Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 3. Rayonlarda və obyektlərdə Mülki Müdafıənin quruluşu, qüvvələri və vəzifələri


Download 296.18 Kb.
bet5/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   2   3   4   5   6   7   8   9   ...   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 3. Rayonlarda və obyektlərdə Mülki Müdafıənin quruluşu, qüvvələri və vəzifələri


Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarmın nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.







Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığ- mamexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yar- dım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələ-rin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha-zırlıqda olurlar (24 saat).
Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon
İcra başçısı və onun şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəhbərlik edir. Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işlə-yəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin plan üzrə və məqsədə-uyğun yerinə yetirilməsinə imkan yaradır.
Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qə- rargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, öperativkəşfıy-yat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və radiasiyadan mühafızə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis ve 1-2 köməkçi). Rayon İcra Başçısı rayon tabeliyində olan şə-hərdə yerləşirsə, belə hallarda rayonun ve şəhərin birləşmiş mülki müdafıə qərargahı yaradılır, həmçinin rayonun başçısma tabe olan vahid xidmətlər təşkil edilir.
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafıə planını işləyib ha- zırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafıənin döyüş hazırhğmı daim təmin etmək; əhaliyə mülki müdafıə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasmı təmin etmək; kəşfıyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh mahiyyətli FH-dan mühafızəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafıə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığmı təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki müdafıə hazırlığma nəzarət etməkdir.
Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nəzərə alaraq, Rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradır.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar.
Onlara aşağıdakı vəzifələrə həvalə olunur:

  • Obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin döyüş hazırlığını təmin etmək;

  • Əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;

  • Mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühavizə vasitələri əldə etmək, bunları toplayıb saxlamaq;

  • Vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında xəbər vermək;

  • Əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;

  • Profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək;

  • Şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edibyerləşdirmək;

  • Əhalinin köçürülməsini təşkil etmək;

  • Xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;

  • Dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;

  • Kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, alafın və su mənbəyinin radioaktiv, kimyəvi maddələr, bakteroloji vasitələrlə yoluxmadan mühafizəsi üzrə tədbirləri yerinə yetirmək;

  • Əkinlərin, su anbarlarının, meşələrin, otaqların və başqa kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çıxartmaq məqsdilə bu yerlərə nəzarəti təşkil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.

Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə yaradılır).
Rayonun mülki müdafiə dəstələri – rayonun müəssisələrində, şəhərlərində və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə
qrupları, sanitar drujinası dəstələri və sanitar drujinaları, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dastələri (komandaları), zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələri, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətlərinin idarələri (baza xəstəxanaları idarəsi, çesitləmə-köçürmə qospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edilir.

Download 296.18 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   50




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling