62. Qenosid sözünün hərfi mənası nə deməkdir?
Cavab: Söz yunan dilindəki “genos” (nəsil, kök, soy) sözü ilə latın dilindəki “caedo” (öldürürəm) sözlərinin birləşməsindən əmələ gəlib.
63. Xocalının strateji baxımdan xüsusi əhəmiyyət kəsb etməsi hansı amillərlə bağlı idi?
Cavab: 1) Bölgədə yeganə aeroport məhz Xocalıda yerləşirdi;
2) Dağlıq Qarabağın Ermənistanla, quru yolla yeganə əlaqəsini təmin edən dəhliz idi.
64. 20 fevral 2018-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında çıxış edərkən Xocalı qətliamı ilə bağlı hansı fikirləri səsləndirmişdir?
Cavab: “Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada qətliam axtaran varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb”.
65. 26 fevral 1992-ci il tarixində dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edən, axırıncı gülləsinə qədər döyüşüb, sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partladan Milli Qəhrəmanımız kimdir?
Cavab: Tofiq Hüseynov.
66. Hansı hüquqi akta əsasən bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan olunmuşdur?
Cavab: Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli Qərarına əsasən.
67. Hansı hüquqi akta əsasən hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir?
Cavab: Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli Fərmanına əsasən.
AXC-nin yaradılması
AXC yaranmasını hansı amillər zəruri etdi?
Do'stlaringiz bilan baham: |