Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Ərzaq və paltarla təchizat xidməti


Download 296.18 Kb.
bet7/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   2   3   4   5   6   7   8   9   10   ...   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Ərzaq və paltarla təchizat xidməti - rayon istehlak cəmiyyəti və ticarət ba- zası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zə- hərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafızəsi məsə- lələri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunma- sını sahmana salır, onları ən lazımi şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafıə dəstələrinin şəxsi heyətini yeməklə təmin edir.
Heyvanları və bitkiləri mühafizə xidməti baytarlıq və aqronomiya idarələ- rinin bazası əsasmda təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanlarm, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarmın və meşələrin kütləvi zədələnmə va- sitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və baş-qa kənd təsərrüfatı məhsullarının mühafızəsi üzrə tədbirlər görür-r/ Heyvanları və bitkiləri mühafızə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya eksper- tizasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehti- yatlarının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təchizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəy- yənləşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda göstərilənlərdən əlavə başqa xidmətlər də (kommunal-texniki xidmət - rayon kom- munaltəsərrüfatı kombinatı bazası əsasmda; mühəndis xidməti - tikinti təşkilatlarının bazası əsasında; avtomobil nəqliyyatı xidməti - avtomobil təsərrüfatları, yol idarələri və digər təşkilatlann bazası əsasmda; maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin
edilir. Rayon xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yuxarı xidmətlərin göstərişləri əsasmda və rayonun xüsusiyyətləri nəzərə alınmaqla yuxan idarə rəhbərləri tərəfındən müəyyən edilir.
Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlanndan asılı olaraq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, ictimai asayişi mühafızə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, heyvanları və bitkiləri mühafızə manqalları təşkil edə bilər. Bundan başqa, mülki miidafıə məqsədləri üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarə-lərindən, habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələ-rindən istifadə olunur. Rayonun və şəhərlərdən köçürülən müalicə-profılaktika və tibb idarələrinin bazası əsasında baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, baş və profil xəstəxanaları, ilk yardım dəstələri və epidemiya əleyhinə dəstə-lər yaradılır.
Mülki müdafıə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafızə vasitələri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qərargahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüffatlarının imkanları, habelə qüvvə və vasitələrə olan təlabat nəzarə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.

Download 296.18 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling