Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ
Download 296.18 Kb.
|
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R
- Bu sahifa navigatsiya:
- Mingəçevir zonası
- Cəbrayıl rayonu
Gəncə zonası Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər,
Şəmkir, Xanlar, Goranboy, Samux rayonları. Sumqayıt zonası Sumqayıt şəhəri, Dəvəçi,Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları. Mingəçevir zonası Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları Şirvan Əli Bayramlı şəhəri, Hacıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları Naxçıvan zonası Naxçıvan Muxtar Respublikasının bütün rayonları Ağdam zonası Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları Cəbrayıl rayonu Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Füzuli Rayonları Şamaxı zonası Şamaxı, Ağsu, İsmayıllı, Qəəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları Lənkəran zonası Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ DÖVLƏTİN VƏZİFƏLƏRİMülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyəne etmək və onu həayat keçirmək; əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək; ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək; mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək; mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək; mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vasitələrindən məqsədli və düzgün istifadə olunmasını təmin etmək; fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vasitələri ehtiyatı yaratmaq; əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək; mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək; 10.dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək. əhaliyə mülki müdafiə tədbirərininöyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək; müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisndə, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək; fövqəladə hadisələr zaanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatın toxunulmaz ehtiyaı ilə təmin etmək; fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək; 15.insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək; fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək; həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək; fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək; fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək; əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək. Download 296.18 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling