Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Şəxsiyyətin strukturnunu əsas komponentləri


Download 0.74 Mb.
bet14/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

2). Şəxsiyyətin strukturnunu əsas komponentləri: Şəxsiyyətin strukturunda onun idrak prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd olunur:

  • Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ic­timai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir.

  • Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıqsəviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir.

Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəy­yənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan digər kom­­­ponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir.
Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir.
3).Şəxsiyyət haqqında əsas nəzəriyyələr: Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış olsaq təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik: klassik nəzəriyyə, klinik nəzəriyyə, eksperimental nəzəriyyə, koqnitiv nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Klassik nəzəriyyə. Şəxsiyyət haqqında klassik nəzəriyyə qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yun­qun analitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini aid etmək olar. Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür. Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə bilməzlər.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling