Мцяллиф адлы кимйяви реаксийалар
Download 142 Kb.
|
07 M-Ferecov
- Bu sahifa navigatsiya:
- İradə Babaxanova Xəzər r-nun 156 saylı məktəbin kimya müəllimi Mütəllim Abbasov
- Mövzu
Kimya məktəbdə “AROMATİK KARBOHİDROGENLƏR”İN TƏDRİSİ TƏCRÜBƏSİNDƏN Murşüd Fərəcov pedoqoqika üzrə fəlsəfə doktoru, dosent Sevda Axundova Səbail r-nun 49 saylı məktəbin kimya müəllimi İradə Babaxanova Xəzər r-nun 156 saylı məktəbin kimya müəllimi Mütəllim Abbasov AMEA NKPİ-nin aparıcı elmi işçisi, p.e.d. Məqalədə benzolun elektron quruluşu ilə bağlı görkəmli alimlərin fikirləri, onun alınması üsulları, fiziki və kimyəvi xassələri barədə bilik və bacarıqların şagirdlər tərəfindən müstəqil olaraq öyrənilməsinin interaktiv üsulları təsvir edilir. 2011-ci ilin iyun ayında Bakı şəhəri məktəblərinin kimya müəllimləri üçün təşkil olunan ixtisasartırma kurslarında apardığımız anket sorğularından məlum olmuşdur ki, tədris prosesində müəllimlər nə kimi çətinliklərlə rastlaşırlar, Sorğulara verilən cavablarda onlar məktəbdə “İlk kimyəvi anlayışlar”a aid mövzuların, eləcə də aromatik karbohidrogenlərin tədrisində heç bir əyani vəsaitdən istifadənin mümkün olmadığını qeyd edirlər. Ümumiyyətlə, kimya dərslərinin gedişində nümayiş təcrübələrinin, praktik və laborator işlərinin aparılması üçün reaktiv və digər təchizatın azlığı, çox hallarda olmaması müəllimin çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin peşəsinə hörmət edən hər bir kimya müəllimi istənilən mövzuda olan dərsində minumum səviyyədə olsa da əyanilikdən istifadə etməlidir. İndiki şəraitdə kimya müəllimləri əyanilikdən istifadə işini qismən yaxşılaşdırmaq üçün kompyuterin imkanlarından da istifadə edə bilərlər. “Aromatik karbohirdogenlər” bölməsinə aid dərs mövzularını öyrəndikdə bu imkanları nəzərdən keçirək “Aromatik karbohidrogenlər” tədris vahidininin öyrənilməsini aşağıdakı kimi planlaşdırmaq olar.
“Aromatik karbohidrogenlər” tədris vahidinə aid dərslərdə benzol və onun homoloqlarının fiziki və kimyəvi xassələrinin onların molekul quruluşu ilə əlaqəllərə diqqəd cəlb olunmalıdır. Şagirdlərin daha dərin biliklərə yiyələnməsi üçün fəndaxili əlaqə, Venn diaqramın, BİBÖ cədvəli və internet imkanlarından istifadə olunmasını tövsiyə edirik. “Aromatik karbohidrogenlər”ə aid birinci və ikinci dərsdə “benzol molekulunun elektron quruluşu, homoloqlarının nomenklaturası və izomerlərinə aid məlumatın mənimsənilməsi nəzərdə tutulur. Benzolun və izomerlərinin quruluşu ilə bağlı şagirdlərdə aydın təsəvvür yaratmaq üçün internetdən bəzi əyanilikləri nümayiş etdirmək olar. Dərslikdə şəkil 24-də verilən benzol molekulunda siqma və pi rabitələrinin əmələ gəlməsi ilə bağlı internetdə maraqlı məlumatlar vardır.: http://www.youtube.com/watch?v=0Xe_gkV7xAw&feature=related http://www.youtube.com/watch?v=bSLxoX27Gt4&feature=related Benzolun və homoloqlarının quruluşu haqqında şagirdlər ətraflı məlumata yiyələndikdən sonra onun fiziki və kimyəvi xassələrinin mənimsənilməsi asanlaşır. Aromatik karbohidrogenlərə aid bir dərs mövzusunun aktiv/interaktiv üsullarla gedişini izləyək.
2.Toluolun əvəzetmə reaksiyaları barədə məlumat vermək. Təlim strateqiyası: Problemli şərh,müstəqil iş, iş vərəqələri ilə tədqiqat. Resurslar: neft, benzol, toluol, spirt lampası, bromlu su, nitrat və sulfat turşusu, sınaq şüşələri (ştativdə), kolbalar., İş forması: kiçik qruplarla iş, cütlərlə iş. Download 142 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling