Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Download 296.18 Kb.
bet20/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   ...   16   17   18   19   20   21   22   23   ...   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 6. İdarəetmə məntəqələrinin növləri.
Fövqəladə hadisələr dövrlərində müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsinitə'min edən başlıca şərtlərdən biri - Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti - MM rohbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik etməsindən, onlarm fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən ibarətdir.
Mülki Müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır:

      • MM tədbirlərinin və qüvvələrinin fəaliyyətinin əvvəlcədən planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi;

  • Fövqəladə hadisələr baş verərkən yaranmış vəziyyət barədə məlumatların fasiləsiz

surətdə toplanması və öyrənilməsi;

  • Fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması;

  • İş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət və onlara lazımi yardım göstərilməsi;

  • Qarşılıqlı fəaliyyətin təşkiü və görülməli işlərin hərtərəfli təmin olunması;

  • MM qüvvələrində və qərargahiarında şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığınm saxlanması.

MM idarəetmə fəaliyyətinə qoyulan əsas tələblər:

  • İdarəetmə qətiyyətli olmalıdır. Bu MM rəhbərlərinin inamla qərar qəbul etmək

bacanğından və bu qərarın tabelikdəkilər tərəfindən icrasına qətiyyət və inadla nail olmasından ibarətdir.

  • İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin dəyişməsinin operativ və çevik surətdə

nəzərə alınması deməkdir. MM rəhbəri vəziyyətin, şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəyişib dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə, icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır.

  • İdarəetmə fasiləsiz dayanıqlı olmalıdır, yəni bu sistem hər cür fövqəladə

hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. İdarəetmə prosesinə fasilə yaranması, yaxud onun pozulması, adətən işdə nailiyyətsizliklə nəticələnir.

  • İdarəetmə prosesində məxvilik rejiminə (xüsusən hərbi dövrdə) ciddi riayət

edilməlidir. yəni operativ sənədləri işlətmək, rabitə xətlərindən, vasitələrindən istifadə etməyin rejim və qaydalarına qeyri şərtsiz əməl olunmalıdır.

  • Nəhayət idarəetmə isinə verilən ən əsas tələblərdən bin" - onun bütün vəsitələrinin

- rəhbər heyətinin, idarəetmə orqanlarının digər heyətlərinin, rabitə və xəbərdarlıq vasitələrinin və s. fəaliyyətə daimi hazır saxlanılmasıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi MM qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır.
İdarəetmə məntəqələri, onlarmtə'yinatı, yerləşdihlməsi, avadanlığı işçi heyəti.

    • İdarəetmə məntəqəsi (İM) - mülki müdafiənin hərbi vəziyyətə keçirərkən və fövqəladə hadisələr dövründə idarəedici heyətin yerləşməsi və işləməsi üçün

nəzərdə tutulmuş və xüsusi olaraq avadaniıqla, texniki rabitə və xəbərdarlıq vasitələrilə təmin edilmiş otaqlardan, yaxud nəqliyyat vasitələrindən ibarətdir. İM-ninnövləri

      • Əsas idarəetmə məntəqələri :

Şəhər ərazisində.obyektlərdəuygunlaşdırılmış və müvafiq
avadanlıqlarla təchiz olunmuş iş otaqlarında yerləşdirilir. Sülh dövründə adətən MM rəhbərlərinin iş otaqlarında təşkil olunur.
•Ehtiyat idarəetmə məntəqələri :
Şəhər ərazisində, obyektlərdən kənarda yerləşdirilir. Onların mühafizə dərəcəsi müvafiq şəhərlər üçün qəbul edilmiş mühafizə dərəcələrinə uyğun olur.

    • Şəhərdənkənar ehtiyat idarəetmə məntəqələri :

Dərəcəli şəhərlərin və obyektlərin ehtimal olunan dağıntılar zonasından və subasma təhiükəsi olan zonadan kənarda yerləşdirilir.

    • Köməkçi idarəetmə məntəqələri :

MM tədbirlərinin və MM qüvvələrinin ehtiyat idarəetmə məntəqələrindən idarə edilməsi çətinləşdikdə və ya mümkün olmayan hallarda yaradılır.
•Səyyar idarəetmə məntəqələri :
Ehtiyat idarəetmə məntəqələrinin əsas tərkib hissəsidir. Səyyar idarəetmə məntəqələri sülh və müharibə dövründə, MM qüvvələrinin hərəkəti zamanı, onlara bilavasitə rəhbərliyi təmin etmək üçün yaradılır.

    • Hava idarəetmə məntəqələri :

«Azərbaycan Hava Yolları» konserninin, F.H.N-nin,təyyarə və vertolyot bazalarında təşkil olunur.
İdarəetmə məntəqəsinin strukturu

  • MM rəhbərinin iş otağı;

  • Operatorlar və telefonçu-operatorlar yerləşən operativ iş otağı;

  • Xidmət rəislərinin (mütəxəssislərin) iş otağı;

  • Rabitəçilər qrupu yerləşən rabitə qovşağı;

  • Növbələrlə dincəlmə yeri (otağı);

  • İdarəetmə məntəqəsi heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq, su ehtiyatları və

s. saxlanılan yerlər (otaqlar);

  • Sanitariya qovşağı.

İdarəetmə məntəqəsində:

  • Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri (baş mütəxəssislər) və MM qərargahının əsas heyəti (qərargah rəisi, onun müavinləri, şöbə, bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün lazımi hallarda araya xidmətçi heyəti (rabitəçilər, komendant, müdafiə qrupu və s.) verilir, nəqliyyat vasitələri təşkil edilir.

С) Tabelikdəki qüvvələri idarə etmək üzrə MM rəhbərinin qərargahının qaydası.

  1. Alınmış tapşırığın aydınlaşdmaması.

  2. Vəziyyətin təhlil edilməsi və qiymətləndirilməsi.

  3. Qərar qəbul edilməsi. MMrəhbəri tapşırığın icrasını təşkil etmək üçün qərar qəbul edərkən aşağıdaküarımüəyyənləşdirir:

  1. Tabeliyindəki qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin nəcmi və icrasının aydınlığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq. hansı məsələyə xüsusən diqqət yetiriləcək və s.);

  2. hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri;

  3. digər qüvvələrlə qarşılıqlı fəaliyyət qaydası;

  4. işlərin təchizatı və təminatı üzrə görülməli tədbirlər

Hərbiləşməmiş MM dəstələrinin rabitə vasitələri (müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısadalğaradiostansiyalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir.)
İri obyektlərdə də rabitənin adları çəkilən bütün növləpindən aşağıdakı qaydada istifadə olunur:

  1. Məftilli rabitə rayonun (şəhərin), nazirliyin (yuxarı idarənin)rəhbərliyi ilə; obyektin sığınacaqları, müşahidə postu, öz iş yerindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq üçündür.

  2. Radiorabitə-obyektdə, adətən, MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.

  3. Səyyar rabitədən-texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda rabitə növü kimi istifadə edilir.

  4. Siqnalla rabitə vasitələri-sirenalar, siqnal raketləri və bayraqjıqları həm xəbərdarlıq üçün, həm də MM sərəncam və komandalarını çatdırmaqdan ötrü yardımçı (əlavə vasitələr) kimi işlədilir.

Mövzu 3.Azərbaycan Respublikasının ərazisində xarakterik olan TF-lər (zəlzələ, sellər, sürüşmə) iqtisadiyyat qəzaları, ekoloji xarakterli fövqəladə halla və əhalinin mühafizəsi.





  1. TF- qarşısının alınmasında dövlət sistemi

  2. TF-in qarşısının alınmasında dövlət siyasəti

  3. Köçürmənin başlanması barədə əhaliyə necə xəbər verilməli

  4. AR-nin ərazisinin fiziki-coğrafi şəraiti haqqında anlayış.

  5. AR-nın ərazisində (şəhərlər və rayonlarda) olan daşqın və subasma halların vurduğu ziyanlar haqqında anlayış.

  6. AR-da istehsal olan ZM haqqında anlayış. Onların növləri və xarakteristikası.

  7. Ekoloji xarakterli hadisələr haqqında anlayış.


Download 296.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling