Bu generatorda yaranan faz sürüşməsini transformatorun w2 ikinci tərəf dolağı yerinə yetirir. Amplitud balansı baza dövrəsində kollektora qoşulmuş yükə uğun amplitud siqnalna çatdırır. Çıxış siqnalı ya üçüncü w3-dən çıxarılır yaxudda VT tranzistorunun kollektorundan. Aşağıdakı sxemdən geniş istifadə olunur, bu ücölçülü sxem induktivli, avtotransformatorlu və əks əlaqə tutumludur.
Şək.3. a) LC- tipli üç nöktəli induktiv avtotransformatorlu və b) tutumlu əks əlaqəli.
Induktiv avtotransformatorlu generatorlarda gərginlik əlaqəsi bazaya W2 katuşkasına Cg kondensatorundan kecməklə yaranır. Burada W2 dolaqlarının sayı amplitud balansını təyin edir. Sxemdəki rəks konturunda əksəlaqə konturu Ck1, Ck2 və Lk induktivliyinin köməyi ilə həyata keçirilir. Əks əlaqə gərginliyi Ck2 kondensatorundan çıxarılır. Generatordan çıxan siqnalin təhrifinin az olması üçün konturun keyfiyyət əmsali (yaxşılıq) yüksək olmalıdır.
2. Sinisoidal RC avtogeneratoru. RC - avtogeneratoru isə adicə rezistiv əlaqəli müsbət əksəlaqəli generatordan ibarətdir. Bu generatorun tezilyi 15...20kHs intervalında olur. Faza sürüşdürücü dövrə yaratmaq üçün Г formalı RC passiv elementlər üzərində qurulmuş qovşaqdan istifadə olunur. Bu qovşaqlar çıxış gərginliyini giriş gərginliyinə nəzərən hər biri 600 olmaqla 1800 çevirmək üçün istifadə olunur. Buna görə qovşaqların minimal sayı üc olmalıdır. Sinisoidal rəqs hasil edən bu generatorların tezliyi R rezistorları və C kondensatorları eyni nominallı olarsa hər üç dovşaq üçün aşağıdakı kimi hesablanır.
f0= 1/2π = 1/15.4RC= 0.065/RC ifadəsi ilə təyin edilir.
Bu hesabatdan göründüyü kimi elementlərə düşən gərginlik ug/uçıx nisbətinin fazçevricisinə görə qiyməi 𝛃= 29-a bərabərdir. Ona görə də amplitud balansını təmin etmək üçün gücləndiricinin gərginliyə görə güclənmə əmsalı Ku şərtini ödəməlidir.
Sxemin etibarlı işləməsi üçün gücləndiricinin güclənmə və giriş müqaviməti böyük, çıxış müqaviməti işə kicik olmalidır. Generasyanın təmin edilməsi üçün R və C əksəlaqə dövrəsi elementləri yerinə yetirir. Şək.4-də həmin avtogeneratorun elektrik sxemi verilmişdir.
Şək.4. RC- növ avtogenerator.
Do'stlaringiz bilan baham: |