Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Download 0.74 Mb.
bet60/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   52   53   54   55   56   57   58   59   60
Bog'liq
umumi-psixologiya-tm-1

inkişafın yaxın zonası adlandır­mışdır. L.S.Vıqotski bu münasibətlə yazır: “Uşaq nəyi ki, yaşlının köməyilə etmək iqtida­rın­dadır, bu onun yaxın inkişaf zonasını göstərir… Beləliklə, yaxın inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik vəziyyətini müəyyənləşdir­məkdə bizə kömək göstərir”. Təlim öz səmərəli nəti­cəsini vermək və şagird­lərin əqli inkişafına əsas­lı təsir göstərmək üçün məhz “inkişafın yaxın zo­nası”na uyğun təşkil olunmalıdır. Təlimin məzmu­nunu, forma və vasitələrini seçərkən bu tələb birinci tələb kimi nəzərə alınmalıdır. Məktəb təcrübəsində, təlim fəaliyyətini həya­ta keçirərkən çox vaxt belə bir sual diqqəti cəlb edir: şagirdi yaxşı oxumağa və ümumiyyətlə oxumağa yönəldən, təhrik edən nədir? Başqa sözlə, şagird­lərin təlim fəaliyyəti necə motivləşir, onlar hansı motivlərin təhriki altında hərəkət edirlər? Şübhəsiz bu cür suallara düzgün cavab tapılması müəllimin həmin sahədə şagirdlərlə iş aparması­nı, təlim fəaliyyətini idarə etməsini asanlaşdıra bilər. Birinci növbədə, ümumiyyətlə, motivin və moti­vasiyanın nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. İnsan beynində əks olunaraq onu fəaliyyətə təhrik edən və həmin fəaliy­yəti müvafiq tələbatların ödənilməsinə yönəldən şeyləri A.N.Leontyev həmin fəaliyyətin motivi adlan­dırmışdır1 . İnsan fəaliyyətinin motivləri özünün çoxcə­hətliliyi ilə xarakterizə olunur. Onlar hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də tələbatlarda olduğu kimi, motivlər təbii və ali (maddi və mənəvi) ola bilir. Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, təlim uğurları təkcə şagirdin təlimə, öyrənməyə qabilliyi, bütövlükdə qabiliyyətləri və s. ilə deyil, həm də təlim motivasiyası ilə şərtlənir. Başqa sözlə, onun “yaxşı oxuması” üçün bütün digər şərtlərlə yanaşı həm də təlim motivasiyasının formalaşması zəruridir. təlim fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdişlərin əldə edilməsindən ibarətdir. Lakin əgər şagirddə həmin bilik, bacarıq və vərdişlərə yiyələnmək tələbatı yoxdursa həmin məqsədə nail olması mümkün deyildir.



1


2


1


Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling