Qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir


BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji ba


Download 234.18 Kb.
bet37/101
Sana09.03.2023
Hajmi234.18 Kb.
#1255778
TuriQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   101
Bog'liq
D vl t Qullu una q bul zr M sahib suallar

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.
Bakı-Tbilisi-Ceyhan boru xətti, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.
1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı.
Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.
Qondarma Erməni soyqırımı” Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır.
Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.
Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

Download 234.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling