Faciəni qətliam kimi tanıyan ABŞ ştatları
Massaçusets — 2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası.
2011-ci ildə isə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
2011-ci ildə isə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. İkili standartlara, bu halda ABŞ-nın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verilmişdir.
Düzəlişin mətni
MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ
(A) QADAĞA – Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.
(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.
ATƏT-in Budapeşt sammiti (4-6 dekabr 1994-cü il) 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) zirvə görüşü keçirilib. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu. 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş zirvə görüşündə Prezident Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk konfransı həmsədrlərinin təsisatı yaradılmışdı ki, bu da vasitəçilərin fəaliyyətində əlaqəsizliyi, paralelliyi aradan qaldırmağa imkan vermiş və ATƏT üzvü olan dövlətlərin münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərinin əlaqələndirilməsi mexanizmini nizama salmışdır
Xəzər sammitləri- Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin(Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının IV Sammiti keçirilib. Prezident İlham Əliyev bildirib ki, 2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaradıb. 2018-ci ildə Qazaxıstanda, Aktauda keçirildi. Xəzərin statusu müəyyən edildi. Konvensiya qəbul edildi. Konensiyaya görə xəzərin səthi ümumi istifadəyə verildi, dibi isə tərəflər arasında bölündü ( faydalı qazıntılar). BMT-nin dəniz hüquqlarına dair müddəaları bura şamil edilmir.
Do'stlaringiz bilan baham: |