38. Menecmentə hansı yanaşma təşkilatı açıq sistem hesab edir?
A) Sistem kimi yanaşma;
B) Proses kimi yanaşma;
C) Situasiya mövqeyindən yanaşma;
D) İdarəetmə məktəblərinin fərqləndirilməsi mövqeyindən yanaşma;
E) Model kimi yanaşma.
39. Sistem kimi yanaşmaya görə təşkilatın daxili mühitini hansı əsas elementlər təşkil edir?
A) Məqsədlər, quruluş, texnologiya, vəzifələr, insanlar;
B) Məqsədlər, texnologiya, vəzifələr, kapital, materiallar;
C) Materiallar, texnologiya, informasiya, insanlar;
D) Quruluş, ünsiyyət, kapital, məqsədlər, vəzifələr;
E) Strategiya, taktika, prosedura, qayda, norma.
40. Menecmentə situasiya mövqeyindən yanaşmanın irəli sürdüyü əsas konsep-siyahansıdır?
A) Təşkilatın məqsədlərinə daha səmərəli nail olmaq üçün konkret üsul və konsepsiyaları müəyyən konkret situasiya ilə uzlaşdırmaq lazımdır;
B) Menecmentə müxtəlif funksiyalardan ibarət olan bir proses kimi baxmaq lazımdır;
C) Menecment planlaşdırma, təşkiletmə, motivasiya və nəzarətdən ibarətdir;
D) Təşkilat bir neçə qarşılıqlı əlaqəli alt sistemlərdən ibarət olan və çoxsaylı əlaqələrlə xarici mühitə bağlanmış mürəkkəb açıq sistemdir;
E) Bütün təşkilatlar öz məqsədlərinə çatmaq üçün quruluş yaratmalıdırlar.
41. Situasiya mövqeyindən yanaşmanı ilk dəfə kim irəli sürmüşdür?
A) Meri Parker Follet;
B) Anri Fayol;
C) Fredrik Teylor;
D) Duqlas Mak Qreqor;
E) Lindal Urvik.
42. O.Şeldonun fıkrincə idarəetmə üç hissədən ibarətdir. Səhv ariantı
göstərin.
A) işçilər
B) menecment
C) təşkiletmə
D) müdiriyyət
E) Administrator
43. Təşkilatın daxili mühitinin əsas amillərinə aid deyildir:
A ) Hakimiyyət;
B) Vəzifələr;
C) İnsanlar;
D) Quruluş;
E) Texnologiya;
44. Təşkilatın məqsədi nəyi ifadə edir?
A) Məqsədlər – adamlar qrupunun birgə işləyərək çatmaq istədiyi son vəziyyət yaxud arzu etdikləri faktiki nəticədir;
B) Məqsədlər - əməyin ödənilməsinin formasıdır;
C) Məqsədlər – təşkilatın mənfəət əldə etmək üçün arzu etdiyi əlverişli situasiyadır;
D) Məqsədlər – təşkilatın missiyasını və strategiyasını dəqiqləşdirmək üçün arzu edilən və zəruri olan informasiyadır;
E) Məqsədli – adamların fərdi qaydada əldə edə bilmədiklərini, qrup şəklində əldə etməyə imkan verən vasitədir.
Do'stlaringiz bilan baham: |