Lissabon samiti və Azərbaycan.
3 dekabr, 1996-cı ildə zirvə görüşü keçirilib. ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:
Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
İstanbul Sammiti– 1999-cu il noyabrın 18-19-da Türkiyənin İstanbul şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təskilatının (ATƏT) zirvə görüşü keçirildi. Atətin Azərbaycanda və Ermənistanda ofisləri açılması barədə razılıq əldə edildi.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) – 4 iyun 1992-ci ildə təsis edilmiş təşkilat. 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf, Bank işi və maliyyə, Kommunikasiya, Enerji, Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye, Səhiyyə və farmaseptika, Ətraf mühitin qorunması, Turizm, Elm və Texnika,Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq.
Üzvlər ölkələr 12 dövlətdən ibarətdir. Təşkilatda müşahidəçilər: Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Polşa Respublikası, Tunis Respublikası, İtaliya Respublikası, Avstriya Respublikası, Slovak Respublikası, Fransa Respublikasıdır. Müşahidəçilik müddəti 2 ildir. Təşkilatın Ali Orqanı — Xarici İşlər Nazirləri Şurasıdır.
Do'stlaringiz bilan baham: |