İstehsal nədir: Istehsalat prosesində
Download 19.24 Kb.
|
Dəyişkən məsrəflər
İstehsal nədir: Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur. Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır. Bir sıra hallarda "istehsalat" və "istehsal" terminləri eyni anlamda işlənir. Baxmayaraq ki, "istehsalat" termini məhsul buraxılışının təşkilini, "istehsal" termini isə prosesi əhatə edir. İstehsalat çox sıx şəkildə mühəndis elmləri və menecerliklə bağlıdır. Onlardakı yeniliklər istehsalın daha səmərəli təşkilinə və xərclərin azalmasına səbəb olur. Son dövrlərdə reklamla yanaşı dizayn məsələsi də böyük əhəmiyyət daşımağa başlamışdır. İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Download 19.24 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling