Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Müəllim: Aygün Rüstəmova E-mail adresi


Download 0.74 Mb.
bet17/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

Müəllim: Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru
1). Qrup haqqında anlayış: Psixologiyada qrup dedikdə, tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafə, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit məcmusu nəzərdə tutulur. İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər. Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? Qrupları səciy­yələndirən əsas amillər nədən ibarətdir? Bu kimi suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını da düzgün dərk etmək mümkün deyildir.Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi tələb olunur. Bu baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»1. Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir. Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling