Qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir


Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır


Download 234.18 Kb.
bet15/101
Sana09.03.2023
Hajmi234.18 Kb.
#1255778
TuriQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   101
Bog'liq
D vl t Qullu una q bul zr M sahib suallar

Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır: 
İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;
İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;
Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidən qurma və İnkişaf Bankı – 1992 – ci il;
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;
Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda 1993-cü il;
Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;
Avropa Şurası – 25 yanvar 2001-ci il.
YUNESKO
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifələri müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə – təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”. Hal-hazırda 193 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. Azərbaycan 1992-ci il 3 iyul tarixindən bu qurumun üzvüdür.
Şimali Atlantika Müqaviləsi Təşkilatı
(ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du Traité de l’Atlantique Nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 29 üzvü var.[1][2]Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.[8] Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edib.[9] 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur.
NATO-nun 28 üzvü var. Onlar: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstandır

Download 234.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling