Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


).Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi


Download 0.74 Mb.
bet16/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

4).Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi: Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, key­fiyyətlərini, qabiliyyətlərini, özünün başqa adamlarla münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarət­dir. Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir: 1) Adekvatözünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyrireal yüksək özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğundan aşağı qiymətləndirir. Qeyri-real yüksək və qeyri – real aşağı özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır. Məsələn, öz imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar mövcud imkanlarını təzahür etdirə bilmirlər. Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur

Mövzu: Qrupların psixologiyası
İxtisas: Tarix müəllimliyi
Kurs: I
Fənn: Psixologiya
Mövzu: VII
Ədəbiyyat siyahısı:
1. .Bayramov Ə.S. Şəxsiyyətin aktual psixoloji məsələləri. Bakı, 1981.
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.
Plan:

  1. Qrup haqqında anlayış.

  2. Sosial qruplar və onların funksiyaları

  3. Qrupların təsnifatı.

  4. Kiçik qrupların növləri

  5. Rəhbərlik üslubunun növləri:


Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling