Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 5. AR-nin ərazisində (şəhərlər və rayonlarda) olan daşqın və subasma halları və onların


Download 296.18 Kb.
bet25/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 5. AR-nin ərazisində (şəhərlər və rayonlarda) olan daşqın və subasma halları və onların


vurduğu ziyanlar haqqında anlayış.
Fiziki -coğrafi şəraitinə görə Azərbaycan Respublikasının ərazisi üçün ən çox səciyəvi olan təbii fəlakətlər bunlardır: sel, sürüşmə və uçqunlar, qar
uçqunları,meşə-çöl yanğınları, subasma və daşqınlar, zəlzələ və.s.
Sel-Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrindəndir. Respublika əhalisinin 5%-dən çoxu sel qorxulu ərazilərdə yaşayır.Böyük Qafqaz dağlarının cənub yamaclarından axan çayların əksəriyyətində hər il güclü sellər olur.Məs. Şəki-Balakən,Qəbələ-İsrnayıllı, Quba-Xaçmaz, Lerik-Yardımlı və s.rayonlar və Nax.MR-bəzi sahələri seltəhükəsi olan ərazilər sayılır.
Sürüşmə və uçqunlar-adətən dağlıq sahələrdə baş verir.Belə sahələrdə və onlardan aşağıda yerləşən yaşayış məntəqələrində sürüşmə nəticəsində insanlar,mal-qara məiıv ola bilər, təssərrüfat obyektləri,yaşayış binaları dağıla bilər.Məs. 1993-cü ildə Dəvəçi-Qusar rayonlarında sürüşmə nəticəsində mal-qara
və insan tələfatı olmuşdur.2000-ci ilin mart ayında Bayıl qəsəbəsində baş verən sürüşmə nəticəsində onlarla əvlər,obyektlər dağılmış və milyonlarla manat ziyan dəymişdir. 2010-cu ilin aprelin 27-də Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi nəticəsində şəxsi ev torpaq altında qalmış və insan təlafatı olmuşdur.
Qaruçqunları- (marxal)—dağlıq rayonlarında baş verir. Onlar nəqliyyatın, rabitənin, əhalinin normal həyat fəaliyyətini pozur.
Yanğınlar-od insanların nəzarətindən çıxdıqda, habelə səhlənkarlıq üzündən bəzən də istehsalat qəzası və təbii fəlakətlər nəticəsində baş verir. Flora və
faunaya, yaşayış məntəqələrinə, obyektlərə, və s. insanların sağlamlığına və
həyatına təhlükəli ola bilir. Əgər iş yerində, mənzillərdə, təhsil müəssələrində və s. Yerlərdə ehtiyyatsızlıqdan yanğın baş verərsə, bu zaman əl altında olan yanğın söndürəndən (aqneduşiteldən) istifadəedərək odu söndürmək lazımdır .Yanğın söndürənin aşağıdakı növlərimövcuddur :
1 OP-4 (poroşoklu) ,

  1. OU-3-7 (uqlekislotnıy) (karbon turşulu )

  2. OVP-4,5 (vozduşno-pennıy) (köpüklü )

  3. OA(aerozolnıy)(aerozollu-otaqda tavanda quraşdırılır damcı şəklində çilənir).

Subasma daşqınlar- su hövzələrində suyun səviyyəsinin kəskin surətdə artması nəticəsındə baş verən təbii fəlakətdir. Qarın sürətlə əriməsi və uzunmüddətli leysan yağışları, çay yataqlannda tıxac yaranması, qəzalar nəticəsində, hidrotexniki qurğuların bəndinin dağılması nəticəsində ərazinin bir qismini müvəqqəti olaraq su basır. Mühafizə məqsədi ilə əhali köçürülə bilər(bu halda tələb olunur ki, mənzillərdə suyu, qazı, elektrik xətlərini bağlamaq məişət əşyalarını binanın yuxarı mərtəbələrində yerbəyer etmək). Müəyyən səbəbdən qalan əhəliyə davranışda əsəsşərt- suda islanmış ərzaqdan və qaynadılmamış sudan istifadə etməmək tövsiyə edilir.
Əgər təxliyə (evakuasiya) elan olunubsa, ondan qaçmağa ç.alışmaym, çünki
həyatmızı təhlükə qarşısmda qoya bilərsiniz.
Evdən çıxarkən işığı söndürün, qazı bağlayın, sobada odu söndürün, ev əşyalarını yuxarı, evin çardağına keçirdin. Birinci mərtəbənin qapı-pəncərəsini nəinki bağlamaq, hətta taxta ilə mismarlamaq yaxşı olardı. Əgər su sizi qəflətən yaxalayıbsa, qorunmaq üçün binamn yuxan mərtəbələrinə, damına və çardağına çıxaraq, fəlakətdə olduğunuz haqqmda gündüz dəsmalla, gecə isə fənərlə daima siqnal verin. Zərərçəkmişlərə kömək edin, bir qayda olaraq xilasedicilərin tələbbrini yerinə yetirin və çaxnaşma yaratmaym.
Daşqın qurtarandan sonra evinizə qayıdan zaman onun qəza vəziyyətində olub - olmadığınıaydınlaşdırın və otaqların havasını (içəri yığılmış qazlardan təmizləmək üçün) təmizləyin. İşıqları dərhal yandırmaq olmaz: elektrik naqillərinin və başqa kommunikasiya xətlərinin sazlığını yoxlayın. Dərhal su axınının gətirdiklərini (palçıq, zibil, heyvan cəmdəkləri) yığmağa, həyət və binaları təmizləməyə çalışın. Bu, yoluxucu xəstəliklərinyayılmasının qarşısını alır. Tam təmizlənməmiş quyulardan su içmək olmaz.
Əhaliyə daşqınla mübarizədə Fövqəladə Hallar Naziliyinin (FHN) xilasediciləri kömək edir. Onlar zərərçəkmiş rayonları ərzaq və çadırlarla təmin etməklə bərabər, əhalinin həmin ərazilərdən köçürülməsi ilə məşğul olaraq, fövqəladə hallarda onların qayğısına qalırlar.
Zəlzələ- Yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq zərbə dalğası və qüvvətli təkanlar(seysmik dalğa) şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Fəlakətin nəticəsini azaltmaq üçün müəyyən tədbirlər görülür (metereoloji və seysmik stansiyalar yaradılır, zəlzələ təhlükəli rayonlarda binalar zədələnməyə davamlı tədbirlər görülməklə tikilir v.s.)
Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır. Çox qədimlərdən etibarən baş verən zəlzələlər barədə məlumatlara əsasən mütəxəsisslərAz.R-nınseysmik rayonlaşdırma xəritələrini tərtib etmişlər. 1989-cu ildə hazırlanmış sonuncu belə xəritəyə qörə Respublikamızın ümumən hər yerində
8 baladək, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan MR rayonları isə 9 bala dək zəlzələ ehtimallı zonalar sayılır. Onaaltında otaqların küncündə və ya möhkəm mebellərdən istifadə etməklə daldalansınlar. Mənzillərini
tərk edənlər oraya tezliklə qayıda bilmirlər, buna görə də seysmik rayonlardakı F.H komisiyaların , müəssisələrin belə hallar üzrə fəaliyyət planlarında əhali üçün çadır şəhərciklərinin yaradılması,ərzaq, dərman və s. lazımı əşyalarla təmin edilməsi əvvəlcədən nəzərdə tutulmalıdır.
Gözlənilən zəlzələnin vaxtında proqnozlaşdırılması, onun yeri və vaxtı barədə əhalinin xəbərdar edilməsi seysmik rayonlar üçün çox vacib əhəmiyyət kəsb edir.
Alp-Himalay seysmo-aktivbölgesindəyerlaşən Azərbaycanda ilk böyük zəlzete 5-ci əsrə təsadüf edir. Belə ki, 427-ci üldəGəncəşəharindən təqribən 25km cənub- şərqdə 9 balgücündə baş verən zəlzələnəticəsində yüz minlərlə insan həlak olub. 700 il soma, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə, ki, 9 ballıq zəlzələ nəicəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib vaGöygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Garagöl və Şamlıgölyaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbelərə görə 230 min. bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəlyerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb. l835-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.
Azərbaycan ərazisində 9 ballıq seysmik zonaya daxil olan Şamaxıda tarix boyu dəfələrlə güclüzəlzələlər baş verib. Lakin sonuncu dəfə 1902-ci ilin fevral ayının 13-də baş vermiş 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə-yeksan oldu. Zəlzələdən salamat qalan əşyaları yanğın külə çevirdi. Budohşətli zəlzələ nəticəsində təxminən2000 nəfər həlak oldu. Eyni zamanda Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağvulkanının oyanmasına da səbəboldu. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2000 baş mal-qara bir anıniçərisində məhv oldu.
Yaponiyada 11 mart 2011-ci ildə 8.9 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Xonsyu adasından 130 km aralıda sakit okeanda baş vermişdir. Sunami dalğasının hündürlüyü 10 metrə çatmışdır və suyun sürəti 820 km/saat-a çatmışdır.Zəlzələ nəticəsində Yaponiya dövlətinə təqribən 198-309 milyard $-a yaxın ziyan
dəymişdir.Ona görə də, inşaatda müəyyən olunmuş seysmik davamlılıq normalarına riayət etməklə zəlzələnin nəticələrini xeyli azaltmaq mümkündür.
Zəlzələnin: tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşmosi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləri olur.
Tektonik zəlzələ daha tez-tez baş verir. TZ- yer qabığmındərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmə nətiçəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklinde ətrafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər bunlardır: zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.

  1. Maqnituda -zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə eclən, 0-dan 8,5-ə dək həddə dəyişən enerjiyə münasib ölan şərti kəmiyyətdir. Zəlzələnin maonJtudasıni ölçmək üçün Rixterşkalasından istifadə edillr ki, bu şkalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.

  2. Zəlzələ ocağının dərinliyi- müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.

  3. Yer səthində zəlzələ enerjisinin intensivliyi- on iki ballıq şkala üzrə ölçülür; gücünə (intensivliyə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, çox zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət, güclü fəlakət.

Cədvəl 1




Download 296.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling