MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR


Üçkompanentli legirlənmiş polad


Download 101.22 Kb.
bet19/32
Sana08.01.2022
Hajmi101.22 Kb.
#242014
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
Bog'liq
materialşünaslıq-mühazirələr (2)

Üçkompanentli legirlənmiş polad. Xrom bir legirləyirici komponent kimi çox geniş yayılmışdır, çünki o poladın möhkəmliyinin artmasına kömək edir və nisbətən ucuzdur. Xrom polada yeyilməyə qarşı müqavimət göstərmək qabiliyyəti verir, karbonun miqdarı artdıqda isə karbidlər əmələ gəlməsi nəticəsində poladın bərkliyi artır.

Az və orta dərəcədə legirlənmiş xromlu polad aviasiya, avtomobil sənayelərində, traktor sənayesində, eləcə də maşınqayırma sənayesinin başqa sahələrində ox, val, dişli çarx və başqa detallar hazırlamaq üçün geniş surətdə işlədilir.

Çoxlegirlənmiş xromlu polad paslanmayan poladdır, yalnız havada deyil, aqressiv mühitlərdə də işlədilir. Korroziyaya və istiyə davamlıdır. Buna görə də türbinlərin pərlərini, yüksək təzyiq silindrlərini, buxarqızdırıcıların borularını və s. hazırlamaq üçün işlədilir.

Nikel gözəl legirləyici elementdir, lakin çox bahadır və az tapılır. Buna görə də onu mümkün qədər digər elementlərlə əvəz etməyə və ya xrom, manqan ilə, ya da digər legirləşdirici elementlərlə birgə işlətməyə çalışırlar (mürəkkəb legirlənmiş polad). Nikel poladın möhkəmliyini, özlüyünü və bərkliyini, (tablandırdıqdan sonra) artırır, plastikliyini cüzi azaldır, közərmə qabiliyyətini və karroziyaya qarşı davamlılığını xeyli yüksəldir. Tablandıqdan və tabi azacıq əksildiləndən sonra nikelli poladın bərkliyi çox yüksək olur, lakin kövrəklik göstərmir.

Silisiumun miqdarı 0,8%-dən artıq olduqda o, poladın bərkliyini, möhkəmliyini və elastikliyini artırır, lakin özlülüyünü azaldır.Azkarbonlu silisiumlu poladı (0,08-0,18%C0,8-1,2%Si) körpü salmaq və başqa məqsədlər üçün işlədilir. Həmin poladı termik emal etmirlər.

Manqan poladın bərkliyini və möhkəmliyini yüksəltməklə, közərmə qabiliyyətini artırır və qaynaq qəbuletmə qabiliyyətini yaxşılaşdırır. Legirlənmiş manqanlı polad elə polada deyilir ki, onda manqanın miqdarı 1%-dən az olmasın.

Mürəkkəb legirlənmiş konstruksiya poladı. Mürəkkəb-(çoxkompanentli) konstruksiya poladı sənayedə geniş yayılmışdır. Bu onunla izah edilir ki, polad eyni zamanda bir neçə elementlə legirləşdirmək, tələb olunan xassələri daha asanlıqla əldə etməyə imkan verir, legirləşdirmə daha tam, legirləşdirici elementlərin ümumi miqdarı isə poladda az olur.Xrom mürəkkəb legirlənmiş konstruksiya poladlarının əksər markalarının əsas kompanentləridir. İkinci yeri nikel tutur, lakin polada o adətən az miqdarda daxil edilir.




Download 101.22 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling