Mühazirələr konspekti
Download 1.3 Mb.
|
M hazir l r konspekti
- Bu sahifa navigatsiya:
- 1. Asinxron RS – trigger (NOR məntiq elementi üzərində)
YADDAŞ ELEMENTLƏRİ
§ Triggerlər (Flip – Flop, FF) Məntiq elementləri ani təsirli elementlərdir, cəld işləyəndirlər və onların çıxış siqnalı zamanın istənilən anında yalnız giriş siqnallarının məntiqi kombinasiyaları ilə müəyyən olunur: Bunlardan fərqli olaraq triggerlər yaddaş elementləridir və onların çıxış siqnalı yalnız giriş siqnalı ilə deyil, həm də onların əvvəlki vəziyyətləri, yaxud daxili vəziyyətləri ilə müəyyən olunur: Triggerlər yalnız NAND və NOR məntiq elementləri üzərində qurulur. Digər məntiq elementləri üzərində trigger qurmaq mümkün deyil. Triggerlərin aşağıdakı növləri vardır: 1. Asinxron RS – trigger 2. Birtaktlı sinxron RS – trigger 3. Birtaktlı sinxron D – trigger 4. Birtaktlı sinxron DV – trigger 5. İkitaktlı sinxron RS – trigger 6. İkitaktlı sinxron D – trigger 7. İkitaktlı sinxron DV – trigger 8. İkitaktlı sinxron T – trigger 9. İkitaktlı sinxron TV – trigger 10. İkitaktlı sinxron JK – trigger Növündən asılı olmayaraq bu triggerlərin hər biri 1 bit informasiyanı yadda saxlayır. 1. Asinxron RS – trigger (NOR məntiq elementi üzərində) Bu triggerin 2 girişi vardır: SET – “1” - ə gətirmək; RESET – “0” – a gətirmək 2 çıxışı vardır: Q – düz çıxış; - invers çıxış T riggerin sxemi aşağıdakı kimidir: Triggerin Beynəlxalq xtandartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir: Triggerin iş prinsipi onun alqotirmi ilə müəyyən olunur. Alqoritm giriş siqnalı ilə çıxış siqnalı arasındakı əlaqədir.
Bu sxem triggerin iş prinsipini izah etsə də bu gün bu sxemlərdən istifadə olunmur. Triggerin çıxışlarının qiymətləri aşağıdakı kimi tapılır: Çıxışın qiymətlərinə əsasən triggerdə mümkün ola biləcək kombinasiyaları aşağıdakılardır: 1. , olarsa, 2. , olarsa, 3. , olarsa, 4. , qadağan olunmuş kombinasiyadır, çünki məntiqi düzgün deyil. B u kombinasiyaları cədvəl şəklində aşağıdakı kimi göstərmək olar: Trigger ona görə asinxron adlanır ki, S və R girişləri zamana görə asinxron işləyir və girişi sinxronlaşdıran üçüncü bir siqnal yoxdur. Lakin telekommunikasiyada, komputer, avtomatika və s. sahələrdə sistemlər mürəkkəb – sinxron sistemlərdir, yəni burada istifadə olunan qurğular hökmən üçüncü bir sinxronlaşdırıcı siqnalla sinxronlaşdırılır. A sinxron triggerin zaman diaqramı qrafikdə əks olunduğu kimidir. Download 1.3 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling