Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


)Sosial qruplar və onların funksiyaları


Download 0.74 Mb.
bet18/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

2)Sosial qruplar və onların funksiyaları:Qeyd olunduğu kimi, adi insan biriliklərində adamlar ümumi mənafe, sərvət və davranış normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfü insan biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin bir-biri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan, xüsusi strukturuolmayan insan toplusudur. Sosial qruplarda isə aydın dərk olunmuş ümumi məqsədlər mövcud olur. Qrup üzvlərinin hamısı həmin məqsədin həyata keçirilməsinə çalışırlar. Burada qarşılıqlı anlama, əvvəlcədən düşünülmüş struktura uyğunluq, müvafiq funksiyalar həyata keçirilir.Psixoloji ədəbiyyatda sosial qrupların aşağıdakı funksiyaları qeyd olunur:
sosializasiya funksiyası;
instrumental funksiya;
ekspressiv funksiya;
müdafiəedici funksiya;
Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. İnsanın sosiallaşması onun düşdüyü ilkin sosial qrupdan başlayır. Ailənin ilkin sosial qrup kimi uşağın sosiallaşmasında oynadığı rol hamıya məlumdur. İnsanın daxil olduğu sonrakı sosial qruplar da onun sosial təcrübəni mənimsəmək məktəbi rolunu oynayır. Sosial qrupların instrumental funksiyasına gəldikdə bu, qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu, xüsusilə kollektiv şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın şəkildə göstərir. Buna voleybol, futbol komandasının və birgə fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün olmayan digər fəaliyyət növlərində birləşən insan qruplarını aid etmək olar. Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər. Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələ­batlarını ödəmək vəzifəsini də yerinə yetirirlər. Sosial qrupun müdafiəedici funksiyasına gəldikdə elə həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling