərbay- can Respublikası dünyanın 11 böyük neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzaladı. Ulu öndər Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir və tarixin ona verdiyi bu şansdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. Məlumdur ki, neftlə zəngin olan ölkələrin bir çoxu yoxsulluq, səfalət içində yaşayır. Bu da həmin ölkələrdə milli mənafelərə cavab verən inkişaf strategiyasının, icti- mai-siyasi sabitliyin olmaması, demo- kratik institutların yaradılmaması, neft gəlirlərindən istifadənin şəffaflığı təmin edilməməsi, korrupsiyaya qurşanmış döv- lət məmurlarına qarşı laqeydlik göstə- rilməsi, xalqın taleyüklü problemlərinin həllinin arxa plana atılması ilə əlaqədardır. Müstəqil Azərbaycan başqa dövlətlərin keçdiyi yolu təkrar etmədi, öz yolunu, öz inkişaf modelini seçdi. Neft siyasətini ümumi inkişaf strategiyası, hüquqi- demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirdi, milli mənafelər, investisiya mühitinin yaxşılaşması, risk faktorunun azalması üçün zəruri tədbirlər həyata keçirdi. Amerika və Avropanı Azərbay- canın maraqlarına cəlb etdi ki, bütün bun- lar da dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, respublikamıza in- vestisiya axınının güclənməsinə əlverişli şərait yaratdı. Respublikamızın müstəqil bir dövlət kimi inkişaf imkanlarını geniş- ləndirdi. AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 16 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 17 Ölkədə səmərəli maliyyə, pul-kredit, vergi, qiymət, gömrük siyasətini həyata keçirmək üçün beynəlxalq standartlara cavab verən 100-dən artıq qanun qüvvəyə mindi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı qəbul edildi, dövlətin iqtisadi siyasətini icra edən iqtisadi qurumlar yaradıldı, mülkiyyət münasibətlərində köklü də- yişikliklər edilməsi məqsədi ilə cəsarətli addımlar atıldı. Artıq 1996-cı ildən ÜDM-də, kənd təsərrüfatında, xidmət sferasında, 1997-ci ildən sənayedə, sonralar isə bir sıra başqa istehsal sahələrində mütəmadi artım meyli yarandı. Ölkədəki qeyri-sabitlik və Er- mənistanın birbaşa təcavüzü Azərbay- canda dövlət əmlakının özəlləşdirilməsinə digər MDB ölkələrindən gec başlanmasına səbəb olsa da, bu sahədə uğurlu nəticələr əldə edildi. Həyata keçirilən tədbirlərin nəticəsində 35 mindən çox kiçik müəssisə və digər obyekt özəlləşdirildi, 1500-dən çox səhm- dar cəmiyyət yaradıldı, mülkiyyətçilərin (payçıların) sayı 300 mini, səhmdarların sayı isə 120 mini keçdi. Respublikaya xarici investisiyaların cəlb edilməsi, əc- nəbi investorların hüquq və mənafelərinin qanunvericilik yolu ilə müdafiəsi, qar- şılıqlı sərfəli əməkdaşlığın təmin edilməsi üçün hərtərəfli iş aparıldı. Nəticədə Azərbaycanın iqtisadi və sosial tərəqqisinin neft hasil edən bir sıra başqa ölkələrlə müqayisədə xeyli yüksək olması təmin edildi, ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə artdı. 1999-cu ildə çox ciddi araşdırmalardan sonra Heydər Əliyev Neft Fondunun yaradılması barədə fərman imzaladı. Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDNF) toplanan və- saitlərdən səmərəli istifadə olunması, bu vəsaitlərin bir qismindən ən mühüm sosial məsələlərin həlli üçün istifadə edilməsi, xeyli hissəsinin isə gələcək nəsillər üçün strateji ehtiyat kimi qorunub saxlanması ilə bağlı dövlət strategiyası müəyyən edildi, ARDNF-nin beynəlxalq standart- lara uyğun olaraq idarə olunması sistemi formalaşdırıldı, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli fərmanı ilə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” təsdiq edildi. “Hər bir vətəndaş bilir və yaxud bilə bilər ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib, nə qədər xərclənib, necə xərc- lənib. Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə yalnız parlamentdə müzakirələrdən sonra mümkündür. Bu da o deməkdir ki, hər bir vətəndaş onun parlamentdəki nümayəndəsi vasitəsilə bu gəlirlərin bölüşdürülməsində iştirak edir”. (İlham Əliyev, 20 oktyabr 2010-cu il) Azərbaycan dövləti çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəql marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi üçün çox güclü amil deməkdir. Azərbaycan dövlətinin müəyyən etdiyi inkişaf strategiyasında prinsipial məqam- lardan biri də ondan ibarətdir ki, neft məqsəd yox, vasitədir. Azərbaycan iqti- sadiyyatının gələcəyini təkcə neftlə bağla- maq olmaz. Odur ki, qeyri-neft sektorunun daha sürətli inkişafı iqtisadi siyasətin pri- oritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir ki, bu da öz müsbət nəticələrini verir. Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə radikal tədbirlər nəti- cəsində SSRİ-nin müttəfiq respublikaları ilə iqtisadi əlaqələrin qırılması respub- likamızın sənaye potensialına ciddi ziyan vurmuşdu. SSRİ kimi nəhəng dövlət da- xilində əmək bölgüsündə özünəməxsus yeri olan Azərbaycanın sənaye strukturu kəskin şəkildə dəyişmiş, onun başqa re- gionlarla əlaqədar olan bir sıra istehsal sahələri öz fəaliyyətini dayandırmışdı. Azərbaycan hökuməti bu sahədə dönüş yaratmaq üçün bir sıra tədbirlər həyata keçirdi ki, bu da son illər sənaye is- tehsalının dinamikasında pozitiv meyil- lərin güclənməsi ilə müşayiət olunur. Sənaye strukturunun yaxşılaşdırılması üçün etibarlı zəmin yaradılır, müasir texnologiyalara əsaslanan sənaye müəs- sisələri yaradılır, xalq istehlakı mallarının və digər məhsulların istehsalında inkişaf sürətlənir. Azərbaycan çoxsahəli və məhsuldar kənd təsərrüfatının formalaşdırılmasına imkan verən təbii iqlim şəraitinə malikdir. Respublikanın ovalıq və dağətəyi əraziləri suvarma əkinçiliyi, dağlıq əraziləri isə dəmyə əkinçiliyi və heyvandarlıq sahəsini inkişaf etdirmək üçün əlverişlidir. Hesablamalar göstərir ki, ölkənin aqrar sektoru özünün hazırki inkişaf səviyyəsinə görə ölkənin kənd təsərrüfatı məhsullarına ehtiyacını və əhalinin ərzağa artan tələ- batını ödəmək imkanındadır. Bu imkanın uğurla reallaşması aqrar sahədə ciddi isla- hatların aparılmasını zəruri etdi. 1993-cü ildən sonra Azərbaycan dövləti əmlakın, torpağın özəlləşdirilməsi, torpağın kənddə yaşayan və bu sahədə işləyənlər arasında paylanması ilə əlaqədar tədbirlər görməyə başladı. Sonrakı illərdə özəlləşdirmə, torpaq islahatı prosesi geniş vüsət aldı, ərzaq və maddi-texniki resurs- lar bazarındakı və ixracat əməliyyatların- dakı məhdudiyyətlər aradan qaldırıldı. Həyata keçirilən ardıcıl və məqsədyönlü kompleks tədbirlər nəticəsində aqrar sahədə istehsalın azalma meylinin qarşısı alındı, iqtisadiyyatın bir çox mühüm sahələrinin bazar münasibətləri yolu ilə inkişaf etdirilməsinin möhkəm və etibarlı təməli qoyuldu, əhalinin ərzaqla yerli mənbələr hesabına təminatının yaxşı- laşdırılması, ölkənin ərzaq təhlükəsizliyi probleminin həlli üçün real şərait yarandı. Son illərdə qeyri-neft sektorunun inkişaf sürəti səmərəli fəaliyyət göstərən neft-qaz kompleksi üzrə artım sürətindən bir neçə dəfə çoxdur. “Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə investisiyalar qoyulur və biz bunu hər gün görə bilərik. Bakının müasirləşən, gözəlləşən siması bunu göstərir. Özəl şirkətlər tərəfindən həm in- frastruktur, həm xidmət sektoruna çox böyük investisiyalar qoyulur. Əgər infra- struktur layihələri dövlət tərəfindən icra olunmasaydı, əlbəttə ki, nə paytaxtda, nə də bölgələrdə xidmət sektoruna heç kim investisiyalar qoymazdı. Bu gün bizim bölgələrdə beşulduzlu otellər, gözəl isti- rahət mərkəzləri tikilir. Bölgələrimizdə turizm imkanları çox genişdir. Bu gün artıq gözəl təbii şəraitimiz, təbiətimiz səviyyəsində müasir istirahət və meh- manxana kompleksləri tikilir ki, bu, Azər- baycanın turizm imkanlarını böyük dərəcədə artıracaqdır. Beləliklə, dövlət tərəfindən özəl sek- tora verilən həm siyasi, həm maddi dəstək, həm də güzəştli şərtlərlə ayrılan kreditlər - bütün bunlar iqtisadiyya- tımızın rəqabət qabiliyyətliliyini artırır və şaxələndirilməsi üçün çox möhkəm əsas yaradır”. (İlham Əliyev, 20 oktyabr 2010- cu il). Ölkə iqtisadiyyatının inkişafını xarak- terizə edən əsas göstəricilərin kompleks təhlili sübut edir ki, respublikanın davamlı inkişafını, əhalinin layiqli həyat səviy- yəsini təmin etmək məqsədi daşıyan dövlət siyasəti müvəffəqiyyətlə həyata 18 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. keçirilir. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini sə- ciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. İqtisadiyyatın dinamik inki- şafı büdcə gəlir və xərclərinin sürətli artımını təmin etmişdir. Beynəlxalq Valyuta Fondunun məlu- matına əsasən, son 3 ildə dünya üzrə ÜDM azalmış, əksər ölkələr ağır problemlərlə üzləşmişlər. Böhranın dalğası Azərbay- canın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq onlarda iqtisadi vəziyyətin pis- ləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan əksər dövlətlərdə bu azalma 6 faizdən çox, Ermənistan kimi perspektivsiz ölkədə hətta 20 faiz olmuş- dur. 2009-cu ildə bir çox ölkələrin milli pul vahidlərinin xarici valyutalara nisbətdə kəskin ucuzlaşması müşahidə edilmiş, bu hal özünü yenə də postsovet dövlətlərində daha qabarıq şəkildə büruzə vermişdir. Böhran inkişaf edən və etməkdə olan dövlətlərdə resessiya ilə nəticələnmiş, dünya sənaye istehsalı, əmtəə dövriyyəsi, sərnişin və yük daşımaları azalmış, işsiz- liyin səviyyəsi yüksəlmiş, əhalinin real gəlirləri azalmışdır. Böhrandan ən çox əziyyət çəkən sahələr tikinti, emal və hasi- lat sənayeləri olmuş, bir çox ölkələrdə bankların, müəssisələrin və əhalinin kre- ditləşmə imkanları daralmış, son nəticədə investisiya fəallığı və istehlak tələbi azalmışdır. Milli iqtisadiyyatın dayanıqlı olmayan maliyyə seqmentlərinə deyil, real əmtəəyə, istehsala əsaslanması da qlobal böhrana qarşı etibarlı sipər rolunu oynamışdır. Daha dəqiq desək, beynəlxalq fond bir- jalarında, dünyanın qiymətli kağızlar bazarında fəal iştiraka konservativ yanaşma siyasəti böhranın respublikamıza təsirlərini maksimum dərəcədə azalt- mışdır. 2008-2010-cu illərdə Azərbaycan hökumətinin əsas səyləri ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqti- sadiyyatı geri salan, əhalinin sosial və- ziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyil- lərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nə- ticədə işgüzar fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problem- lərin yaranması, istehlak tələbinin azal- ması və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sek- tora dəstək gücləndirilmişdir. Mərkəzi Bank və hökumətin pul siyasəti daha aktiv olaraq makroiqtisadi tarazlığın və daya- nıqlığın təmin olunmasına və eyni zaman- da, bank sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənmişdir. 2010-cu ildə ölkədə makroiqtisadi göstəricilərin artımı fonunda əhalinin sosial rifah halının daha da yaxşılaşdırıl- ması istiqamətində müsbət nəticələr əldə olunmuş, regionların tarazlı inkişafı, yox- sulluğun azaldılması istiqamətində irəli- ləyişlər əldə edilmiş, uğurlu büdcə-vergi və pul-kredit siyasəti həyata keçirilmiş, xarici ticarətdə müsbət saldo artırılmış, milli valyutanın sabitliyi təmin olunmuş, ölkənin valyuta ehtiyatları artırılmış, büdcə kəsirinin aşağı səviyyədə saxlanıl- ması ənənəsi davam etdirilmiş, müdafiə potensialı gücləndirilmiş, mühüm əhə- miyyət kəsb edən sosial və infrastruktur layihələri reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatında baş ver- miş irəliləyişlər beynəlxalq maliyyə insti- tutlarının və ekspertlərin diqqətindən yayınmamış, hesabat ilində “Standard & Poor`s” Reytinq Agentliyi Azərbaycanın reytinqini dəyişməyərək 2009-cu ilin 19 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. səviyyəsində saxlamış, “Fitch” agentliyi iqtisadi perspektivi “Stabil” saxlayaraq, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kreditlər üçün reytinqini “BB+” səviyyəsindən ilk investisiya səviyyəsinə, yəni “BBB-” səviyyəsinə qaldırmışdır. Dövlət büdcəsi prosesinin şəffaflığının səviyyəsi ilə bağlı 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının hesabatında Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatlar müsbət qiymətləndirilmişdir. 2010-cu il ərzində ümumi daxili məh- sulun (ÜDM) həcmi 2009-cu ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 mlrd. manat ar- taraq 41,6 mlrd. manat, o cümlədən qeyri- neft sektoru üzrə 18,4 mlrd. manat, bir nəfərə düşən ÜDM isə 3,7 faiz artaraq 4653,3 manat olmuşdur. Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 44,4 faiz təşkil etmişdir. 2010-cu ildə məcmu tələbin bütün komponentləri, o cümlədən son istehlak xərcləri, investisiyalar və xarici tələb iqti- sadi artıma müsbət təsir göstərmişdir. İl ərzində əhalinin gəlirlərinin və əsasən da- xili investisiyalar hesabına iqtisadiyyata qoyulan investisiyaların artması, eyni za- manda, tədricən yaxşılaşan qlobal iqtisadi mühit, yəni ixrac qiymətlərinin idxal qiymətlərinə nisbətən daha çox yük- səlməsi ÜDM-in tələb komponentlərində canlanmaya səbəb olmuşdur. Hökumət, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqti- sadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, büd- cənin formalaşması və icrasında iştirak edən digər qurumlar dünya maliyyə böhranı şəraitində qlobal dünya iqtisadiy- yatında gedən prosesləri diqqətlə izləmiş və böhranın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər gör- müşlər. Milli Məclis tərəfindən qəbul olunmuş bir sıra qanunlar, mövcud qanun- lara əlavə və dəyişikliklər (“Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında”, “Mərkəzi Bank haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Əmanətlərin sığor- talanması haqqında”) səmərəliliyin art- masına öz müsbət təsirini göstərmişdir. Son 10 ildə dövlət büdcəsinin gəlir və xərcləri 20 dəfədən çox artmışdır, büdcə xərclərinin strukturunda mütərəqqi pro- seslər baş vermişdir. Sosial təyinatlı pro- qramların maliyyələşməsi ilə bərabər, dövlət büdcəsindən investisiya yönümlü tədbirlərə ildən-ilə daha çox vəsait ayrılır. Artıq neçə ildir ki, dövlət büdcəsində in- vestisiya yönümlü xərclər 35-40 faiz arasında tərəddüd edir. Bu rəqəm 2000-ci ildə cəmi 2 faiz təşkil edirdi. Sosial sahədə mövcud problemlərin, o cümlədən, yox- sulluğun azaldılmasını nəzərdə tutan Dövlət Proqramlarına uyğun olaraq əha- linin torpaqdan, su ehtiyatlarından istifadə etməsi, yeni iş yerlərinin yaradılması, təh- sil almaq, səhiyyə xidmətlərindən fay- dalanmaq imkanlarının genişləndirilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, həmçinin ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədi ilə 225- dən çox tədbir həyata keçirilmişdir. Ölkə- də uğurla fəaliyyət göstərən kommersiya bankları, sığorta şirkətləri şəbəkəsi geniş- lənir, onların real sektorun və maliyyə bazarının inkişafındakı rolu artır. Görülən işlərin nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 11 faizə enmişdir (2010). Azərbaycanın iqtisadi qüdrətinin və siyasi nüfuzunun artması ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində çox güclü bir amilə çevrilir. AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 20 Azərbaycanın ictimai-siyasi, sosial- iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri bir daha təsdiqləyir ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası milli mənafelər, respublikanın potensial imkan- ları, dünya iqtisadiyyatının inkişaf meyil- ləri nəzərə alınaraq uğurla həyata keçirilir. Dövlət quruculuğunun möhkəmlən- dirilməsi, ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə keçməsi, Bakı-Tbilisi- Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi, Azərbaycanın digər qlobal və regional layihələrdə iştirakı, Qərb və Şərq ilə tarazlaşdırılmış əməkdaşlıq siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlər Azərbaycanın yaxın gələcəkdə dünyanın sivil, inkişaf etmiş ölkələri səviyyəsinə yüksələcəyinə dəlalət edir. Azərbaycan dövləti sərbəst bazar mü- nasibətlərinin inkişafını iqtisadi siyasətin prioritet istiqaməti hesab edərək ölkədə özəl sektorun genişlənməsi, kiçik və orta biznesin inkişafına mane olan əngəllərin aradan qaldırılması, ümumiyyətlə, əlve- rişli işgüzar investisiya mühitinin yaradıl- ması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirdi. Hazırda ÜDM-in payında özəl sektorun xüsusi çəkisi 80 faizdən çox- dur. Bu, həm MDB məkanı, həm də Avropa ölkələri ilə müqayisədə yüksək nəticədir. Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə bir neçə dəfə yerli və xarici iş adamları ilə görüşlərinin nəticəsi olaraq imzalanmış bir sıra mühüm fərman və sərəncamlarla ölkədə azad bazar münasi- bətlərinə əsaslanan sahibkarlığın inkişa- fında yeni mərhələnin bünövrəsi qoyuldu, Heydər Əliyevin fərmanı ilə 2002-ci ildə təsdiq edilən “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” isə ölkədə sahibkar- lığın inkişafına böyük təkan verdi. Son il- lərdə bu işlər daha sürətlə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarında müəyyən- ləşdirilmiş istiqamətlər: ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, regionlarda sahibkarlığın maliyyə təminatının artırıl- ması, istehsal resursları və kadr potensialı haqqında məlumat bazasının yaradılması, infra strukturun inkişaf etdirilməsi, dövlət- özəl sektor mü nasibətlərinin inkişafı, sahibkarların hüquqlarının mü dafiəsi me- xanizmlərinin təkmilləşdirilməsi və sahib- karlara texniki yardımın genişləndirilməsi üzrə işlər uğurla davam etdirilir. Ölkənin daxili maliyyə ehtiyatlarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, qiymətli kağızlar bazarında maliyyə sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkənin qiymətli kağızlar baza- rının dünya kapital bazarına inteqrasiyası üçün şəraitin yaradılması istiqamətində işlər genişlənir. Azərbaycan dövləti aqrar islahatların yeni mərhələsində respublika əhalisinin yarısının yaşadığı kəndin daha sürətli sosial-iqtisadi inkişafı, burada müasir tələblərə cavab verən istehsal və sosial infrastrukturların yaradılması, fermer tə- sərrüfatlarına qayğının artırılması, onlara göstərilən aqroservis, marketinq xidmə- tinin yaxşılaşdırılması istiqamətində görü- lən işlərin miqyasının genişləndirilməsini özünün iqtisadi siyasətinin prioritet is- tiqamətlərindən biri kimi qiymətləndirir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıq- lığının başlıca şərtidir. Ona görə də cəmiyyətin bütün üzvlərinin əsas ərzaq məhsullarına olan tələbatının tam ödə- nilməsi üçün davamlı olaraq müvafiq təbirlərin keçirilməsi çox vacibdir. Azər- baycan Respublikasında əhalinin etibarlı AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 21 ərzaq təminatını dövlətin iqtisadi siyasə- tinin başlıca istiqamətlərindən biri hesab edən Azərbaycan Respublikasının Prezi- denti cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmi- natına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Müstəqil Azərbaycanın inkişaf strate- giyasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi mühüm yer tutur. Regional siyasətə yeni yanaşan Azərbaycan dövləti regionların tarazlı inkişafını özünün iqtisadi siyasətinin mühüm istiqaməti hesab edir. Çünki inzi- bati-amirlik sistemi, maddi-texniki resursların mərkəzləşdirilmiş bölüşdürmə mənbələri, yuxarıdan müəyyən edilən planlaşdırma artıq yoxdur və bazar qanun- ları ön plana keçmişdir. Eyni zamanda, yerli hakimiyyət orqanlarının büdcə və- saitlərindən istifadə hüquqları genişlənir, azad işgüzarlıq, sahibkarlıq fəaliyyətinin güclənməsi ilə yanaşı, bələdiyyə mülkiyyəti də formalaşır. 2004-cü il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008- ci illər)” təsdiq edilməsi haqqında fərman imzaladı. Dövlət Proqramı ölkənin əhalisi üçün böyük əhəmiyyət kəsb edən, bir neçə fundamental məsələnin həllinə yönəlmiş aşağıdakı məqsədləri nəzərdə tuturdu: ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin olunması və neft amilindən asılılığın azaldılması; regionlar arasında sosial- iqtisadi inkişafa görə yaranmış uyğun- suzluqların, səmərəsiz miqrasiya proseslərinin xeyli dərəcədə yumşaldıl- ması; regionların malik olduğu resurslar- dan səmərəli istifadə olunması; mövcud yerli istehsal müəssisələrinin fəaliyyətinin bərpası və gücləndirilməsi, yeni iş yerləri yaradılması; regionların istehsal, sosial in- frastrukturunun müasir tələblər səviy- yəsində qurulması. Regionlarda istehsal və sosial infra- strukturların yenidən qurulması istiqa- mətində irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Bakı ilə yanaşı, Naxçıvan MR və digər iqtisadi rayonlarda dünya standartlarına cavab verən istehsal və xidmət sahələri, ofislər, binalar isti- fadəyə verilir. Rabitə, informasiya texnologiyaları, nəqliyyat, energetika, qaz təchizatı sistemi təkmilləşir, müasir rabitə stansiyaları, qovşaqları açılır. Ucqar kəndlərdə əhaliyə xidmətin yaxşılaşdırıl- ması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Özəl sektorun strukturu təkmil- ləşir, həm ənənəvi istehsal və xidmət, həm də intellektual mülkiyyət sahələrinə sər- mayə qoymaq marağı artır. Nəticədə “Re- gionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə yeni iş yer- lərinin 80-85 faizi regionların, yaradılan ÜDM-in 90-93 faizi qeyri-neft sektorunun payına düşür. Regionların inkişafı, yoxsul- luğun azaldılması və işsizliyin ləğvini nəzərdə tutan strateji proqramların həyata keçirilməsi nəticəsində ölkənin iqtisadi həyatı daha da canlanmış, real sektor və xidmət sahələrinə aid yüzlərlə müəssisə yaradılması hesabına artıq işsizlik prob- leminin həllində ciddi irəliləyişlər baş ver- mişdir. “Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradıl- mış əlverişli şəraitdən uğurla istifadə edirlər. AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 22 Bununla belə, regionların əksəriyyəti dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Bunun da obyektiv səbəbləri var. Yəqin ki, bu, təbiidir. Bununla belə, hər bir bölgə özünə xas olan xü- susiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilər. Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfra-struktur layihələrinin həyata keçi- rilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bir müddət obyektiv zərurətdir. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Hesablamalar göstərir ki, qarşıdakı dövrdə regionların maliyyə imkanlarının genişlənməsi meyli xeyli güclənəcəkdir”. (İlham Əliyev, 13 iyul 2010-cu il). Azərbaycan dünyanın ən nüfuzlu maliyyə təşkilatları: Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KfW İnkişaf Bankı, Ərəb Fondları (Küveyt Fondu, Abu-Dabi Fondu, Səudiyyə Fondu, OPEK Fondu), Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları ilə faydalı əməkdaşlıq edir. 1996-cı ildə Azərbaycan ilə Avropa İt- tifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandıqdan sonra iqtisadi ticarət əlaqələri sürətlə artmaqdadır. Ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması barədə intensiv danışıqlar aparılır. Azərbaycan Respub- likasının MDB ölkələri ilə iqtisadi əlaqələri də mühüm əhəmiyyətə malikdir və hazırda bu ölkələrlə qarşılıqlı marağa əsaslanan əməkdaşlıq inkişaf etdirilir. Respublika iqtisadiyyatının ayrı-ayrı sahələri arasında münasibətlərin qurul- masında informasiya texnologiyalarının rolu getdikcə artmaqdadır. Dünyada infor- masiya texnologiyaları vasitəsilə ötürülən informasiyanın həcminin çox böyük sürətlə artması iqtisadiyyatın digər sahələrinin bu texnologiyalardan asılılığını çoxaldır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, səmərəli informasiya texno- logiyaları infrastrukturunun yaradılması milli iqtisadiyyatın inkişafını, əlverişli biznes mühitinin yaradılmasını və digər problemlərin həllini stimullaşdırır. “Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqti- sadiyyatına qoymalıyıq ki, həmin layi- hələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük in- vestisiyaları qoymasaydıq, əgər biz bəzi bey-nəlxalq məsləhətçilərə qulaq assay- dıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri- neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məh- sulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçir- məsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 23 24 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. gedəcəkdi. Məhz o vaxt biz bax bu “Hol- land xəstəliyi” ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyat- larımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə in- vestisiyaları böyük həcmdə yönəldə bildik. Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Bizim şəhərlərimiz abad, gözəl şəhərlərdir. Hər bir şəhərdə işlər gedir, sosial məsələlər həllini tapır. Abadlıq, quruculuq işləri aparılır. Deyə bilərəm ki, biz bu investisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik. Gələcəkdə dövlət investisiya proqramı geniş ol- malıdır. Bu proqram 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının tərkib hissəsidir... Azərbaycan böhranlı ildə böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi bizim siyasə- timizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihə-ləridir və müstəqil siyasətimizdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik. Biz əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əmək- daşlıq edirik və məsləhətləşmələr aparırıq, ancaq öz bildiyimizi edirik. Çünki biz tam əminik ki, bizim siyasə- timiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir”. (İlham Əliyev, 16 ok- tyabr 2009-cu il). Azərbaycanın beynəlxalq aləmdə rey- tinqi yüksəlir. Qərblə, Şərqlə, qardaş Tür- kiyə ilə, şimal qonşumuz Rusiya ilə əməkdaşlıq imkanları genişlənir. Azərbay- can dövləti dünyada düşünülmüş, ba- lanslaşdırılmış siyasət aparan bir dövlət kimi tanınır. “Biz öz iqtisadiyyatımızı inkişaf et- diririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda apa-rılan islahatları çox yüksək qiymətləndirir”. (İlham Əliyev, 2 noyabr 2009-cu il). Bu nailiyyətlərin vacib səbəblərindən biri ondan ibarətdir ki, müstəqil Azərbay- can dövləti azad bazar münasibətlərini fetişləşdirmədi, ona bütün prob-lemlərin həlli mənbəyi kimi baxmadı. Ölkədə icti- mai mülkiyyətin hökmranlığından qurtar- maq üçün qarışıq mülkiyyət formasına üstünlük verildi. Bu gün respublikada min- lərlə özəl müəssisə, səhmdar cəmiyyət, şirkət fəaliyyət göstərir. Eyni zamanda, səmərəli fəaliyyət göstərən dövlət sektoru vardır. Ən vacib məsələ ondadır ki, dövlət strateji resursları öz əlində saxladı, Dövlət Neft Şirkətini özəlləşdirmədi, dövlət sahibkarlığı institutunu formalaşdırdı, sahibkarlığı iqtisadi inkişafın strateji resursu kimi qiymətləndirdi, ölkədə işgüzar investisiya muhitinin yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirdi. 2003-cü ildə Azərbaycan Respub- likasının Prezidenti seçilmiş İlham Əliyev demişdir: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, qu- ruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Azərbaycana hörmət edirlər. Azərbay- canda demokratiya daha da inkişaf edəcəkdir, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər gör- mək lazımdır. Ancaq bütün bunları hə- 25 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. yata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam et- dirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qala- cağam, heç vaxt bu yoldan dön- məyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan ölkə kimi tanınır. Bu cür müsbət inkişaf meyil- ləri Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsini, inkişaf etmiş ölkə- lər səviyyəsinə çatmasını təmin edir. İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönüm- lülüyün üstünlük təşkil etməsidir. Ümu- miyyətlə isə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksi- mum firavan yaşayış şəraitinin təmin edilməsidir. Sosial siyasəti daha səmərəli şəkildə re- allaşdırmaq üçün 2009-cu ilin martında ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının Konsti- tusiyasına bir sıra mühüm əlavə və də- yişikliklər edilmişdir. Bununla da, ölkədə sosialyönümlü bazar iqtisadiyyatının qu- rulması dövlətin ali məqsədindən biri sayılmışdır. İnkişafın Azərbaycan modeli, həm də ona görə uğurlu nəticələr əldə etməyə imkan verir ki, iqtisadi və siyasi islahatlar bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır. Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan (Yoxsulluğun azal- dılması, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, demoqrafik siyasət, iş- sizliyin azaldılması, sosial sferanın maddi- texniki bazasının möhkəmləndirilməsi və s.) istifadə edir, sosial tərəqqini, key- fiyyətli inkişafı xarakterizə edən göstəri- cilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən sayır. Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin di- namik inkişafını, qlobal dünya layi- hələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradıl- masını, müstəqil dövlətin inkişafının Azər- baycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər. Azərbaycanın inkişaf modelini digər ölkələrin inkişaf modellərindən fərqlən- dirən cəhətlərdən biri də odur ki, burada iqtisadi inkişafla demokratik inkişaf arasında qarşılıqlı əlaqənin təmin edilməsi prioritet vəzifələrdən sayılır. Təəssüf ki, Qərbin bir sıra ideoloqları hesab edirlər ki, ölkəmizdə demokratik proseslər daha sürətlə inkişaf etməlidir. Onlar nəzərə almırlar ki, iqtisadi tərəqqi olmadan demokratik prosesləri sürətləndirmək, “Qərb demokratiyası” standartlarını müstəqilliyini cəmi 20 il bundan əvvəl əldə etmiş ölkəyə tətbiq etmək heç bir müsbət nəticə verə bilməz. Bu çağırış Azərbaycana, onun talehyüklü problem- lərinə subyektiv yanaşmanı əks etdirir, dövlətimizin, xalqımızın ictimai-siyasi həyatına, ölkəmizin maraqlarına cavab verməyən xarici təsirin artırılması məqsə- dini daşıyır. Akademik Ramiz Mehdiyev haqlı olaraq bildirir: “Biz gizlətmirik ki, bəzən Azərbaycanda demokratiyanı tənqid edir- lər, lakin onun çatışmazlıqlarının nədən ibarət olmasını əməlli-başlı izah etmirlər. Siyasi və sosial-iqtisadi sahədəki, o cüm- lədən vətəndaşların rifahının təmin 26 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. edilməsi sahəsində ümdə problemlərin həllindəki uğurları, habelə iqtisadiyyatın liberallaşmasını nəzərə almadan tənqid edirlər. Bununla bərabər, unudurlar ki, bizim demokratiya, obrazlı şəkildə desək, yeniyetməlik mərhələsindədir, halbuki, Qərb demokratiyası artıq postindustrial cəmiyyət şəraitində yaşayır, siyasi texnologiyalar dövrünə qədəm qoymuş- dur. Azərbaycan hələ postindustrial tsiklini genişləndirməli və dərinləşdirməli, sonra onu başa çatdırmalıdır”. Aparılan kompleks təhlillər göstərir ki, ölkənin iqtisadi inkişaf səviyyəsi yük- səldikcə demokratik institutların fəaliyyəti genişlənir, yoxsulluğun səviyyəsi azalır, insanları narahat edən sosial məsələlər həllini tapır, ölkədə sivil vətəndaş cəmiyyətinin qurulması imkanları əhəmiy- yətli dərəcədə genişlənir. Bütün bunlar ölkəmizin reallığıdır. Ümumiyyətlə, inkişafın yeni mərhə- ləsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüd- dətli perspektivdə ölkədə dinamik sosial- iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respub- likasının Prezidenti İlham Əliyevin imza- ladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırıl- ması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kom- pleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradıl- ması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar. MDB məkanında qlobal böhranla mübarizə sahəsində ən əlverişli potensialın Azərbaycanda olduğunu Ümumdünya İqtisadi Forumu (Davos forumu) tərəfindən açıqlanan “Qlobal Rəqabət Hesabatı – 2010” adlı sənəd bir daha təs- diqləmişdir. Dünyanın 133 ölkəsini, o cümlədən postsovet dövlətlərini əhatə edən hesabatdan aydın olmuşdur ki, Azər- baycan qlobal rəqabətlilik indeksinə əsasən, 2008-ci illə müqayisədə bir neçə pillə irəliləmişdir. Əgər 2008-ci ildə həmin indeks üzrə Azərbaycan 69-cu yerdə qərar- laşmışdısa, 2010-cu ildə 51-ci pillədə dayanmışdır. Son illərdə aparılan çevik və səmərəli vergi siyasəti də ölkəmizin dinamik sosial- iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayır. Belə ki, dövlət büd- cəsinin parametrlərinin köklü dərəcədə yaxşılaşmış, büdcə gəlirləri dəfələrlə art- mışdır. “Vergilər Nazirliyi çox yaxşı işləyir, işlərini çox yaxşı qurub... Azər- baycanın hərtərəfli inkişafında vergi orqanlarının çox mühüm rolu var” - Prezident İlham Əliyevin bu sözləri ölkəmizin iqtisadi sistemində gedən də- yişikliklərə verilən ən yüksək qiymətdir. Dövlətimizin başçısının təşəbbüsü və rəh- bərliyi ilə bu gün vergi sistemində aparılan islahatlar bütövlükdə keyfiyyətli iqtisadi inkişafı, real sektorun daha səmərəli fəaliyyətini təmin etmək, vergi mədə- niyyətini yüksəltmək məqsədi daşıyır. Sahibkarlığa kömək etmək, onun struktu- runu təkmilləşdirmək, qanunda nəzərdə tutulmuş hər hansı bir sahibkarlıq növü ilə 27 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. məşğul olmaq üçün əlverişli şərait yarat- maq, bürokratik əngəlləri aradan qaldır- maq istiqamətində görülən işlərin səmərəliliyi artır, “bir pəncərə” sisteminin tətbiqi uğurlu nəticələr verir. Dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində ölkənin iqtisadi siyasə- tinin, o cümlədən, onun vergi siyasətinin formalaşması, inkişafı bir sıra çox mürəkkəb mərhələlərdən keçmişdir. Biz bu gün qətiyyətlə deyə bilərik ki, müstəqil Azərbaycanın Vergilər Nazirliyi bu mərhələlərdən çox uğurla keçmiş, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən mühüm bir quruma çevrilmişdir. Təbii ki, görüləsi işlər çoxdur. Dövlət başçısı İlham Əliyevin ölkənin keyfiyyətli inkişafına xidmət edən strateji proqramlarının həyata keçirilməsi, qlobal dünya iqtisadiyyatında baş verən və baş verə biləcək sarsıntılara dayanıqlı olmaq üçün vergi sisteminin də təkmilləşməsinə ehtiyac vardır. Vergilər Nazirliyi vergi siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi bu vəzifələri görür, onların həlli istiqamətində məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin vergilərin könüllü ödənilməsi sisteminin inkişafı və vergi ödəyicilərinin hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi; vergi fırıl- daqçılığı və vergilərin ödənilməsindən yayınma halları ilə mübarizənin güc- ləndirilməsi, aşağı səviyyəli risklər olan sistem kimi vergi inzibatçılığının for- malaşdırılması; vergilərin məcburi ödə- nilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması; vergi orqanlarında beynəl-xalq standartlara uyğun idarəetmə sisteminin inkişafı və müasir tələblərə cavab verən informasiya kompyuter sisteminin yaradıl- masının davam etdirilməsi barədə tapşı- rıqları uğurla icra edilməkdədir. Bu ilin sentyabr ayında Vergilər Nazir- liyinin Şamaxı rayonunda yeni inşa edilmiş Tədris Mərkəzinin açılış mərasi- mində Prezident İlham Əliyev ölkəmizin vergi sistemində həyata keçirilən islahat- ları yüksək qiymətləndirərək demişdir: “...Ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan is- lahatlar, tətbiq edilən yeniliklər, “bir pəncərə” təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. ...Vergilər Nazirliyində tətbiq edilmiş “bir pəncərə” prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oy- nayır. Biz indi “elektron hökumət” qay- dalarını tətbiq etməyə çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə ol- unur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə et- məliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tət- biq edək”. Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezi- dent İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modeli dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə, xalqımızın keyfiyyətli yaşayış səviyyəsini təmin edilməsinə möhkəm zəmin yaradır. Bu uğur modeli Prezident İlham Əliyevin sözləri ilə desək daha dərin mahiyyət daşıyır: “Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxə- ləndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əmək- daşlıq məsələlərinə həmişə öz mövqe- yimizdən yanaşmışıq”. Azərbaycan dövlətinin uğurları bir daha sübut edir ki, elmi əsaslara söykənən düzgün yolun seçilməsi sosial-iqtisadi inkişafın ən mühüm amilidir. İnkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləş- dirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə etmiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi hə- yatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilmişdir. İn- amla deyə bilərik, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi xətt Azərbaycan özünəməxsus inkişaf modelinin bundan sonrakı uğurlarını da davamlı şəkildə təmin edəcəkdir! t AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 28 - Burçin bəy, son illər ciddi çalxan- tıların yaşandığı dünya iqtisadi və maliyyə sistemində nə baş verir və bu istiqamətdə ölkələrimiz baxımından alınacaq dərslər nələr ola bilər? - Elşən bəy, sualınızı cavablandırmadan öncə, belə bir müsahibə təşəbbüsü ilə çıxış etdiyiniz üçün sizə və jurnalınızın kollekti- vinə öz təşəkkürümü bildirmək istəyirəm. Qəlbən söyləyə bilərəm ki, jurnalınız va- sitəsilə qardaş Azərbaycan oxucularına xitab edə bilmək bizim üçün xüsusi bir bəxti- yarlıqdır. Sualınıza gəldikdə isə, öncə onu qeyd edə bilərəm ki, son iyirmi ildir inkişaf etmiş ölkələr başda olmaqla qlobal miqyasda yaşanılan və maliyyə sektorunun getdikcə dərinləşməsinə gətirib çıxaran iqtisadi pro- seslər və zaman keçdikcə iqtisadiyyatın real sektorunun arxa plana atılması kapitalist sis- temdə ciddi bir krizə yol açmışdır. Zəngin- liyin mənbəyini istehsal əvəzinə mübadilə vasitəsində görən düşüncə geniş yayıldıqca pula fokslanmış bir iqtisadi siyasət önə çıxmışdır. Belə ki, mərkəzi ABŞ olmaqla başlayan və maliyyə sektorundakı “sabun köpükləri”nin partlaması ilə təsirini artıran iqtisadi kriz bir anda bütün dünyanı əhatə et- mişdir. Bir çox ölkə böhranın təsirinə məruz qaldığı halda, real sektoru güclü olan ölkələrin böhrandan gördüyü zərər nisbətən daha az olmuşdur. Maliyyə sektorunun dərinləşməmiş olduğu və real sektoru güc- lənməkdə olan ölkələrdə isə kriz demək olar ki, hiss edilməmişdir. Həm Türkiyə, həm də Azərbaycan AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 29 Download 4.23 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling