İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov
Download 4.23 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Sədr: Fərhad Abdullayev
- UOT- 336.221: 657.372.32 İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri Xülasə
- Açar sözlər
- Seyfullayev İlqar Zülfüqar oğlu * iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent 49 1.Giriş
- 2. Amortizasiyanın mahiyyəti və onun vergi tənzimlənməsi məsələləri
- Cədvəl 1. Amortizasiya ayırmalarının kumulyativ metodla hesablanması nümunəsi
- İllər Əsas vəsaitin qalıq dəyəri ( manat ) Amortiza- siya norması
- 3. Azərbaycanın sənaye müəssisələrinin mövcud amortizasiya siyasətinin tədqiqi
QƏRARA ALDI: 1. Hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nis- bətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində nəzərdə tutulmuş dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir. 2. Bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər. 3. Qərar dərc edildiyi gündən qüvvəyə minir. 4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin. 5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Sədr: Fərhad Abdullayev t AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 46 № 4 /2 01 1 12 UOT- 336.221: 657.372.32 İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri Xülasə Tədqiqatın məqsədi - mövcud vergitutma mexanizminin amortizasiya ayır- malarının investisiya və innovasiyalara yönəldilməsinə təsirinin tədqiqi. Tədqiqatın metodologiyası - deduktiv yanaşma və müqayisəli təhlil. Tədqiqatın nəticələri - sənaye müəssisələrinin amortizasiya potensialından in- vestisiya və innovasiya məqsədləri üzrə istifadə səviyyəsi qiymətləndirilmiş, bu potensialdan istifadənin aşağı səviyyəsinin səbəbləri göstərilmiş, amortizasiya ayır- malarından istifadənin uçotu və vergi tənzimlənməsinin diferensiasiyası üzrə təkliflər verilmişdir. Tədqiqatın məhdudiyyətləri - amortizasiya ayırmalarından istifadə üzrə uçot və statistika məlumatlarının bizə məlum olmaması müəssisələrin amortizasiya siyasə- tinin daha dərindən tədqiqinə mane olmuşdur. Tədqiqatın praktiki əhəmiyyəti - müəssisələrin amortizasiya siyasətlərinin dövlət tənzimlənməsi, o cümlədən vergi tənzimlənməsi tədbirlərinin işlənməsində elmi-is- tiqamətverici mənbə kimi istifadənin mümkünlüyü. Tədqiqatın orijinallığı və elmi yeniliyi - müəssisələrin amortizasiya siyasətinin tənzimlənməsində vergi tənzimlənməsi prinsiplərinə riayət olunması səviyyəsi təhlil olunmuş və qiymətləndirmə aparılmışdır. Açar sözlər: amortizasiya potensialı, uçot siyasəti, vergi tənzimlənməsi AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. VERGİQOYMA Səh.49-68 *Vergilər Nazirliyinin Tədris Mərkəzi, AZ1040. Bakı ş. Sabunçu rayonu, Bakıxanov qəs., Ü.Rəcəb küçəsi, 1. s-ilgar@mail.ru Seyfullayev İlqar Zülfüqar oğlu* iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent 49 1.Giriş Tələb və təklifin qarşılıqlı təsiri, rəqabət və kapitalın sərbəst axını ilə yaranan bazar mexanizmi dövlət tənzimlənməsi ilə birlikdə müəssisələrə istiqamətverici təsir göstərərək onları daxili elementlərini dəyişməyə və xarici təsirlərə uyğunlaşmağa - sistem olaraq keyfiyyətcə yeni səviyyəyə keçməyə vadar edir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən yeni Tədris Mərkəzinin açılışı zamanı etdiyi proqram xarakterli çıxışında ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərini bir daha bəyan etmişdir: “Şamaxı rayonunda belə mənzərəli yerdə ən müasir standartlara cavab verən Tədris Mərkəzi tikilibdir. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. Çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdəndir və uğurumuzun səbəblərindən biridir” [1]. İqtisadiyyatları yüksək innovasiya fəallığı ilə seçilən ölkələrdə amortizasiya ayır- maları elmtutumlu texnologiyaların yaradılmasına, elmi-tədqiqat və sınaq-konstruk- tor işlərinə, əsas vəsaitlərin modernizasiyasına yönəldilən investisiyaların əhəmiyyətli mənbəyi hesab olunur. Qeyd etmək lazımdır ki, həmin ölkələrdə amor- tizasiya siyasətinin tənzimlənməsi vergi siyasətinin ən mühüm elementlərindən biri kimi qəbul olunur. İqtisadi təfəkkür tarixində “əmək” və “torpaq” həmişə iqtisadi artımın ilkin mən- bələri hesab olunmuşlar. İqtisad elmi inkişaf etdikcə qeyd olunan ilkin istehsal amil- lərindən daha yaxşı istifadəni təmin etməyə imkan verən və bu amillərdən yaradılan digər istehsal amilləri də (kapital, bilik, infrastruktur) iqtisadi artımın törəmə mən- bələrinə aid edilmişlər. Amortizasiya əsas kapitalın təkrar və genişləndirilmiş is- tehsalını təmin etməklə yanaşı, biliyin və əmək (həm fiziki, həm də əqli) məhsuldarlığının inkişafında da əhəmiyyətli rol oynayır. Əsas kapitalın moderniza- siyası, mütərəqqi istehsal texnologiyalarının yaradılması və tətbiqi müasir iqtisadiy- yatda rəqabət üstünlüyünün əldə edilməsinin səmərəli üsullarından hesab olunurlar. Belə üsulların əsas maliyyə mənbələrindən olan amortizasiya ayırmaları fundamental və tətbiqi biliklərə iri həcmli tələb yaratmaqla elmin və təhsilin inkişafına çox güclü impuls vermək imkanına malikdir. Qeyd olunanlara əsaslanaraq, ölkəmizdə mövcud amortizasiya siyasətinin yeni texnika və texnologiyaların yaranması və tətbiqi prizmasından öyrənilməsinə is- tiqamətlənmiş tədqiqatları aktual hesab etmək olar. Bununla əlaqədar olaraq, müəs- sisələrin amortizasiya siyasətinin mövcud vergi tənzimlənməsi praktikasının nəzəri və tətbiqi baxımdan təhlili tədqiqatın məqsədi, amortizasiya siyasətinin vergi tənzimlənməsi, mövcud amortizasiya siyasətinin investisiya yönümlüyü və bu sahədə vergi tənzimlənməsinin prinsiplərinə riayət olunması məsələlərinin öyrənilməsi tədqiqatın vəzifələri kimi qarşıya qoyulmuşdur. 50 İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri 2. Amortizasiyanın mahiyyəti və onun vergi tənzimlənməsi məsələləri Klassik iqtisadi nəzəriyyədə amortizasiyanın iqtisadi mahiyyəti istismar olunan əsas vəsaitin yenidən bərpası, yəni təkrar istehsalın təmin oluması üçün maliyyə və- saitlərinin toplanması kimi qəbul olunmuşdur. Müasir dövrün texniki inkişaf tempi amortizasiyanın mahiyyətinin dəyişilməsinə gətirmişdir. Əsas vəsaitlərin mənəvi aşınmasının sürətlənməsi, istehsalda yeniliklərin tətbiqi sürətinin artması, sürətlə dəyişən iqtisadi mühitə və tələbatlara uyğunlaşmaq zərurəti müəssisələr qarşısında yüksək çeviklik qabiliyyətinə malik olmaq tələbini qoyur. Bu çeviklik həm idarəet- mədə (struktur və metodlarda), həm də istehsalda mövcud olmalıdır. İstehsal pro- seslərinin dəyişilməsi isə texniki elementlərdə və texnologiyalarda dəyişikliklərlə müşayiət olunur. Müəssisələrin yenilikləri mənimsəmə və çeviklik qabiliyyətlərinin texniki təşkiledicisinin maliyyə təminatı məhz amortizasiya ayırmaları və xalis mən- fəət hesabına yaradılır. Son 50 ildə inkişaf etmiş ölkələrdə amortizasiya ayırmaları iqtisadi artımın əsas alətlərindən birinə çevrilmişdir. XX əsrin əvvəllərində bu ölkələrdə amortizasiya ayırmalarının ümumi investisiyalarda xüsusi çəkisi 25-30 faiz idisə, indi bu göstərici 70-80 faiz səviyyəsindədir. Mənfəətdən maliyyələşən investisiyaların xüsusi çəkisi müvafiq olaraq 50 faizdən 5-10 faizə, borc vəsaitləri hesabına investisiyalar isə 25- 30 faizdən 12-15 faizdək azalmışdır [2]. Müqayisə üçün qeyd edək ki, Rusiya Fe- derasiyasında 2007-ci ildə bütün investisiyaların 22,8 faizi amortizasiya ayırmalarının, 54,6 faizi kənardan cəlb olunan vəsaitlərin, 19,2 faizi isə mənfəət hesabına həyata keçirilmişdir [3]. Göründüyü kimi, inkişaf etmiş ölkələrdə amorti- zasiya əsas vəsaitlərin təkrar istehsalı və bərpası mənbəyindən yeni texniki ele- mentlərə investisiya mənbəyinə çevrilmişdir. Nəticədə amortizasiya əsas vəsaitlərin fiziki aşınmasının ifadəsi kimi deyil, investisiyaların tənzimlənməsi aləti kimi isti- fadə olunmağa başlamışdır. Qeyd olunan faktlar inkişaf etmiş ölkələrdə investisiya fəallığının artırılmasına yönələn amortizasiya siyasətinin real nəticələr verdiyini göstərir. Tədqiqatlar göstərir ki, sahibkarların investisiya fəallığının, o cümlədən amortizasiya siyasətinin in- vestisiya yönümlüyünün vergi tənzimlənməsi bazarın rəqabət mexanizminin daim dəstəklənməsi və qorunması, yeniliklərin güzəştli kreditlərlə təmin edilməsi, iqtisadi fəaliyyəti tənzimləyən qanunvericilik aktlarının icrasının şəffaf mexanizmlərinin tət- biqi kimi digər dövlət tənzimlənməsi tədbirləri ilə tamamlanır. Məhz belə sistemli yanaşma praktikada uğurlu nəticələrin əldə edilməsinə gətirmişdir [4, 5]. Amortizasiya ayırmaları mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid olunaraq vergitutma bazasının və büdcənin vergi daxilolmalarının azalmasına gətirir. Amortizasiya ayırmalarını digər istehsal və satış xərclərindən fərqləndirən əsas cəhəti onun vergi ödəyicisi üçün xalis mənfəət kimi sərbəst maliyyə vəsaitinə çevrilməsidir. Əslində bu maliyyə vəsaiti məqsədli xarakter daşımalı və əsas fond- 51 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. ların bərpası və yenilənməsi üçün istifadə olunmalıdır. Əgər amortizasiya ayırmaları investisiyalara yönəldilmirsə, onda onun mənfəət vergisinin bazasından çıxılması makroiqtisadi baxımdan mənasını itirmiş olur. Dövlətin mənfəət vergisindən da- xilolmaların amortizasiya hesabına azaldılmasında əsas motivi həmin vəsaitlərin yenidən investisiyalara və nəticə olaraq iqtisadi artıma yönəldilməsi ilə əlaqədardır. Belə ki, mənfəət vergisinin 20 faizlik səviyyəsi üçün dövlətin amortizasiya ayır- malarına görə almadığı hər 1 manata vergi ödəyicisinin 4 manatlıq əlavə investisiya mənbəyi yaranır [6]. Qeyd olunanlara əsaslanaraq amortizasiya ayırmalarının əsas vəsaitlərin bərpası mənbəyindən genişləndirilmiş təkrar istehsal və innovasiyalar üçün investisiya mən- bəyinə çevrilməsini vergi siyasətinin əsas vəzifələrindən biri kimi təklif edə bilərik. Müasir dövrdə əsas vəsaitlərin, xüsusilə onların aktiv hissəsinin (texnoloji avadan- lıqlar, maşınlar, dəzgahlar, mexanizmlər, cihazlar, qurğular və s.) mənəvi aşınması fiziki aşınmadan daha böyük sürətlə reallaşır. Məhz bu amil amortizasiya ayır- malarının bərpa rolunun əhəmiyyətinin azalmasına və onun yeni aktivlərə investisiya edilməsini iqtisadi zərurətə çevirir. Amortizasiya ayırmaları daha yüksək dəyərə malik olan yeni aktivlərin alınmasına imkan verməlidir. Belə yanaşma əsas vəsaitlərin yenilənməsinə şərait yaratmaqla bərabər, istehsal təyinatlı məhsullar bazarı üçün kəmiyyət və keyfiyyət baxımından cəlbedici bazarların formalaşmasına və beləlikə maliyyə resurslarının məhsuldar qüvvələrə yönəldilməsini stimullaşdırır. Amortizasiya siyasətində ayırmaların hesablanması metodları və normaları əhəmiyyətli rol oynayırlar. Praktikada proporsional və sürətləndirilmiş amortizasiya metodlarından geniş istifadə olunur. Proporsional metodda amortizasiya ayırmaları əsas vəsaitin təyin olunmuş istismar müddəti ərzində vəsaitin ilkin dəyərindən sabit faizlə hesablanır. Bu metodda əsas vəsaitin dəyəri illər üzrə bərabər səviyyədə bölüşdürülür. İnkişaf etmiş ölkələrdə sürətləndirilmiş amortizasiyanın iki növündən daha geniş istifadə edirlər: ikiqat artırılmış norma ilə azalan qalıq dəyəri metodu və ya sabit faiz metodu; kumulyativ metod və ya “ədədlərin cəmi” metodu [7, s. 117-119]. Birinci metodun mahiyyəti ondan ibarətdir ki, amortizasiya ayırmaları əsas və- saitin qalıq dəyərindən ikiqat artırılmış norma ilə hesablanır. Bu metodun tətbiqi za- manı əsas vəsaitlərə qoyulmuş investisiyanın böyük hissəsi istismarın ilk illərində geri qaytarılır və yeni investisiyalar üçün istifadə olunur. Sabit faiz metodunun mənfi cəhəti ondan ibarətdir ki, əsas vəsaitlərə qoyulmuş vəsaitlərin amortizasiya vasitəsilə tam geri qaytarılması müddəti xeyli uzanır (amortizasiya ayırmaları azalan qalıq dəyəri metodu ilə hesablandığına görə). İkinci metodun tətbiqində isə amortizasiya ayırmaları əsas vəsaitlərin istismar müddətinin təyin olunması və istismarın ilk ilərində amortizasiya normalarının artırılması vasitəsilə hesablanır (cədvəl 1). 52 İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri Kumulyativ metodun tətbiqi zamanı əsas vəsaitin dəyəri istismar müddəti ərzində tamamilə amortizasiya edilir və dəyərin böyük hissəsi istismarın ilk illərində geri qaytarılır. İndi isə ölkəmizdə amortizasiya siyasətinin mövcud qanunvericiliklə tənzimlən- məsi mexanizmini təhlil edək. Azərbaycan Respublikasında 24 mart 1995-ci ildə qüvvəyə minmiş Mühasibat uçotu haqqında Qanunun 27-ci maddəsində amortizasiya ayırmalarının hesablanması və uçotu məsələləri öz əksini tapmışdır. Bu maddəyə görə əsas vəsaitlər və qeyri- maddi aktivlərin dəyəri onların xidmət müddətinə görə hesablanmış köhnəlmə (amortizasiya) normaları və ya Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş köhnəlmə (amortizasiya) normaları ilə ödənilir. Müəssisələr Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə köhnəlmə (amortizasiya) normalarını artırmaqla (bu artım iki dəfədən çox ola bilməz), sürətləndirilmiş köh- nəlmə (amortizasiya) normalarını tətbiq edə bilər. Köhnəlmə (amortizasiya) məbləğləri müəssisənin təsərrüfat fəaliyyətinə mənfi təsir etdiyi hallarda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə köhnəlmə (amortizasiya) normalarına azaldılma əmsalları (bu əmsallar 0,5-dən aşağı ola bilməz) tətbiq edilə bilər [8]. Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktında müəssisələrə sürətləndirilmiş amortizasiyadan istifadə etmək hüququ verilmiş, avadanlıqların xid- mət müddətlərinin təyin olunma qaydaları müəyyən olunmuşdur. Digər tərəfdən, bu qanunda amortizasiya ayırmalarından istifadənin uçotu və ya tənzimlənməsi barədə tələblər yoxdur. Eyni zamanda, bu Qanunun qeyd olunan müddəaları ilə sonrakı il- lərdə qüvvəyə minmiş Mülki və Vergi Məcəllələrinin müvafiq müddəaları arasında aşkar uyğunsuzluqlar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə “mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məh- 53 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. Cədvəl 1. Amortizasiya ayırmalarının kumulyativ metodla hesablanması nümunəsi Mənbə: Экономика предприятия. (под. ред. Н.А.Сафронова), М.:Юристь,1998, s.117. Əsas vəsaitin istismar müddəti (illər) Qalan istismar müddəti (illər) Əsas vəsaitin ilkin dəyərindən amortizasiya norması 1-ci il 5 5/15 2-ci il 4 4/15 3-cü il 3 3/15 4-cü il 2 2/15 5-ci il 1 1/15 Cəmi 5 il 15 hissə 15/15 dudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olun- masın” [9]. Bu maddədən belə aydın olur ki, hüquqi və fiziki şəxslər mül- kiyyətlərində olan əsas vəsaitlərin istismar müddətini texniki, təhlükəsizlik, ekoloji və digər məhdudiyyətləri nəzərə almaqla sərbəst şəkildə müəyyən edə bilərlər. Azərbaycan Respublikasının qüvvədə olan Vergi Məcəlləsi ilə təsbit olunmuş amortizasiya normaları və ayırmaların hesablanması qaydası da Mühasibat uçotu haqqında Qanunun müvafiq müddəalarından əsaslı şəkildə fərqlənir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.4-cü maddəsinə görə əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsait üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin vəsaitin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Əsas vəsaitin qalıq dəyəri isə əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya çıxıldıq- dan sonra qalan dəyər) cari ildə daxil edilmiş əsas vəsaitin dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Vergi Məcəlləsinin 114.3- cü maddəsində amortizasiya ayırmaları bina və qurğular üzrə 7 faiz, əsas vəsaitlərin ən aktiv növləri olan maşın, avadanlıq, hesablama texnikası və nəqliyyat vasitələri üzrə 25 faiz, digər əsas fondlar üzrə isə 20 faiz səviyyəsində məhdudlaşdırılır [10]. Göründüyü kimi, amortizasiya ayırmalarının vergi qanunvericiliyi ilə təsbit olunmuş hesablanma qaydası “azalan qalıq dəyəri” metodunun təkmilləşdirilmiş formasıdır. Vergi Məcəlləsində də əsas vəsaitlərin xidmət müddətləri və amortizasiya olunan məbləğlərdən istifadəyə dair heç bir məhdudlaşdırıcı və ya stimullaşdırıcı müddəa təsbit olunmamışdır. Qanunvericilik aktlarında mövcud olan belə uyğunsuzluqlar amortizasiya ayır- malarının vergi və mühasibat uçotu arasında fərqlərin yaranmasına gətirir. Avadanlığın dəyərinin amortizasiya dövrünün verilmiş normadan maksimum is- tifadə olunmaqla müəyyən edilməsi nümunəsi cədvəl 2-də təqdim edilmişdir. Cədvəldən göründüyü kimi, ilkin dəyəri 100 min manat olan şərti avadanlığın dəyərinin tam amortizasiyası ən azı 12 il davam edir. Qeyd etmək lazımdır ki, is- tismarın ilk illərində bu dəyərin qaytarılma sürəti kifayət qədər böyük olur: ilk üç ildə dəyərin 58 faizi, 5 ildə 76 faizi və 8 ildə isə 90 faizi amortizasiya olunur. Əgər avadanlığın alınmasına alternativ dəyər nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, 12 illik amortizasiyanın gətirilmiş xalis dəyəri ilkin dəyərin 63 faizi qədərdir. İnfl- yasiya amillərinin təsirini də nəzərə alsaq bu göstərici daha aşağı səviyyəyə düşər. Qeyd olunanlar onu deməyə əsas verir ki, mövcud vergi tənzimlənməsi sahibkarların 54 İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri amortizasiya siyasətində əsas vəsaitlərin aktiv hissəsinin yeniləşdirilməsi və genişləndirilmiş təkrar istehsalı üzrə motivasiyasını demək olar ki, stimullaşdırmır. Təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə düşünülmüş amortizasiya siyasəti ötən əsrin 60-cı illərindən başlayan sürətli iqtisadi artımın əsas səbəblərindən biri hesab olunur. Məhz bu siyasət həmin ölkələrdə yüksək texnologiyalar, informatika, bio və nanotexnologiyalar sahələrində əhəmiyyətli nəticələrin əldə olunmasında mühüm rol oynamışdır. Müasir dövrdə əsas vəsaitlərin amortizasiyası onların fiziki aşınmasını xarakterizə edən göstərici olmaqla bərabər, iqtisadi artımın əsas mən- bələrindən biri və genişləndirilmiş təkrar istehsalın tənzimlənməsi mexanizmi kimi qəbul olunur. 55 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. İllər Əsas vəsaitin qalıq dəyəri (manat) Amortiza- siya norması (faizlə) Amortiza- siya ayırmaları (manat) Ödənilmiş ayırmaların ilkin dəyərdə xüsusi çəkisi Diskont nəzərə alınmaqla illik amor- tizasiya ayırmaları Diskont- laşdırılmış amortizasiya ayırmalarının ilkin dəyərdə xüsusi çəkisi 1 100000 25 25000 0,25 21739 0,22 2 75000 25 18750 0,44 14178 0,36 3 56250 25 14063 0,58 9246 0,45 4 42188 25 10547 0,68 6030 0,51 5 31641 25 7910 0,76 3933 0,55 6 23730 25 5933 0,82 2565 0,58 7 17798 25 4449 0,87 1673 0,59 8 13348 25 3337 0,90 1091 0,60 9 10011 25 2503 0,92 711 0,61 10 7508 25 1877 0,94 464 0,62 11 5631 25 1408 0,96 303 0,62 12 4224 4224 1,00 789 0,63 Cəmi 100000 62722 0,63 Qeyd: hesablama zamanı avadanlığın istismarı dövründə təmir xərclərinin gəlirdən çıxılan normalar həddində olması qəbul olunmuşdur. Cədvəl 2. İlkin dəyəri 100 min manat olan şərti avadanlığın amortizasiya ayırmalarının azalan qalıq metodu ilə hesabatı Mənbə: hesablamalar müəllifə məxsusdur. 3. Azərbaycanın sənaye müəssisələrinin mövcud amortizasiya siyasətinin tədqiqi Ölkəmizdə amortizasiya praktikasının və Vergi Məcəlləsi ilə təsbit olunmuş amor- tizasiya mexanizmindən necə istifadə olunmasının tədqiqi üçün Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə etməklə təhlil aparaq. Ölkə iqtisadiyyatında daha böyük xüsusi çəkiyə malik olmasına, büdcənin vergi daxilolmalarının əsas hissəsini təmin etdiyinə, ən fəal və ən tez amortizasiya olunan maşın və avadan- lıqların əsas hissəsini özündə cəmləməsinə, strukturuna və iqtisadi tənzimlənmə (dövlət və bazar) vasitələrinə görə əhatəli olmasına görə bu təhlilin sənaye sahələri üzrə aparılmasını daha əhəmiyyətli hesab etmək olar. Müəssisələrin amortizasiya siyasəti sənayenin müxtəlif sahələrinin fəaliyyət müstəqilliyindən, texniki-iqtisadi xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilər. Belə ki, neft-qaz məhsullarının ixrac qiymətləri dünya birjalarında müəyyən olunur, daxili qiymətləri isə dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisi və istilik enerjisi is- tehsalı, su təchizatı, yanacaq və digər enerji daşıyıcılarının istehsalı ilə məşğul olan müəssisələr daxili bazarda dövlət tərəfindən tənzimlənən qiymətlərlə fəaliyyət göstərirlər. Mülkiyyət mənsubiyyətinə və rəqabət strukturuna görə digər sənaye sahələrindən fərqlənən emal sənayesinin fəaliyyətində dövlət tənzimlənməsi nisbətən az, bazar mexanizmlərinin təsiri isə daha güclüdür. Buna görə də, sənayedə və onun emal sahəsində amortizasiya praktikası tədqiqat obyekti kimi qəbul olunmuşdur. Qrafik 1-də Azərbaycanda əsas sənaye-istehsal fondlarının 2005-2010-cu illər ərzində ilin sonuna qalıq dəyərləri göstərilmişdir [11]. Göründüyü kimi, sənayedə əsas fondların dəyəri yüksək templərlə artmaqdadır. Belə ki, 2010-cu ildə əsas fondların dəyəri 2005-ci ilə nisbətən təxminən 2 dəfə art- 56 İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri Download 4.23 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling