Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ
Sual 5. FH-sə baş verəndə təhlükənin xarakterindən asılı olaraq əhalinin
Download 296.18 Kb.
|
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R
Sual 5. FH-sə baş verəndə təhlükənin xarakterindən asılı olaraq əhalininfəaliyyəti Fövqəladə hadisə yaranan dövrdə əhali ümumiyyətlə aşağıdakı ardıcıllıqla fəaliyət göstərməlidir: kütləvi məlumat vasitələrin daimi şəbəkəyə qoşulu saxlamalı; şəhərdən kənar sahələrə köçürülməyə hazırlanmalı; FH-sə ehtimalına görə sığıncaqların yerini dəqiqləşdirməli, və radiasiya əleyhinə sığıncaq kənd yerlərində düzəltməyə başlamalı; Fərdi və tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı; Bu tədbirləri yerinə yetirmək üçün aşağıdakı üsullardan istifadə etmək lazımdır. Onlardan: mühafizə qurğularında daldalanmaq; FMV-dən istifadə etmək; İri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdənkənar təhlükəsiz sahəyə köçürmək. Tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteroit düşməsi və ya yer kürəsinin digər obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləridə olur. Zəlzələnin və onların ocaqlarının dərinliyi – müxtəlif rayonlarda 0-700 km- dək dəytşə bilər. Hər bir seysmik rayon üçün ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur. Yerin səhtində zəlzələ enerjisinin intensivliyi 12 ballıq şkala üzrə ölçülür, gücünə müvafiq olaraq zəlzələlər belə adlanır: -hiss edilməyən; -çox zəif; -zəif; -mülayim; -xeyli güclü; -güclü; -çox güclü; -dağıdıcı; -dəhşətli; -məhv edici; -fəlakət; -güclü fəlakət. Bütün zəlzələnin növlərindən əvvəlcədən məlumat almaq olmur. Zəlzələlər qəflətən baş verir. Zəlzələnin baş verməsini ən yaxşı hiss edən heyvanlardır. İnsanlar ona görədə zəlzələnin baş verməsini bilmədiklərinə görə çoxlu itki verir. Davranış qaydaları aşağıdakılardan ibarətdir. -zəlzələ baş verəndə yaşayış məntəqələrindən tez çıxmaq lazımdır; -nəqliyyatda gedən zaman maşını saxlayıb onu tərk etmək lazımdır; -əgər zəlzələ baş verən zaman binadan, iş yerlərindən çıxa bilmirlərsə, qapı və pəncələrin dibində, pilləkənların altında dayanmalıdırlar. Seldən – əhali özlərini necə qorumalıdırlar: Bildiyimiz kimi sellər ən çox yazda baş verə bilir. Yay vaxtı isə 10-20 dərəcədə dağlarda buzlağın, qarın əriməsi və təbii dağ göllərinin yuyulması sayəsində meydana gələ bilir. Sel həm də intensiv yağışların nəticəsində də baş verə bilər. Sellər əməli olaraq istənilən qurğunu yuyub aparmağa, yaşayış evlərini, yolları, körpüləri dağıtmağa, münbit torpaqları məhv etməyə və s. qadirdir. Sellərə qarşı davranış qaydalarını əhali öyrənməli və vaxtında profilaktik tədbirlər görməlidirlər, yəni dambalar düzəltməli, təhlükəsizlik sahələri təyin etməli, mal- qaran vaxtında təhlükəli sahələrdən çıxartmalıdırlar. Buna misal olaraq: Soçi şəhərində baş verən sellər, Tiflis şəhərində baş verən sellər (2015-ci ilin iyun ayları) və Rusiyanın bir neçə vilayətlərində baş verən sellərdir. Ən təhlükəli gecə vaxtı selin baş verməsidir. Ona görədə tələfat çox olur, ziyan həddindən artıq olur. Daşqın – çayların adi səviyyədən artıq daşması nəticəsində əraziləri müvəqqəti olaraq su altında qalmasına deyilir. Çaylar adətən adətən yazda qarın əriməsi, payızda – leysan yağışları nəticəsində, eləcə də çayların buzu açılan dövrdə məcra buz qırıntıları ilə tutularkən və külək dənizdən əsərkən daşır. Bundan əlavə zəlzələ, dağ uçqunları və sel nəticəsində çay yataqlarında təbii sədlər yaranarkən ətrafı su basa bilər. Daşqınlar vaxtı insanlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular və kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər, maddi sərvətlər məhv olur. Davranış qaydalarından biri də odur ki, vaxtında tədbirlər görülməlidir. İnsanlar özlərini və öz əmlaklarını qorumalıdırlar. Sürüşmələr – daimi donma sahələrindən kənarda təsadüf olan və adətən dağ yamaclarında olan torpağın eroziyadan, abraziyadan aşınması, suyun dağın ətəklərini yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq sürüşməsindən ibarətdir. Məsələn: 1990-cı ildə leysan yağışlardan fəallaşan sürüşmə Xəzər donanmasının hərbi şəhərciyində bir neçə binanı elə surətlə dağıtmışdır ki, adamlar oradan çıxmağa imkan tapa bilməmişdilər. Davranış qaydalarındai biri də odur ki, belə təhlükəli yerlərdə, yaşayış məntəqələri, şirkətlər, idarələr və s. Salmaq(tikmək) olmaz. Epidemiya xəstəlikləri – kəskin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında yayılmasıdır. lərdir.
İnfeskion xəstəliklər törədən mikroblar, bakteriyalar aşağıdakı əsas xüsusiyyətlərə malikdirlər: -xəstə adamlardan sağlam adamlara keçməklə insanlar arasında geniş sirayət etmək və kütləvi yoluxanlar törətmək, gizli inkişaf dövrünə malik olmaq; -xəstəliyin aşkar edilməsi və diaqnostikası prosesinin çətin olması və xeyli vaxt tələb etməsi; -bir sıra törədicilərin ərzaq məhsullarında, suda, torpaqda, əşyalarda, eləcə də bəşarətin orqanizmində uzun müddət qala bilir. Belə xəstəliklər insanlara: -tənəffüs orqanları vasitəsilə; -yoluxmuş ərzaq məhsullarından, sudan istifadə edərkən; Xəstə adamlarla təmasda olarkən; -xəstəlik daşıyan həşərat və gənələr dişləyərkən və s. Davranış qaydalarına gəldikdə onu demək olar ki, infeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların, bitkilərin mühafizəsi üçün tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də dövlət sərhədləri, gömrükxanalar tərəfindən yerinə yetirilir və s. Download 296.18 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling