Trump-Putin görüşü
Finlandiyanın paytaxtı Helsinkidə Rusiya və ABŞ prezidentlərinin görüşü dörd saatdan çox davam etmişdir. Sonra Vladimir Putin və Donald Tramp jurnalistlərin suallarını cavablandırmışlar. Putin demişdir ki, ilk tam formatlı görüş zamanı “yaxşı söhbət etmişlər və bir-birini daha yaxşı anlamağa başlamışlar”.
Tərəflər bir çox məsələni, o cümlədən Suriyadakı vəziyyəti, İranın nüvə proqramı və Ukrayna ilə bağlı məsələləri müzakirə etmiş, ikitərəfli münasibətlərin bəzi aspektləri üzrə müəyyən razılığa gəlmişlər. Moskva Vaşinqtona xüsusi xidmət orqanları xətti ilə əlaqələrin sistem əsasında qurulması üçün antiterror üzrə işçi qrup yaradılmasını təklif etmiş, Rusiya və Amerika biznesini birləşdirəcək birgə qrupun yaradılması barədə razılıq əldə olunmuşdur.
Tramp bildirmişdir ki, danışıqların başlaması ilə Rusiya ilə pis münasibətlər aradan qaldırılmışdır: “Bizim münasibətlər heç vaxt indiki kimi pis olmamışdı, lakin bu vəziyyət dörd saat əvvəl dəyişdi”.
Amerika lideri Putini yaxşı rəqib adlandırmış və qeyd etmişdir ki, ABŞ Avropa bazarında “Şimal axını-2” qaz kəməri ilə rəqabət aparacaq.
Danışıqlarda həmçinin hər iki dövlətin Çinlə münasibətləri, Şimali Koreyanın nüvə proqramı, beynəlxalq terrorçuluğa qarşı mübarizə, ticarət və müdafiə məsələləri də müzakirə olunmuşdur.
“Yenilənmiş Madrid prinsipləri “
Azərbaycan prezidenti İlham Əliyev uzun müddətdir haqqında mübahisə və müzakirələr gedən yenilənmiş Madrid prinsiplərinin detallarını açıqladı. Prezident deyib ki, Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz buna görə Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir.
İ.Əliyev bildirib ki, qeyd olunan nizamlanma prinsiplərinə əsasən ilk növbədə Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır: “Beş rayon dərhal, iki rayon – Kəlbəcər və Laçın müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir. Azərbaycan bu təkliflərlə də razılaşıb. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir”.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov(Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə (Andrzej Kasprzyk) görüşüb.
Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Görüş zamanı Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan tərəfi «yenilənmiş Madrid prinsipləri»ndən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb:
«Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin».
Görüşdə mövcud status-kvonun həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.
“Nizamlanma prinsiplərinə əsasən, beş il ərzində Dağlıq Qarabağ ətrafındakı beş rayon dərhal, Kəlbəcər və Laçın rayonları isə müəyyən müddətdən sonra qaytarılır”
“Danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur, bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq”
“Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir, burada bizim üçün heç bir təhlükə yoxdur, çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir”
Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. [1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.
Do'stlaringiz bilan baham: |