54. Azərbaycan kinomatoqrafiyasında Xocalı soyqırımına ithaf olunan kinolar hansılardır?
Cavab: “Haray”, “Günəşin batdığı yer”, “Xoca” və “Qırmızı qar” filmləri.
55. Xocalı soyqırımına aid ilk Avropa sənədli filmi hansıdır?
Cavab: 2012-ci ildə litvalı rejissor Andreas Brokasın Litva jurnalisti Riçards Lapaytisin ssenarisi əsasında çəkdiyi “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi.
56. Xocalı soyqırımı haqqında hansı mahnı və musiqi kompozisiyaları bəstələnmişdir?
Cavab: Pyer Tilloyun “Xocalı 613” musiqi pyesi, Məmməd Quliyevin “Simfoniya – rekviyem”, Aleksandr Çaykovskinin “Khojaly Requiem”, Nəriman Məmmədovun “Xocalı” (7 saylı simfoniya), Elnarə Dadaşovanın “Xocalı Laylası”, Dəyirman və Toni Blekmenin “Justice for Khojaly”, Qaraqanın “Xocalı”, Nigar Camalın “Broken Dreams” mahnıları.
57. 26 fevral 2011-ci il tarixində Təbrizin hansı futbol klubunun tərəfdarları Tehranın “İstiqlal” futbol komandası ilə keçirilən oyun zamanı Səhənd stadionunda Xocalı soyqırımı şəhidlərinin xatirəsini anaraq “Qarabağ bizimdir, ermənilər isə işğalçıdırlar” şüarını səsləndirmişlər?
Cavab: “Traktor Sazi” futbol klubu.
58. 24 fevral 2014-cü il tarixində keçirdiyi oyun zamanı İspaniyanın hansı futbol klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar?
Cavab: “Atletiko Madrid” futbol klubu.
59. Dünyaca məşhur hansı azərbaycanlı foto-jurnalist (Təbrizdən olan) çəkdiyi fotoşəkillər vasitəsilə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmışdır?
Cavab: Rza Diqqəti (Reza Deghati).
60. Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Akademik Milli Dram Teatrında qoyulan tamaşa necə adlanır?
Cavab: “Badam ağacı çiçəkləyəndə”.
61. Soyqırım (Genocide) nədir və ilk dəfə bu anlayışı kim, hansı hadisəyə münasibətdə işlətmişdir?
Cavab: Soyqırım insanların etnik, irqi, dini və ya milli əlamətə görə düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. İk dəfə bu termin 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi şəkildə məhv edilməsi siyasətini ifadə edən termin kimi işlədilmişdir.
Do'stlaringiz bilan baham: |