Mövzu: Təlim və psixi inkişaf.
İxtisas: Tarix müəllimliyi
Kurs: I
Fənn: Psixologiya
Mövzu: XXI
Ədəbiyyat siyahısı:
Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.
Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014
Plan:
Təlim psixologiyası.
Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi.
Müəllim: Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru
Təlim insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatları, hərəkətləri və davranış formalarını mənimsəyirlər. Oyundan fərqli olaraq burada subyekt öyrənmə məqsədi güdür, ona məlum olmayan məlumatları əldə etməyə, bu və ya digər hərəkətlərə, davranış tərzlərinə yiyələnməyə çalışır. Bu iş kor-korana deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Təlim məqsədəyönəlmiş prosesdir. Burada insanın öyrənməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq olmaz. Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar. Adətən, təlimdən danışarkən müəllimin buradakı rolunu nəzərə alırıq. Təlim prosesində öyrədən müəllim və öyrənən şagird mövcud olur. Onların qarşılıqlı təsiri şəraitində, həm müəllim, həm də şagirdin fəallığının təsiri altında şagird bilik və vərdişlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir.
Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər, kim və necə öyrədir, kimi öyrədirlər. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən biri olmuşdur. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuş, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə şərh olunmuşdur.
Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli rus psixoloqu
Do'stlaringiz bilan baham: |