Sual 2. Təbii xarakterli fövqəladə hallar və onların təsnifatı, qruplara bölünməsi.
Meteoroloji və aqrometeoroloji təhlükəli hadisələr
Geofiziki təhlükəli hadisələr
Hidroloji təhlükəli hadisələr
Kortəbii yanğınlar
Insanların yoluxucu xəstəliklərə tutulması
Təhlükəli geoloji hadisələr
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması
Dənizdə hidroloji təhlükəli hadisələr
Meteoroloji və aqrometeoroloji təhlükəli hadisələr:
Fırtına (9-11 bal); qasırğa(12-15 bal), tufan, burulğan, iri dolu, leysan yağışı, güclü qar, güclü buzlaşma, güclü şaxta, güclü çovğun, quraqlıq, qara yel, güclü isti, güclü duman.
Geofiziki təhlükəli hadisələr:
Zəlzələlər, vulkan püskürməsi
Hidroloji təhlükəli hadisələr:
Su səviyyəsinin qalxması (daşqın), su səviyyəsinin düşməsi, yeraltı (qrunt sularının) səviyyəsinin qalxması (subasma).
Kortəbii yanğınlar:
Meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl yanğınları.
Insanların yoluxucu xəstəliklərə tutulması:
Ekzotik və xüsusən təhlükəli yoluxucu xəstəliklərə tək-tək tutulma halları, təhlükəli yoluxucu xəstəliyə qruplarla tutulma halları, təhlükəli yoluxucu xəstəliyin sürətlə yayılması, epidemiya
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması:
Ekzotik və xüsusən təhlükəli yoluxucu xəstəliklərə tək-tək tutulma halları, enzootiya, epizootiya
Do'stlaringiz bilan baham: |