Avropa Birliyinin Şərq tərəfdaşlığı və Azərbaycan.
Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova,Belorusiya və Ukrayna.
“Şərq Tərəfdaşlığı” proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.
Qars muqavilesi.
Moskva muqavilesini tamamlamaq meqsedile 1921 ci il oktyabrin 13 de Qarsda muqavile imzalandi.muqavileyle Naxcivanin Azerbaycanin erazisi olmasi bir daha tesdiqlendi, onun serhedleri ve gelecek statusu qeti olaraq mueyyenleşdirildi. Bununla da Naxcivani Ermenistana birleşdirmek plani iflas etdi.Lakin 1929-1931 ci illerde Ordubad ve Zengilan rayonlarinin bir sira kendleri Ermenistana verildi ve bu erazide Mehri rayonu yaradildi. Neticede Naxcivanla Azerbaycanin diger torpaqlari arasinda olan serhed baglandi.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT (2011-ci ilə qədər — İslam Konfransı Təşkilatı (İKT)); ing. Organisation of Islamic Cooperation (OIC), 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.
Azərbaycan–İƏT əlaqələri
Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.
Do'stlaringiz bilan baham: |