Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Yeraltı, mədən və metropoliten sahələrində yanğın (partlayış)


Download 296.18 Kb.
bet17/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   ...   13   14   15   16   17   18   19   20   ...   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Nəqliyyatda yanğın partlayış.
  • Yeraltı, mədən və metropoliten sahələrində yanğın (partlayış)


  • Yaşayış, sosial-məişət mədəni-məişət təyinatlı bina qurğularda yanğın.
  • Partlamaınış döyüş sursatlarının aşkar edilməsi.


  • Partlayıcı maddələrin (döyüş sursatının itirilməsi)
    1. Radioaktiv maddə (RM) ətrafa yayılmaqla baş verən qəzalar.


      • AS AE qurğularında qəza ətrafa RM atılması
      • BNİM-qəza


    • Nüvə qurğulu kosmik aparatda qəza baş verməsi
    • Radioaktiv mənbəyinin itirilməsi (aşkar edilməsi)


    1. GTZM yayılmaqla baş verən qəzalar
    • GTZM istehsalat, emal olunarkən, saxlanarkən baş verən qəzalar.


    • GTZM daşınarkən baş verən nəqliyyat qəzası.
    • Kimyəvi döyüş sursatından baş verən qəza.


    • Qəza nəticəsində baş verən kimyəvi reaksiya prosesində GTZM yaranması yayılması.
    • GTZM mənbələrinin aşkar edilməsi (itirilməsi)


    1. Bioloji təhlükəli maddə (BTM) ətrafa yayılmaqla baş verən qəzalar
    • BTM ətrafa yayılmaqla baş verən qəza


    • BTM ətrafa yayılmaqla nəqliyyat qəzası
    • BTM aşkar edilməsi


    1. Həyat təyinatlı kommunal sistemlərdə qəzalar
    • Kanalizasiya sistemlərində qəza.


    • Su təchizat sistemlərində qəzalar.
    • Kommunal qaz boru kəmərlərində qəza.


    • İstilik şəbəkələrində qəza.
    • Elektrik enerji sistemlərində qəza.


    1. Hidrodinamik qəzalar
    • Bəndlərin yaradılması


    • Binaların qəflətən uçulması
    1. Nəqliyyat


    • Hava nəqliyyatı
    • Su nəqliyyatı


    • Yerüstü nəqliyyat
    • Yeraltı nəqliyyat


    Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlü- kələr mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. Bunların əsas səbəbləri aşağıdakılardır:

    • istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;

    • bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin , əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;

    • sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;

    • istehslatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətsiz olması;

    • sənaye, nəqliyyat, energetika, kənd təsərrufatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlerinin texnoloji etibarlılığının zəif olması;

    • zərərli və təhlükəli potensiallı müəssisələrdə kadrların, xüsusən də yüksək ixtisaslı kadrların itirilməsi nəticəsində istehsalat mədəniyyətinin aşağı düşməsi, mütəxəssislərin səriştəsinin və məsuliyyət hissinin zəifləməsi;

    • ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;

    • partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;

    • qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan təlafatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;

    • iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz ve qənaetcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılmasının zəif templə aparılması;

    • ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;

    • potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;

    • sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;

    • təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal (məhdud) xəbərdarlıq sistemlərinin olması;

    • təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;

    • qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;

    • qəza və fəlakətin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;

    • avtomobil yolları şəbəkəsinin zəif inkişafı;

    • FH-ın baş verməsi ehtimal olunan zonalarda sosial problemlerin yaranması.




    Download 296.18 Kb.

    Do'stlaringiz bilan baham:
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   50




    Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
    ma'muriyatiga murojaat qiling