Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Ziqmund Freyd və Psixoanalitik nəzəriyyə(dərinlik) və inkişafı


Download 0.74 Mb.
bet11/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   7   8   9   10   11   12   13   14   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

3). Ziqmund Freyd və Psixoanalitik nəzəriyyə(dərinlik) və inkişafı: Ziqmund Freyd və neofreydizm nəzəriyyəsi. Bu nəzəriyyənin geştaltpsixologiyasından əsas fərqi psixologiyanın əsas predmeti kimi intellekt deyil, motivasiyanı götürürdülər. Yəni onlara görə, psixologiyanın predmeti psixikanın qeyri-şüuri strukturu, tədqiqat metodu isə psixoanalizdir. Freyd psixologiya elminin inkişafına təsir göstərmiş, bu inkişafın yollarından birini müəyyənləşdirmişdir.Bu, yalnız onun konsepsiyalarından deyil, həm də şəxsi keyfiyyətlərindən irəli gəlirdi. Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından - sayca üçüncü arvadından 20 yaş böyük idi. 3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özüylə daşıyıb. Hələ 17 yaşında olarkən yunan, latın, fransız, ingilis, ispanz, italyan dillərini bilirdi. Gimnaziyanı bitirdikdən sonra Vyana Universitetinə daxil olur. Anatomiya və fiziologiya sahəsində tədqiqatlar aparır, sonra həkim olaraq isləyir.1892-ci ildə dostu ilə işləyir və psixoanalizlə məşğul olur. Freyd sübut etmişdi ki, həyatda reallaşa bilməyən arzu, istək yuxuda reallaşır.Məhz yuxu vasitəsi ilə insan öz daxili gərginliyindən azad olur. Bütün əxlaqi dəyərlərə xor baxan Freyd həyatın da məqsədsiz və mənasız olduğunu iddia edirdi: Freydin yaratdığı psixoanalitik nəzəriyyə freydizm adlanır. Freyd şəxsiyyətin fəallığının mənbəyini instinktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış –şüuraltı (şüursuzluq) gətirmişdir. Onun fikrincə, şəxsiyyətin strukturunun 3 komponenti var: id-alt mən, eqo-mən, süper eqo-üst mən. Freyd idi şüursuzluq, eqonu şüurluluq, süpereqonu isə yüksək şüurluluq kimi görürdü.Freydə görə, iddə yalnız sıxışdırılmış şüuraltı instinktlər hökmranlıq edir və onlar həzz prinsipinə tabe olur. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "super-eqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "super-eqo" arasında aralıq rola malikdir. "Super-eqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Freydin fikrincə, id təhtəlşüura aiddir və buna aşağıdakı tərifi vermişdir: "Bu bizim şəxsiyyətimizin qaranlıq, əlçatmaz hissəsidir. Biz onun haqqında çox az biliyə sahibik. Lakin yuxuyozmalar, həmçinin nevrotik simptomlar sahəsində qazandığımız biliklərə əsasən deyə bilərik ki, id neqativ xarakterlidir və eqoya zidd bir məhfum kimi özünü göstərir. Biz id-i xaos, içində ehtiras qayanan "çəllək" adlandırırıq... O, instiklərdən qayanaqlanan enerji ilə doludur. Lakin mütəşəkkil deyil, prosedurları və kollektiv məramı yoxdur və yalnız "həzz prinsipi" əsasında instiktlərin təmin edilməsini əsas götürür."
Yeni doğulmuş uşağın beyni yalnız id əsasında idarə edilir. Belə ki, o, özünün külli miqdarda instinktiv istəklərini və impulslarını dərhal təmin etməyə çalışır. Eqo ( qədim yun. Εγώ , lat. ego — «mən») — psixoanaliz nəzəriyyəsinə əsasən, eqo ətraf aləmlə duyğu vasitəsilə əlaqə yaradan və "mən" kimi qəbul edilən insan şəxsiyyətinin bir hissəsidir. Eqo məntiqli düşünmə və gerçək dəyərləndirmələr etmə xüsusiyyətinə sahibdir. Freydin fikrincə, Eqo icraedici funksiyaları yerinə yetirməklə, daxili və xarici aləm, həmçinin İd və super-eqo arasında vasitəçi kimi çıxış edir. O, davranışın kəsilməzliyi və davanlılığını, şəxsi nəzər nöqtəsini təmin edir. Bunun köməyi ilə, keçmişdə baş vermiş hadisələr (yaddaşda qalan), hal-hazırda və gələcəkdə (təsəvvürdə canlanan) baş verəcək hadisələr arasında vəhdət yaradılır. Fərdin ilkin həyat təcrübəsinin əsasını cismanı hisslərin formalaşdırmasına baxmayaraq, Eqo nə psixika, nə də bədənlə üst-üstə düşür. Eqo inkişaf etdikdən sonra, bütün həyat boyu, xüsusilə də, təhlükə və xəstəliyin təsiri ilə və ya həyat şərtlərinin dəyişməsi ilə dəyişə bilir. Fərdin inkişafı səviyyəsinə uyğun olaraq, Eqonun diferensasiyası və Super-Eqonun inkişafı baş verir. Super-Eqo — psixoanalizdə, adətən, insana xas mənəvi qaydaları belə adlandırırlar. Cəmiyyətdə insan edə biləcəyi və etməməli olduğu hərəkətlərə dair insanın təsəvvürüdür. Vicdan, utanc və s. - bunlar hamısı Super-Eqonun ifadə formalarıdır."Super-Eqo" şəxsiyyətin tərkib hissəsi kimi 3-6 yaşlarında yaranır.Super-Eqonun vəzifəsi cəmiyyətdə qəbul edilmiş normalara riayət edilməsinin təmin edilməsidir.Bəzi hallarda ictimai normalar və insanın istəkləri arasında ziddiyyətlər yaranır. Bu ziddiyətlərin aradan qaldırılması məqsədilə, sıxışdırma, rasionallaşdırma, sublimasiya, proeksiya, reqresiya və s. müdafilə mexanimzləri işə düşür. Süpereqo uşağa ailəsi və cəmiyyət tərəfindən mənimsənilən dəyərləri, əxlaqi normaları və adət-ənənələri təmsil edir.İd, eqo və super-eqodan hər hansı birinin daha çox təsir etməsi nəticəsində insanların davranış və düşüncələrini dəyişir. İdi çox güclü olan insan cəmiyyətin əxlaq normalarına qarşı etinasız,bu normaları deyil, yalnız öz arzu və istəklərini nə yolla olur olsun yerinə yetirməyi düşünən biri ola bilər. Süper-eqosu yüksək insan həddən artıq utancaq, bütün hisslərini gizlətməyə çalışan, bu hissləri cəmiyyət içində qəbul etməyən biri olar. Freuda görə id, eqo və super-eqo arasında mübarizə stresə səbəb ola bilər. Əgər stress həddən artıqdırsa, eqo müdafiə mexanizmalarından istifadə edərək ortaya çıxan narahatlığın aradan qaldırılmasına çalışır.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling