Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya
). Azərbaycanda , Qədim Şərqdə və qədim Avropada psixologiyanın inkişafı
Download 0.74 Mb.
|
umumi-psixologiya-tm-1
2). Azərbaycanda , Qədim Şərqdə və qədim Avropada psixologiyanın inkişafı.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır. Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir.İkinci mərhələ ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.«Kitabi-Dədə Qorqud» dastanı, Şirazi, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Azərbaycanda 1926-cı ildə ilk psixologiya laboratoriyasının yaradıcısı F.Ə.İbrahimbəyli olmuşdur. O təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır. Ümumiyyətlə Azərbaycanda ilk psixoloji təsəvvürlər xalqın adət -ənənəsi ilə bağlı olmuşdur. Professor Ə.Bayramov və Ə.Əlizadə elməqədərki psixologiyanı “güzəran psixologiyası” adlandırırdı. Azərbaycanda psixologiya sahəsində rolu olan alimlər: F.İbrahimbəyli, Əhməd Kərədi Zəkuyev,M.Məhərrəmov,Ə.Qədirov,Ə. Bayramov, Ə.Əlizadə, S.Seyidov, R.Əliyev,B.Əliyev bə başqalarını göstərmək olar. Psixoloji fikirlər qədim şərqdə-Çində, Hindistanda və Avropada-Roma və Afinada meydana çıxmışdır. Qədim Çində, e.ə VI əsrdə yaşamış Konfutsi, Hindistanda Qautama (Budda) mütəfəkkirlərin fikirləri hələdə önəmlidir. Buddizmin universal etik sxemi belədir: 1. Ekstaz, 2 Daxili rahatlıq,3 Ekstazdan çıxmaq,4. Tamamilə sakit, hər şeyə qarşı biganə olmaq.Avropada ilk filosof Fales dünyanın yaranması ilə bağlı mifləri qəbul etmir və hər şeyin başlanğıcının su olduğunu bildirirdi. Sokrat psixologiyada ilk dəfə olaraq sözün fikri fəaliyyətdə olması ideyasını irəli sürmüşdür. Bu ideyanı Platon daha da inkişaf etdirmiş, təfəkkür və daxili nitqi eyniləşdirmişdir. O elmə ruhi aləmin hissləri haqqında anlayış daxil etmiş, onları ağıl, mərdlik, tamah adlandırmış və başda, sinədə və qarında yerləşdirmişdir. Platon psixologiyada dualizmin, yəni maddi və ruhi olanı, bədəni və psixikanı 2 müstəqil başlanğıc kimi şərh edən təlimin banisidir. Aristotelin “Ruh haqqında” əsəri psixologiya üzrə ilk monoqrafiya hesab olunur. Aristotel ilk dəfə olaraq ruhi aləmin və canlı bədənin ayrılmaz olması ideyasını irəli sürdü. Eyni zamanda o xarakterin real fəaliyyətdə formalaşması haqqında nəzəriyyə irəli sürdü. Hippokrat isə temperament tiplərini işləmişdir.Herofil və Erazistant sinirləri bağlardan və vətərlərdən fərqləndirmişdir.Onlar psixi funksiyaların (duyğuların və hərəkətlərin) beynin qıcıqlanmasından asılılığını öyrəndilər və ortaya çıxardılar ki, bütünlükdə bədən deyil, bədənin müəyyən üzvləri (0 sinirlər, beyin) psixika ilə ayrılmaz sürətdə əlaqədardır. Dekart sübut etdi ki, əzələlər ruhi aləmin hər hansı bir şəkildə müdaxiləsi olmadan, sinir sisteminin özünün quruluşu sayəsində xarici təkanlara cavab verməyə qabildir. Orta əsrlərdə Əl-Fərabi və İbn-Sina xüssusi yer tutur. Farabi insanın idrak fəaliyyəti ilə bağlı fikirlər söyləmişdir. İbn Sina eksperimental nevroz hadisəsini öyrənən ilk tədqiqatçıdır.İki qoyuna eyni qida verilir. Onlardan biri adi şəraitdə qidalanır, digərinin qarşısına canavar bağlanılır. Qorxu qoyunun qidalanma vərdişinə təsir edir. Qoyun bütün yeməyi yesədə tezliklə arıqlayır və ölür. O, bununla əks qütblü emosional yönümün (bir tərəfdən qidalanma tələbatı, digər tərəfdən isə qorxu hissi.)dərin somatik dəyişikliyə səbəb olduğunu sübut etmişdir. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında psixologiya sözü ensiklopedik alim Xristian Volfun 1732-ci ildə “Emprik psixologiya” və 1734-cü ildə “Rasioanl psixologiya ” kitabları nəşr olunandan sonar məlum olmuşdur. Download 0.74 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling