Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya
Mövzu: Psixologiya elminin mövzusu və vəzifələri
Download 0.74 Mb.
|
umumi-psixologiya-tm-1
- Bu sahifa navigatsiya:
- Müəllim
Mövzu: Psixologiya elminin mövzusu və vəzifələriİxtisas: Tarix müəllimliyi Kurs: I Fənn: Psixologiya Mövzu: II Ədəbiyyat siyahısı: 1.Həsənli Solmaz. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011. 2.Seyidov Səməd, Həmzəyev Muxtar. Ümumi psixologiya. Bakı, 2014 3.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003 Plan: Psixologiyanın predmeti. Psixi hadisələr və onların qrupları. Psixologiya elminin vəzifələri. Müəllim: Aygün Rüstəmova E-mail adresi: aygun-rustemova@inbox.ru 1).Psixologiyanın predmeti: Elmlər bir-birindən, adətən, öyrəndikləri obyektə görə deyil, predmetlərinə (mövzularına) görə fərqlənir. Hər bir elmin, о cümlədən, heyvan və insanı öyrənən elm sahələrinin özünəməxsus ayrıca predmeti (mövzusu) vardır. Psixologiya elminin predmetıni nə təşkil edir? Daha konkret deyilsə, psixologiya elmi nəyi öyrənir? Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə Aristotelin (eramızdan əvvəl IVəsr) «Ruh haqqında» məşhur traktatında şərh olunmuşdur. Traktatın adına diqqət edin: o, psixologiya deyil, «Ruh haqqında» adlanır. Bu, təsadüfı deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə (və ilahiyyata) aid fənn hesab olunmuşdur. Avropa ədəbiyyatında bəzən onu mental («mental» - latin sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (pnevma - yunan sözü olub, nəfəs, ruh deməkdir) adlandırmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun (1679 - 1754) 1734-ci ildə «Empirik psixologiya» və 1734-cü ildə «Rasional psixologiya» kitabları nəşr olunandan sonra məlum olmuşdur. XVIII əsrin sonu - XIX əsrin əvvəllərindən başlayaraq psixologiya termini Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük evristik əhəmiyyət kəsb etmişdir. Azərbaycanda psixologiya termini XIX əsrin sonu - XX əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənilməyə başlanılmışdır. Psixologiya psixika haqqında elmdir. Bu ilk (və ən sadə) tərifdə cəmi 4 söz işlənsə də, onun mənası hələ tam aydın deyildir. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Download 0.74 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling